Improvisasiya

Get Adobe Flash player
Показаны сообщения с ярлыком Yollar. Показать все сообщения
Показаны сообщения с ярлыком Yollar. Показать все сообщения

воскресенье, 10 июня 2012 г.

YOLLAR(QARABAĞ HƏSRƏTİ)


                       
                        YOLLAR(QARABAĞ HƏSRƏTİ)

Əlində təsbehi qocaman baba
Çıxacaq yollarla görüşə sarı.
Çinar kölgəsində ayaq saxlayıb.
Səbirlə süzəcək uça dağları.

Şirin zümzümələr heyran edəcək
İllərin qoynundan qopur kəlmələr.
Niyə yad səngəri oldu bir zaman
Kəhər at qovduğu boz irəmlər?

Bir az yaxınlaşıb əl uzadaqaq
Murovdan ovcuna qar almaq üçün
Yollara deyəcək ,,qaytarın məni,,
Qarabağ elində yıxılmaq üçün.

İnciyib küsəcək dünənki kimi
Yollarda qalacaq yenə günahlar.
Qoca heç nə bilmir,bilmək istəmir.
Qopacaq qəlbini yandıran ahlar:

-Babamın yurdunda at rəhmin hanı.
Gətirdiyin kimi,qaytar gün keçir,,
Siləcək gözündə donan yaşları:
                      -Çayımın suyundan bir qurtum içir,,.

                      Susacaq,sakitcə dinməz, təmkinli
                      Təsəlli verməkdir bircə əlacı
                      İkicə giləni içib gözüdən
                      Qocanı edəcək yenə duaçı.
                     
                      Şükür kərəminə,deyəcək qoca,
                      A Tanrı,ümidim bir sənə qalıb.
                      Dikəcək gözünü sonsuz yollara.
                      Vətən həsrətini könlünə alıb.
                       
                      İnsanda yolların səbri varmı ki,
  Dinləyə illərlə yanan kəsləri?
  İndi bildinizmi niyə yolların
  Çat-çatdır sükultlu,dinməz dilləri.

 Axı neyləsinlər,nə söyləsinlər
 Qocaya təsəlli necə versinlər?
 Yorulan yolların taleyi budur
 Şirin təsəllilər,ümid versinlər.

İlham İdrisoğlu 10.06.2012 Brest


воскресенье, 3 июня 2012 г.

Baharı gözləyir yağışlı yollar


Yollar(Baharı gözləyir yağışlı yollar)

Qaranlıq gecədə baxın yollara
Gecə sükutuyla qol boyun qalır.
Aylı gecələrdə sonsuz səmayla
Dayanıb gözbəgöz sükuta dalır.

Axşamın şehiylə yuyub üzünü
Sərin küləklərlə qurulayacaq.
Gizlin görüşləri gözləyib yenə.
Özü görüşməkçün haraylayacaq.

Səhəri gözlıəyir,gəlib keçəcək
Məktəbə tələsən qızlar,oğlanlar.
Artıq ilk sevginin alovlarında.
Gizli-gizli baxıb oda yananlar.

Alıb gizləyəcək tər bənövşəni
                      Sağına,soluna düzülən kollar
                      Günəş nəfəsində qızınmaq üçün.
Baharı gözləyir yağışlı yollar.

Böyük dünyamızın sonsuz yolçusu
Görən niyə axı yorulmur yollar?
Hey gedir,uzanır dayanmaq bilmir.
Getdikcə böyüyür daralmır yollar.

Birdən də incəlir,görünməz olur.
İncə sapa dönür yorulmaz yollar
Qorxmayın,düzdürsə arzu kamınız.
Dözər hər istəyə,qırılmaz yollar.

Yollar xoşlayırlar dillərinizdən
Qopan pıçıltını,xoş çümzüməni.
Axı darıxırlar,yalqızlıq yorur
Oxuyun yollarçün hərdən nəğməni.

Mütləq dinləyəcək,qəlbi həssasdır
Dərdi sərinizi deyin,qorxmayın.
                      Tanrının çəkdiyi bir dəsti xətdir
Gedin düz yollardan kənar çıxmayın..

Yenə gözləyəcək qisməti budur
Gedənə əl edib yola salacaq.
Səbrlə boylanıb mürgüləsə də
Gələni görəndə salamlayacaq.

İlham İdrisoğlu 4 iyun 2012 Brest

четверг, 17 мая 2012 г.

Yollar


Yollar(Yoldan tapdığınız qismətinizdir)

Qəribə dünyadır,bilmirəm niyə
Yolların saçları tez ağarırlar.
Bəlkə üstü ilə gedən yolçunun
Halına yanırlar,hey ağrayırlar

                      Yollar niyə belə möcüzədirlər?
Gələni tələsik yola salırlar.
Gedəni gəlməkçün hey boylandırıb
İllər həsrətindən ləzzət alırlar.

Axı niyə yollar yaşamır bizsiz?
Qoynunda gəzməsək yas saxlayırlar.
Yovşandan,qanqaldan çalıb başını
İnsan nəfəsini soraqlayırlar.

Yollar bir tarixdir,sonsuz yaddaşdır
Nəsildən nəsilə yadigar qalır.
Müdrik qoca kimi dastanlar deyir.
Səbri nə tükənir,nə də daralır.

Yollardır çatdıran xoş xəbərləri
Hərdən elə bil ki,özüdür qaçan.
Kədəri,nisgili alıb çiyninə.
Sanki zaman deil,özüdür uçan.

Yollara söyləyin,dərdi,sevinci
Səbri tükənməzdir,dinləycəkdir.
Yollarda axıdın göz yaşlarını
Ürəyi dərindir,gizləyəcəkdir.

Yoldan tapdığınız qismətinizdir
Onlar da xoşlayır hədiyyə etsin.
Dolanın qoynunda acın könlünü.
Qoymayın üstündə tikanlar bitsin.

İlham İdrisoğlu Brest 17.05.2011