Improvisasiya

Get Adobe Flash player
Показаны сообщения с ярлыком Fəlsəfi şeirlər. Показать все сообщения
Показаны сообщения с ярлыком Fəlsəfi şeirlər. Показать все сообщения

воскресенье, 18 августа 2013 г.

Mənim o insanla yolum düz gəlməz.

Mənim o insanla yolum düz gəlməz

Yaltaq,baş əyənə tac qoyubdursa
Mərdin ayağına qandal buyubsa.
Bir içim su üçün maraq qoyubsa.
Mənim o insanla yolum düz gəlməz

Körpə balıasını bölüb,bölüşə
Birinə bəd olsa,birinəsə şən.
İnsanlıq donunu cinlə dəyişə
Mənim o insanla yolum düz gəlməz

Səhər yalanlara min palan vursa,
Xeyir iş görənə cələlər qursa,
Axmaq fikri üstdə dayanıb dursa,
Mənim o insanla yolum düz gəlməz.

Özündən xoflanıb düşmən gəzirsə,
Gözləri hər əldə loxma gəzirsə,
Düzlüyü sakitcə basıb əzirsə,
Məim o insala yolum düz gəllməz.

Şeytan dərslərində əzbərçidirsə,
Günahlar yolunda zərbəçidirsə,
Qartallar yanında boz sərçədirsə,
Mənim o insanla yolum düz gəlməz.

Yanımdan keçəndə baş sallayırsa,
Nadanı oxşayıb yasalayırsa,
Qorxudan quyruğu hey sallayırsa,
Mənim o insanla yolum düz gəlməz.

Gözündə tirləri seçə bilmirsə,
Dostu sevinəndə o da gülmürsə,
Xain yüyənini hey gəmirisə
Mənim o adamla yolum düz gəlməz...

Ardı var...İlham İdrisoğlu Brest.

воскресенье, 19 мая 2013 г.

İllərlə dərdimi çəkən ürəyim.

Yenə qayıdıram ata yurduma,
Ürəyim gizlincə hey inildəyir.
Gedirik,qürbətdən,bir ürək,bir mən.
Körpəlik illərim məni səsləyir.

Yenə o dağlardan alacaq nəfəs.
İllərlə dərdimi çəkən ürəyim.
Yenə təndir üstə xumarlanacaq.
Babamdan yadigar isti çörəyim.

Yenə səhər-səhər qulaqlarıma
Gələcək nəğməsi tənha bülbülün.
Şirin yuxularda hey duyacağam
Ətrini utancaq tək qızıl gülün.

Yenə yandıracaq ayaqlarımı
Babamin gəztiyi o isti torpaq.
Xəyalar çəkəcək ötən illərə.
Deyəcəklər gedək bənövşə tapaq.

O kolun dibində yoxdur bənövşə.
Bilirəm,zamanla köçür güllər də.
Bir qürbət nəfəsim,hicran harayım.
Qaldı bu vətənsiz,soyuq illərdə.

Deməyin,sormayın,kimdir günahkar.
Tale qələmini kim yoza bilər?
Bax belə dağınıq,həm də ağrılı,
Keçir ömrümüzdən qayıtmaz illər.

İlham İdrisoğlu Brest 19.05.2013

понедельник, 1 октября 2012 г.

Günahlar insanı aciz eyləyir.


Günahlar insanı eyləyir

                        Qoy incisin ,küssün cavab gözləyən.
Axı ürəyimiz bezib yalandan.
Dostluq o insanla əbədidir ki,
Dar  gündə tutacaq gücsüz qolundan.

Söylə həqiqəti,qaçma yolundan.
Günahlar insanı aciz eyləyir.
Sən mənə,mən sənə deməyin hərgah.
Səni  tənqid edən xoş gün diləyir.

Yalan şəkərdir ki,çisgini gözlər
Əriyib gedəcək xırda yağışda.
Həqiqət qayadır,sınmaz bir daşdır.
Şaxtaya,soyuğa dözəcək qışda.

Bir kəlmə xoş sözün dalınca qaçma.
Dustağı olma gəl yalan sözlərin.
Unudub puç etsən öz mənliyini
Gəzəcək yaltağı daim gözlərin.

Axtarma mənfəət işi düşəndən.
Tanrı qismətinə yazanla barış.
Çəkilib dayanma,baxma kənardan.
Elninin dərdinə,sərinə qarış.

Bir də diqqət eylə,zalim dünyadır.
Verdiyi çörəyi başa qaxan var.
Dilinin açarı özxündə olsun.
Kəlmənə söykənib evlər yıxan var.

