Improvisasiya

Get Adobe Flash player
Показаны сообщения с ярлыком Sara. Показать все сообщения
Показаны сообщения с ярлыком Sara. Показать все сообщения

понедельник, 18 июля 2011 г.

Qızım

Qızım

Sən başımın tacısan,
Kamanımsan,sazımsan.
Tanrının bəxş etdiyi
Şirin paysan,ruzusan

Gözlərim də sənindir,
Sözlərim də sənindir,
Qarşında yerə dəyən
Dizlərim də sənindir.

Qəlbimdəsən, bil qızım,
Yuxumasa gəl ,qızım.
Qəhərli gözlərimi
Əllərinlə sil ,qızım.

İlham İdrisoğlu Brest 2008