Improvisasiya

Get Adobe Flash player

четверг, 28 июля 2011 г.

Lakonik təmsillər


1Qaranquşu bəyənməyən sərçə

Sərçə göldə yuyulmuş,
Tüklərini daradı:
,,Nə pintidir qaranquş,
Qanadları qaradır,,

İlham İdrisoğlu Brest 27.11.2010

2 Qorxmaz tülkü 

 Sərçə,sabahın xeyir-
 Tülkü çığırdı qəstdən-
 Xətrinə dəyən olsa,
 Mütləq mənə deyərsən

 İlham İdrisoğlu Brest 27.11.2010


3Ayının qohumluğu

Keçdi yuxarı başa
Meşənin küt ayısı.
Pələnglə gəzir qoşa,
Qohumunun dayısı.

İlham İdrisoğlu Brest 27.11.2010

4Canavara tərif

Meşəyə girib səhər,
Tülkü qısıldı,güldü:
,,Ay canavar,ovundan
Yamanca xoşum gəldi!,,

İlham İdrisoğlu Brest 27.11.2010

5Kələkbaz beçə

Beçə elə banladı,
Hamı gəldi heyrətə.
Tez xoruzu danladı,
Fərə keçdi töhmətə.

,,Su verirsən gözünə?
Nə ucadan banlayır!
Bircə kəlmə sözünə.
Qanım coşur,qaynayır,,

Bir az yaxın gələrək.
,,Qəhrəmanı,, çağırdı.
Beçə hində gülərək.
Mikrofonu yığırdı.

İlham İdrisoğlu Brest 27.11.2010

6Ölümdən qaçan dovşan

Caqqaldan qaça-qaça,
Qucaqladı tülkünü.
Növbə ilə diddilər
Boz dovşanın tükünü.

İlham İdrisoğlu Brest 27.11.2010

7Tülkü və kompyuter

Dəvə bir gün əlində
Oyuncaqla gələndə
Hamı heyrətə gəldi:
,,Balam,bu nə əngəldir?,,
,,Xaricdən gətimişəm,
Sərhələr keçirmişəm
Qanmazı qandırandır,,-
Dəvə tez qürurlandı-
Qırmayın,sındırmayın
Kim istəyir oynayın.
Möcüzədir,sehirdir
Dünyayla söhbət edir,,

Gün keçdi,vaxt dolandı,
Unutdular bu sözü,
Kim nə bilsinin tülkünün,
Harada qalıb gözü.

Coxdan garalamışdı.
Ürəyinə dolmuşdu:
,,Adımı dəyişərəm
Meşəylə deyişərəm,,
Bu xəyalla fikirlə,
Sönməyən bir təkidlə
Səsini hey dəyişdi,
Hey barışdı,əyişdi
Gah dovşanla dost oldu,
Gah toyuğa vuruldu,
,,Verəcəyəm dərsini,,-
Şirə tökdü hirsini.
Bilirdi ki,görmürlər,
İncitmirlər,döymürlər.
O qədər harınladı
Ayını da danladı.
Pələngi yamsıladı,
Caqqalı yaxaladı.
Xülasə nə zamandır,
Meşə oda qalanır.
Dəvə küsdü qarğadan.
Canavar canavardan.
Dünənki şən qonşular
Qanlı-bıçaq oldular.
Gər ki,bir gün kim isə
Şübhə etdi bu işə.
Yoxladı oyuncağı.
Qurudu əl-ayağı.
Tülkünün oyununu,
Min biçimli donunu
Danışdı sakinlərə:
,,Yoxlayın siz bir kərə,,
Qərara gəldilər ki,
Nə söyləsə bu tülkü
Əhəmiyyət verməyək
Arxasını gözləyək.
Bu minvalla gün keçdi,
Bir az da üzgün keçdi,
Sualları cavabsız.
Diləkləri savabsız,
Xülaseyi,qardaşlar
Xanımlar və soydaşlar.
Açıldı işin üstü,
Tülkü ağladı,küsdü:

,,Dəvədədir günahlar
Dedim oğurlayarlar
Yiyəsiz kompyuterin
Meşədə nə işi var?,,

İlham İdrisoğlu Brest 30.11.2010

8Psixoloq tülkü.

Meşəyə səs yayıldı,
Tülkü psixoloqdur.
Çoxu onda ayıldı,
Dostlar yanında yoxdur.