Saxta gülüşlərin olma xəstəsi.
Tərif ağaçının kökü dayazdır.
Gündə əlli dəfə can-can deyəni
Bağrına basma gəl,qəlbi ayazdır.

İlham İdrisoğlu Brest 01.10.2012.

воскресенье, 29 июля 2012 г.

Açarsan qəlbini duyana,dostum.


Açarsan qəlbini duyana,dostum.              
  
 
  Tənhalıq körpüsü necə uzunmuş
Durub ortasında ürəyim donmuş.
Hər yan qaranlıqdır,çıraqlar sönmüş
Üzümü tutum mən hayanə,dostum?

Tale bizdən əvvəl yazılıb hazır.
Bir qismət payızdır,başqası yazdır.
İnsan var dindirsən ürəyi buzdur.
Çətin ki,xoş sözdən oyana,dostum

Bir əlində sevinc,birində qəhər
Günəşli,çisginli açılır səhər.
Dərdini soruşan olsa bir təhər.
Açarsan qəlbini duyana,dostum.

İlham yaxşı görür ucuz kəsləri.
Alçaq dağdan gəlir uca səsləri.
Mərdlərə hökmdar etmə pisləri.
Salamı ver səni sayana,dostum.

İlham İdrisoğlu Brest 29.07.2012


вторник, 15 мая 2012 г.

Görəsən gözümüz nə vaxt doyacaq?


                  Görəsən gözümüz nə vaxt doyacaq?

Hərdən düşündürür məni bir sual:
,,Görəsən,gözümüz nə vaxt doyacaq?,,
Yoxsa bunun üçün doğulmuşq biz?
Unudub hər şeyi,dövlətçün qaçaq?

Görəsən dünyanın malı üçünmü?
Başımız bu qədər ağrımalıymış.
Niyə unuduruq mənliyimizi?
Alır ağlımızı andıra qalmış.

Atılıb qoynuna çabalayırıq
Qaynayan dəryada batmamaq üçün
Ancaq unuduruq,çətindir durmaq.
Altında gücümüz çatmayan yükün.

Əlimiz yığdıqca dünya malını
Gözümüz hey baxır yana,yörəyə.
Tamah qılınc çəkir,nəfis qurd kimi.
Dişini batırır xırda ürəyə.

Görəsən,gözümüz nə vaxt doyacaq?
Bir gün bu cahana yumulandamı?
Anlayıb dünyanın oyunlarını
Qəflət yuxusundan oyanandamı?

İlham İdrisoğlu Brest 15.05.2012 Brest



понедельник, 14 мая 2012 г.

Biqeyrət nə bilir elin qədrini


Biqeyrət nə bilir elin qədrini?

                      Düşsən gülüstana bülbülü axtar
Sərçə hardan bilir gülün qədrini?
Səpilib qoynyny sonalar tutar.
Qarğa hardan bilir gölün qədrini?

Çeynəyib hər sözü ucuz edən var.
Düz yolu tərgidib çəp də gen var.
Etdyiyi əməlçün dırnaq didən var
Boş baş hardan bilir əlin qədrini.

Qeyrət kəmərini unudan insan.
Düz keçər yanından odlara yansan.
Pis olmaz arabir sözünü udsan
Nadan hardan bilir dilin qədrini?

Danışıb özündən çıxanlar gördüm
Kükrəyib yalandan çaxanlar gördüm
Ay İlham,ucadan baxanlar gördüm.
Biqeyrət nə bilir elin qədrini?

İlham İdrisoğlu Brest 14.05.2012

воскресенье, 15 апреля 2012 г.

Ləl,cavahir toxum əksən nə fayda?!


Ləl,cavahir toxum əksən nə fayda?!

Adı qorunmayan baba yurdunda
Mərmərdən imarət tiksən nə fayda?!
Bir yaş ki,kül oldu quru odunda
Üstünə sərin su töksən nə fayda?!

Dostu qova-qova düşmən eyləmə
                   Gedəni boş sözçün nahaq əyləmə
                   Bir sirr ki,açıldı,düşdü aləmə
                   Təzədən üstünü büksən nə fayda?!
                   
Ürəkdir duyğunun,hissin qalası
Yaxşini unutsan,pislə dolası. 
Bir dilin ki,kökü zəhər çalası
Üstünə şəkər,bal çəksən nə fayda?!

İlham dua edir,bəxtindən razı
Tanrı əl uzadıb min dəfə azı.
Əgər verilmirsə üzünə ruzu
Ləl,cavahir toxum əksən nə fayda?!
 
İlham İdrisoğlu Brest 16.04.2012

суббота, 14 апреля 2012 г.

Vəfasızmı,deyim mən bu dünyaya?!


