Improvisasiya

Get Adobe Flash player
Показаны сообщения с ярлыком Hekayələr. Показать все сообщения
Показаны сообщения с ярлыком Hekayələr. Показать все сообщения

четверг, 12 февраля 2015 г.


,,Xallı,,

Bəzən dünyanın işlərinə məəttəl qalırsan.Dilsiz-ağıssız heyvanın insandan sədaqətli olduğunu hiss edincə,dünya gözündə dəyişir.Bu hekayəm davam etməkdədir və öz həyatımın bir parçasıdır.
Artıq bir neçə ildir ki,Vətənə can atıram.Belorussiya gözəl ölkə olsa da,doğma yurd çəkir. Bir il əvvəl ata ocağına qayıtdım.Həyət böyükdür.Kənd təsərrüfatını xoşlayıram.Odur ki,kənddə yaşamağı üstün tutdum.Bir gün dayıoğlum Əbülfətdən həyət üçün bir küçük tapmağı xahiş etdim.Bir neçə gün sonra qonşu kəndlərdən birindən xırdaca küçük gətirdi.Adını o saat ,,Xallı,,qoyduq.Çox maraqlı görüntüsü var idi.Balaca,gözlərinin üstündə iki eyni xallar.Yaz küləkləri Kəpəzin və Şahdağın arasından keçib bizim Qarabağ ellərində güclənirlər.Bu körpə heyvanı çöldə saxlamaq böyük çətinliyə düçar etdi məni.Böyük qutunu otla,samanla doldurub onun içində saxlamağa məcbur oldum.Üstünü ğrtürdüm,isti yemək verirdim.Gecələr böyük evimizin yaşamadığımız bir küncündə qutusunu yerləşdirirdim.Bir təhər yaza çıxdıq.Artıq hürməyə başladı.Toyuqları həyətdə qovurdu.Bir gün döyüşkən xoruzumuz möhkəm vurdu.Ağlı kəsmədiyindən Xallı toyuqlarla dən yemək həvəsinə düşüb aralarına girmişdi.Xoruzun xoşuna gəlmədi.Axşama qədər biçarə Xallı üzə çıxmadı.Nə isə,gah pişiyimizlə dalaşdı,gah özündən böyük itlərə hürdü.Böyüdü.Bir xasiyyəti var idi,şalvarımın balağından yapışıb arxamca sürünürdü.
Bu hekayə qısa müddətli olsa da dərin mənalıdır.Nəhayət həyətdən kənara çıxmağı da qəərara aldı.Yavaş-yavaş arxamca gəzməyə başladı.Böyük torpaq sahələrimiz var.Arpa səpmişdim.Birinci məcaramız apreldə başladı.Gedib məhsulu yoxlamaq istədim.Əl çəkmədi.İrəli-geri qaça-qaça düşdü yanıma.Yolda qazları qorxuzdu,özü qonşunun inəklərindən ehtiyat edib ayaqlarımın yanından əl çəkmədi.Nəhayət gəlib çıxdıq.Bunu zəminin içində itirdim.Çağırdım cavab vermədi.Cinsi balacaboydur.Gözlədim,gözlədim...İtirdim Xallını.Fotoapparat da boynumdan asılıb.Bir ümidim vardı ki,yəqin qayıdıb evə...Fikirli gedirəm.Kənddən bağqa qonşu qoyun otarmağa gedir.Salamlaşırıq.Xallını görüb-görmədiyini soruşuram.Gülür.Qoyunlar da ehtiyatla yanımdan keçirlər.Sən demə Xallı arxamca sakitcə gəlirmiş.Buna nə deyəsən?Qonşu ilə bir-iki kəlmə kəsincə min oyundan çıxdı.Gah ayağıma salmanır,gah yerdə uzanır,gah yüngülcə hürür...
Pişiyimzdən qorxurdu.Bir dəfə caynağına keçmişdi.Odur ki,yanından sakit keçirdi.Özünə yer tapa bilmirdi.Mən hara o da ora.Bir gün kürt toyuğun qəzəbiylə rastlaşdı.Cücələrə yaxınlaşdığından toyuq hücuma keçmişdi.Çığırtısı göyə qalxmışdı.İstəyirdi qaçsın,toyuq özünü çatdırırdı,vururdu.Güclə canını qurtardı.Bir dəfə qonşunun öküzləri hücum çəkmişdilər.Darvazanın altındakı on,on beç satimetrlik boşluqdan güllə kimi keçib həyətə qaçdı.Həyətdən çıxıb öküzlərə hürürmüş.
Bir xasiyyəti də var idi,mütləq ayaqqabılarmızın birini aparı kənarda gizlədirdi.Odur ki,nəyimiz var idisə ikinci mərtəbənin pilləkəninə yığırdım.Bir sözlə,Xallı qoymurdu darıxaq.Hər şey bir neçə gündə dəyişdi.Bacım qızları ilə yayda kəndə gəldi.Uşaqlar da tez alışdılar.Ancaq bir məsələ bizi narahat etməyə başladı...Bu haqqda sonrakı yazımda.Sözümün canı var...İzləyin.
(Ardı var)

