Improvisasiya

Get Adobe Flash player

четверг, 12 февраля 2015 г.


,,Xallı,,

Bəzən dünyanın işlərinə məəttəl qalırsan.Dilsiz-ağıssız heyvanın insandan sədaqətli olduğunu hiss edincə,dünya gözündə dəyişir.Bu hekayəm davam etməkdədir və öz həyatımın bir parçasıdır.
Artıq bir neçə ildir ki,Vətənə can atıram.Belorussiya gözəl ölkə olsa da,doğma yurd çəkir. Bir il əvvəl ata ocağına qayıtdım.Həyət böyükdür.Kənd təsərrüfatını xoşlayıram.Odur ki,kənddə yaşamağı üstün tutdum.Bir gün dayıoğlum Əbülfətdən həyət üçün bir küçük tapmağı xahiş etdim.Bir neçə gün sonra qonşu kəndlərdən birindən xırdaca küçük gətirdi.Adını o saat ,,Xallı,,qoyduq.Çox maraqlı görüntüsü var idi.Balaca,gözlərinin üstündə iki eyni xallar.Yaz küləkləri Kəpəzin və Şahdağın arasından keçib bizim Qarabağ ellərində güclənirlər.Bu körpə heyvanı çöldə saxlamaq böyük çətinliyə düçar etdi məni.Böyük qutunu otla,samanla doldurub onun içində saxlamağa məcbur oldum.Üstünü ğrtürdüm,isti yemək verirdim.Gecələr böyük evimizin yaşamadığımız bir küncündə qutusunu yerləşdirirdim.Bir təhər yaza çıxdıq.Artıq hürməyə başladı.Toyuqları həyətdə qovurdu.Bir gün döyüşkən xoruzumuz möhkəm vurdu.Ağlı kəsmədiyindən Xallı toyuqlarla dən yemək həvəsinə düşüb aralarına girmişdi.Xoruzun xoşuna gəlmədi.Axşama qədər biçarə Xallı üzə çıxmadı.Nə isə,gah pişiyimizlə dalaşdı,gah özündən böyük itlərə hürdü.Böyüdü.Bir xasiyyəti var idi,şalvarımın balağından yapışıb arxamca sürünürdü.
Bu hekayə qısa müddətli olsa da dərin mənalıdır.Nəhayət həyətdən kənara çıxmağı da qəərara aldı.Yavaş-yavaş arxamca gəzməyə başladı.Böyük torpaq sahələrimiz var.Arpa səpmişdim.Birinci məcaramız apreldə başladı.Gedib məhsulu yoxlamaq istədim.Əl çəkmədi.İrəli-geri qaça-qaça düşdü yanıma.Yolda qazları qorxuzdu,özü qonşunun inəklərindən ehtiyat edib ayaqlarımın yanından əl çəkmədi.Nəhayət gəlib çıxdıq.Bunu zəminin içində itirdim.Çağırdım cavab vermədi.Cinsi balacaboydur.Gözlədim,gözlədim...İtirdim Xallını.Fotoapparat da boynumdan asılıb.Bir ümidim vardı ki,yəqin qayıdıb evə...Fikirli gedirəm.Kənddən bağqa qonşu qoyun otarmağa gedir.Salamlaşırıq.Xallını görüb-görmədiyini soruşuram.Gülür.Qoyunlar da ehtiyatla yanımdan keçirlər.Sən demə Xallı arxamca sakitcə gəlirmiş.Buna nə deyəsən?Qonşu ilə bir-iki kəlmə kəsincə min oyundan çıxdı.Gah ayağıma salmanır,gah yerdə uzanır,gah yüngülcə hürür...
Pişiyimzdən qorxurdu.Bir dəfə caynağına keçmişdi.Odur ki,yanından sakit keçirdi.Özünə yer tapa bilmirdi.Mən hara o da ora.Bir gün kürt toyuğun qəzəbiylə rastlaşdı.Cücələrə yaxınlaşdığından toyuq hücuma keçmişdi.Çığırtısı göyə qalxmışdı.İstəyirdi qaçsın,toyuq özünü çatdırırdı,vururdu.Güclə canını qurtardı.Bir dəfə qonşunun öküzləri hücum çəkmişdilər.Darvazanın altındakı on,on beç satimetrlik boşluqdan güllə kimi keçib həyətə qaçdı.Həyətdən çıxıb öküzlərə hürürmüş.
Bir xasiyyəti də var idi,mütləq ayaqqabılarmızın birini aparı kənarda gizlədirdi.Odur ki,nəyimiz var idisə ikinci mərtəbənin pilləkəninə yığırdım.Bir sözlə,Xallı qoymurdu darıxaq.Hər şey bir neçə gündə dəyişdi.Bacım qızları ilə yayda kəndə gəldi.Uşaqlar da tez alışdılar.Ancaq bir məsələ bizi narahat etməyə başladı...Bu haqqda sonrakı yazımda.Sözümün canı var...İzləyin.
(Ardı var)

Комментариев нет:

Отправить комментарий