                         Vəfasızmı,deyim mən bu dünyaya?!

                      Bir gün tərk edəndə tozlu yollarla
Hardan biləydim ki,qayıdacağam.
İllərlə yığışan xiffətlərimi.
Qoynuna sığılıb dağıdacağam.

Durub arx üstündə boylanacağam.
Bahar təravətli yarpız,reyhana.
Düşəcək yadıma oxley götürüb.
Pencərli kətələr çevirən ana.

Quzu otardığım çayırlı çəmən
Qol açıb həsrətlə qucaqlayacaq.
Əlvan sinəsini seyrə dalınca
Neçə xatilələr çiçək açacaq.

Vəfasızmı deyim,mən bu dünyaya?
Örtür vərəq-vərəq,gedən gün dönməz
Tanrım,nə yaxşı ki,xatirələr var.
Durmuşuq üzbəüz,qəhərli,dinməz.

Gözüm hey axtarır süfrənin üstə
Anamın qoyduğu ətirli çayı.
Deyərdi,evə gəl,darıxdım,oğul.
Otur yanımızda barı bu yayı.

Mən hardan biləydim,vəfasız dünya
Verdiyi neməti geri götürür.
                      Sanırdım illərim həyat bağında
                      Lalələr bəsləyir,nərgiz bitirir...

                      Sanki bir yuxuymuş bu fani dünya.
                      Taleyin külüngü ayıltmadı da.
                      İllərə nə var ki,lal axan çaydır...
                      Caçıma düşən dən oyatmadı da

                      Deyəndə səhnədir,baxıb keçərsən
                      Güldüm,nə yaşım var,tələsim hara?
                      Geri boylanınca,titrəyir qəlbim.
                      Can qurban edərəm,tozlu yollara...
         
                       İlham İdrisoğlu Brest 15.04.2012

четверг, 12 апреля 2012 г.

Bir az bəmdən çal sazını


      Bir az bəmdən çal sazını
Bir az bəmdən çal sazını.
Ürəyimin teli əsdi.
Beləcə tut avazını.
Mənə bircə misrab bəsdir

Deyiləsi sözüm qalıb
Borçalıdan,Qarabağdan
Arzum budur telli sazın
Səsi gəlsin bax o dağdan.

Qoy titrətsin qayaları
Həsrət dolu qoşa tellər.
,,Kərəminin,, yanğısını
Mizrabından duysun ellər.

İlham İdrisoğlu 29 mart 2012 Yevlax,Köyük kəndi.

среда, 11 апреля 2012 г.

Kin qəlbi çürüdən qurd deyilmi ki!?...


Kin qəlbi çürüdən qurd deyilmi ki!?...

Kin qəlbi çürüdən qurd deyilmi ki
Hərdən içimizi yeyir xəlvəti?
Xış kimi çevirir,əkir dünyanı
Səpir bar verməyən sonsuz nifrəti.

Kin-kudrət deyilmi könlün qəfəsi
Məslək yol tapmayır azad dünyaya?
Sanki ağır yükdür batan gəmidə
Çəkir,sürükləyir sonsus dəryaya.

Kinin ayazında qalxmır, dirçəlmir
Körpə çiçək kimi donur mərhəmət
Kinin alovunda qarsılır,solur
Güllü budaq kimi yanır məhəbbət.

Yatmış vulkan kimi oyanır hərdən
Odlu nəfəsiylə kül üfürərək.
A Tanrı,o kəsə yazığım gəlir
Çırpınır köksündə kin dolu ürək!


İlham İdrisoğlu. 28mart 2012 .Köyük kəndi.


Allah,məni xoşbəxt etsən...


Allah,məni xoşbəxt etsən...

Allah,məni
yaza döndər
Qoy əridim
 ürəklərin 
quzeyində
donan buzu
Allah, məni
saza döndər
Hər telindən,
hər simindən,
qopsun,axsın
eşq avazı...
Allah,məni
bu dünyada
möhtac etmə
namərdlərə.  
Nə yaşasam
qoy yaşayım
gözlərimdən
gülə-gülə. 
Allah,məni
duza döndər
payla, kəlməm
şit olmasın.
İnsan oğlu
dinləyincə
sözlərimdən
usanmasın
Allah,məni
atıb getmə.
Verəcəyin
qismətimi
var-dövlətə
qurban etmə.
Allah,məni
xoşbəxt etsən
Göz yaşı da
dat gözünə. 
Səadətdən
dolsun gözüm -
leysan yağsın
yar üzünə...

 İlham İdrisoğlu 07.09.2011 Brest.

четверг, 28 июля 2011 г.

Qoy üstündə şeh tək təmiz ad olsun!