вторник, 8 октября 2013 г.

İki güllənin yazdığı tale(tarixi hekayə)

İki güllənin yazdığı tale(tarixi hekayə)
Kəllər lilli arx suyunu birnəfəsə,içirlər.Yayın istisi,ağır araba taqətlərini çoxdan
kəsiblər.Neçə gündür yalnız gecələr və günün duran vaxtı nəfəslərini dəsələr də dayanmadan, ev-eşiyindən,isti yuvasından məhrum olmuş ailəni addım-addım,aram-aram doğmaları ilə görüşə gətirirlər bu kəllər.Az qalıb,lap az.Odur kənd də görünür.Böyük minnətdarlıq hissi ilə Qarabağın dağlardan süzülüb gələn Tərtərinin suyundan doyunca içirlər.Yalnız bir insan bu an hisslərini boğmağa cəhd edir.Gözləri sevinc,kədər,həsrətlə dolu Tərcə,əlacı olsa son damla yaşadək oturub ağlar.Ürəyi az qalır yerindən çıxsın.Ancaq iradəsi,çoxdan hissilərinə hakim kəsilib.Ağlaya bilmir,qadın zəifliyi qəlbinin dərinliyində əbədi donub.Yaxşı anlayır Tərcə.Dünyasının mənası bu körpələrdir.Dörd oğul,iki qız.Böyük qızı Gülüsümü də artıq üç ildir görmür.Tale belə imiş.Kiçik qızı nədənsə Tərcəni ,,bacı,,çağırir.Əvvələr təəccüblü görünsə də, tezliklə bu çağrışda təskinlik tapıb. Cılız və çevik qızcığaz uzun gecələrinin həmsöhbəti,ağır gündəliyinin köməkçisi,böyük qardaşının istəkli bacısı,kiçiklərin yolgöstərəni olub bu illərdə.İxtiyarsız gözü övladlarını axtarır.Yayın istisinə əhəmiyyət verməyən körpələr Qarabağın düzündə səs-küylə qaçışırlar.Ismayıl bir az kənarda səssiz-səmirsiz dayanıb kəndə tərəf baxır.Keçirdiyi hisslər,bir Tanrıya bəllidir.Tezliklə evə çatmaq,xatirəsində həkk olunmuş məhlə-bacanı görmək bir addımlıqda lövbər salıb,dayanıb.Kəllər nəfəslərini dəriblər, balacalar da artıq qan-tər içində əldən düşüblər.Evə çatan kimi mütləq üzləri üstdə düşəcəklər.Bəs nəyi gözləyir ana?...Gözləyir...Yerindən də tərpənmir.Soruşmağa ürəyi gəlmir İsmayılın.Boş yerdən ana övladları qızmar günün altında saxlamaz...Görenür bir səbəb var.
Arabada üzü gündən kələyağı ilə örtülmüş Həsrət ağlayır.Tərcə ağır addımlarla arabaya yaxınlaşır,gözüyaşlı körpəni qucağına alıb sakitləşdirir.İsmayıl artıq hər şeyi anlayır,odur ki,anasından gözlərini çəkib,balacalara qoşulur.Ana döşünü körpəyə verib yenə gözləri ilə nəyi isə,kimi isə axtarır.Kim bilir,kim anlayır bu insanı?Həsrətin körpəliyindən,böyük övladların uzaqlığından istifadə edib,Tərcə bütün varlığını göz yaşlarına təslim edir.Odlu,yanğılı yaşlar ürəyini dəlib ala gözlərindən yaz yağışı kimi süzülür,varlığına müvəqqəti təskinlik gətirirlər.Müvəqqəti...Buna da şükür...Gözlərini silir,Həstətin gözlərindən öpür.Körpə qığıldayır,ya gülümsəyir...Kim bilir körpələrin dilini?...Bu da bir bəhanə,bu da bir neçə məqam...Niyə bu qadın kəlləri arabaya qoşmur,ev-eşiyinə tələsmir?...