İlham İdrisoğlu Brest 01.12.2010

9Tülkü filosof

,,Gözə girməkçün gərək
Zəifə,,yaxşı,,deyək,
Yaxşını tərifləyək,
Əlanı kötəkləyək,,-
Tülkü yaxşı bilirdi
Yaltaqlığın tostunu,
Yola salıb gülürdü,
Ürəyində,,dostunu,,

İlham İdrisoğlu Brest 01.12.2010

10Ayı ki,ayı 
 Özünü suya atıb.
 İstədi keçsin çayı.
 Körpü niyə tikilib.
 Hardan bilsin bu ayı?

 İlham İdrisoğlu Brest 02.12.2010

11Biçarə toyuq.

Çil toyuq yumurtlayıb,
Hər gün qaqqıldayırdı.
Xoruz işi görmüşdü,
Xəlvət pıqqıldayırdı.

İlham İdrisoğlu Brest 04.12.2010


12Hirsli siçan

Siçan yaxına gəldi.
Hirsi vurdu başına
Çuval dolu deyildi.
Bəs olmazdı qışına.

İlham İdrisoğlu Brest 01.12.


13Ələkçiyə qıl verən keçi

,,Həm incədir,həm çətin,
Bizik bu işi görən,,
,,Keçi,nədir sənətin?,,
,,Ələkçiyə qıl verən!,,

İlham İdrisoğlu 03.12.2010 Brest


14Xırmanı dağıdan toyuq

Eşələdi,daraşdı
Xırmanı alt-üst etdi.
Başı elə qarışdı,
Toyuq hinə ac getdi

İlham İdrisoğlu Brest 01.12.2010


15Sağsağanın fərəhi

,,Bir yerdən götürülüb
Tovuz ilə suyumuz-
Saxsağan fəxr edirdi-
Uzundur quyruğumuz,,

İlham İdrisoğlu Brest 02.12.201


16 Xoruz çığırtması!

Xoruz dərdi nəfəsini:
,,İşi belə qoymayacam
Maraqlıdır qonşu hini,
Özgə dildə banlayacam,,

Diqqət ilə hey dinlədi:
,,Əsas odur səs salasan,
Çoxu qanmır,fərqi nədir,
Bircə durub susmayasan,,

Çəpər üstə hey çığırdı,
Səhər-səhər,həm azanda...
Üç gün sonra çığırırdı,
Sahibinin qazanında.

İlham İdrisoğlu Brest 22.11.2010

17Azadlığın qiyməti

Pişik sıxdı siçanı:
,,Buraxaram,gedərsən,
Bir qab kəllə-paçanı
Öz üstünə götürsən,,

İlham İdrisoğlu Brest 01.12.2010

18Tülküyə vurğun toyuq

Niyə gec-gec gəlirsən!
Xoş gördük,tülkü qağa!
Toyuq vurub çırtdığı,
Başladı oynamağa:

,,Bircə şəkil bağışla,
Xəzinin vurğunuyam.
Gecələr qaçır yuxum,
Həsrətin yorğunuyam.

Ey qəlbimin atəşi!
Ürəyimi dəlirsən.
Gözlərim səni gəzir,
Məftununam,bilirsən!,,

Canının qorxusundan,
Toyuq şairə döndü.
Bütün hini tərgidib,
Tülkü ilə öyündü.

İlham İdrisoğlu Brest 03.12.2010


19Yumurtadan yun qırxan biznesmen.

Bir yığımcıl biznesmen,
Yumurtadan yun qırxdı.
Zəmbili cırıq idi,
Yun suya düşdü,axdı.

İlham İdrisoğlu Brest 04.12.2010

Haqqsızlıqdır meşədə

Səhər girdi meşəyə,
Çeşməyini düzəldib,
Təpik vurdu dəvəyə
Məqsədini gizlədib!

Tez axtarı dələni
,,Sabahın xeyir,desin,,
İşə saldı dilini,
Dadlı bir fındıq yesin.

Təriflədi,əlac nə?
İnciyənlər axtardı.
Hey çığırdı,,əsas nə!?
Yenə səbrim daraldı!
Bu meşədə qayda yox,
İncidirlər ayını,
Utanmırlar,işə bax,
Hey kəsirlər payını!,,

Qarğa dedi sözünü,
Kirpi yudu üzünü,
,,Haqqsızlığa,, dözməyb,
Caqqal sildi gözünü!

Yəqin ki,ürəyində
Bir arzuyla yaşayır
Unudanda arabir,
Hansı adı daşıyır!

İlham İdrisoğlu.22.11.2010.Brest

Ürək-dirək

,,Qorxma,qardaş,səs küydəm,,-
Meymun dedi eşşəyə-
Bizimkilərdir gələn,
Çaqqal dolub meşəyə,,

Ilham İdrisoölu 23.11.2010 Brest



Комментариев нет:

Отправить комментарий