            Alıb bu badəni,dostum,deyirəm
Döyünən ürəyin daim şad olsun!
Tanrıdan xoş ömür-gün diləyirəm!
Pis iş kənar getsin,kədər yad olsun!

İstəmirəm dövlətini, malını,
Yolun düşsə soruş dostun halını.
Fikir,kədər turşutmasın alnını,
Qoy üsündə şeh tək təmiz ad olsun!

Xitab eylə,danışanda biriylə,
Dərdi açıb,çox danışma gileylə.
Neçə evlər yıxılıbdır dil ilə,
Vay o günə,bircə kəlmən bəd olsun!

Kəlmə var ki,yəhər üstə mindirir,
Kəlmə var ki,zirvələrdən endirir.
Kəlmə var ki,yanan eşqi söndürür.
Qoyma sözün özgələrə dərd olsun!

Söz sərçədir,geri dönməz uçursan,
Qanlı oxdur,yayı əldən qaçırsan,
Peşman olub öz-özündən qaçarsan.
Bir cüt gözün axı nədən dörd olsun?

Bir alovdur ,baxmır yaşa,quruya.
Bulalayır,qatır lili duruya.
İdrisoğlu,o dillər ki,quruya.
Gülüstanı kül eyləyən od olsun!

İlham İdrisoğlu 14 may 2010 Brest

четверг, 21 июля 2011 г.

İnsan,ədalətdən hey dəm vurursan!


İnsan,ədalətdən hey dəm vurursan!
Söylə,haqq kürsüsü görmüsənmi,hec!?
Doğrayıb tökürsən ,usanmayırsan,
Qeyrət qapısından girmisənmi heç!?

Dostluğa and verib yüz don biçirsən,
,,Sədaqət,, deyibən haray çəkirsən.
Hərdən yolun düsür,yaxın keçirsən,
Bir xəstə halını sormusanmı heç!?

Bəlkə deyə bilmir müqəddəs anan.
Sevic bağişlayıb,dərdini danan.
Qəzası dolaşıb ,odlara yanan,
İnsan harayına durmusanmı heç!?

İlham,çox gözləri görübdür gözün.
Bəlkə çoxlarına xoş gəlməz sözün.
Ürəyi yanana,bəndə, sən özün
Bir içim sərin su vermisənmi heç!?

İlham İdrisoğlu 25.01.1989 Moskva

Oynadırsan bu aləmi


              Qoca dünya,dəyişmirsən,
              Sevinc alib,verdin qəmi.
              Sirlərini bölüşmürsən.
              Tək tutursan zili,bəmi.

              Saz da səndə,söz də səndə.
              İpək səndə,bez də səndə.
              Yaxşı görən kor göz səndə.
              Gölməçəndə itir gəmi.

              İncimirəm,mən kiməm ki,
              Sən çəkirsən naxış,rəngi.
              ,,Vağzalını,,edib,,Cəngi,,
              Oynsdırsan bu aləmi...

              İlham İdrisoğlu 08.05.2010 Brest
             

среда, 20 июля 2011 г.

A qardaş,kitabı nə var yazmağa


                           
                     A qardaş,kitabı nə var yazmağa,
                     Oxuyub qəlbinə sıxanı göstər!
                     Bənzədib işığı sönməz çırağa,
                     Səhər açılınca baxanı göstər!

                     Kim deyir,,şairəm,,,açsın ,,Xəmsəni,,
                     Bir də  vərəqləsin,,Qabusnaməni,,.
                     Mən səni oxudum,dostum,sən məni.
                     Gözündən bir gilə axanı göstər!

                     Hey duz çiləyirik özgə aşına,
                     Ağıl yetiririk  özgə başına.
                     İlhamın çarığı gəlmir xoşuna,
                     Astarı sökülən  çuxanı göstər!

                          İlham İdrisoğlu Brest 2010

Necə susum mən?


               
                          
                                      Əridib çöllərən qar yorğanını
                                      Güllü yaz gələndə,necə susum mən?
                                      Bürüyüb çəməni,düzü,talanı
                                      Lalələr güləndə,necə susum mən?

                                Baxıb balasının uca boyun  boyuna.
                                “Xoşbəxtik,ay bala,çatdıq  toyuna.”
                                Gülüb iftixarla mehriban ana,
                                Gözünü siləndə,necə susum mən?

                                       Ürək bır ağacdır,arzu mın budaq.
                                       Xəyal qanadındanda uçma çox uzaq.
                                       Ay İlham,ürəkdə alovlanaraq,
                                       Ümüdlər sönəndə,necə susum mən?
       
       İlham İdrisoğlu. Moskva 1991