-Uzaq getməyin,burda ilan-çayən var-Tərcə Bəstini səsləyir.
-Yaxşı-uşaqlar birsəslə dillənirlər.Toz-torpağa qarışıb görünməz olurlar.
Tərcənin gözləri Yaman qobusunda qalıb.Əsrlərlə böyük dərələr yaradan bu kiçik dağ çayına nədənsə belə ad verib babalar-Yaman qobusu...
Murovun ağ saçlı zirvəsinə dikilir o ala gözlər.Nəmini,qüssəsini buza döndərmək üçün...Ürək yenə alovlanır, göz yaşları cilvələnir.Üzücü anlar sanki,hər şeyi yandırıb kül etmək üçün davam edirlər.Artıq dədə-baba yurdunun nəfəsinə isnişən övladlar uşaq sadəlöhvlüyü ilə hər şeyi unudub,səs-küylü dünyalarına qovuşublar.Ağla gözlər,sızla ürək.Bu son görüşdən kam al.Həsrət də yuxulayıb.Tərcə başını arabanın cağına söykəyib xəyalən o günlərə qayıdır...Bəxtəvər,qayğısız günlərə...
***
Bəsti bir neçə dəfə anasından soruşsa da,anlaşılası bir cavab ala bilmədi.Atası hardasa yaxınlardadır.Ola bilməz ki,istəkli qızını,fəxr ilə böyütdüyü oğullarını atsın.Yaxşı xatırlayır o günləri.Atasının dizi üstündə yuxuya getdiyi axşamlar indi yuxularını şirinləşdirir,körpə ürəyini pərvazlandırır.Nə olsun ki,yuxudur?Yuxular həyatdan da şirin olurlar.Şura hökumətinin gəlişi,var-dövlətlərinin müsadirəsi Bəstini az maraqlandırırdı.Bir az da uşaqlıq dünyasını sevindirirdi.Atası İbiş bəy son zamanlar həmişə evdə idi və sevimli qızını axşamlar dizi üstündə oxşayırdı.Üç ildir üzünü görmədiyi atasını bir gün də unutmadı balaca Bəsti.Hərdən xəyalında o anları canlandırdı,tarixin çarxını çevirdi,uşaqlıq saflığı ilə inandı-hər şey yoluna düşəcək.O gündən başladı bu açılı günlər.
***
-Qızım ağlama-İbiş bəy dəryazı kənara atdı.Bəstinin ağlamaqdan qızarmış gözlərini dəsmalla sildi-Nə baş verib?
-Yenə gəlmişdi Həsən...-hıçqırtı Bəstiyə sözünü tamamlamağa macal vermədi.Atasına qısılıb hönkürdü.Səsə başqa biçinçilər yığışmağa başladılar.Briqada başçısının narazılığına əhəmiyyət verməyib,İbiş bəyi dövrəyə aldılar.Hörməti vardı bəyin.Heç kəsə pisliyi keçməmişdi.Gücü çatandan hamıya əl tutub,arxa durmuşdu.Zamanın tələbinə baş əyib dədə-babasından qalma dövlətini də Şura hökumətinə vermişdi.İyirmi qoyun,iki inək,bir də kəhər atı,,Qaşqanı,,saxlamışdı.Onları da çox gördülər.Beş qoyun,bir inək saxladılar bəyə.Budur neçə gündür ,,Qaşqa,,da rahatlıq vermir...Bəy hər şeyi balalarına qurban verməyə hazırdır.Çətin də olsa qəti qərar verdi:
-Qoy aparsınlar,çəməndədir ,,Qaşqa,,.Ağlama...-Bəy könlünün yanğısını büruzə vermədən körpəni yola saldı.Hamı dağılışandan sonra dəryazı götürüb bir neçə dəfə göydə sağa-sola çaldı...Hər şey mənasız göründü gözünə.Təmbəki qutusunu çıxarıb təzə biçdiyi otun üstünə sərildi.Səs-səmirsiz bir qullab vurub geniş səmanı arxayın gözdən keçirdi.Hardansa Həsənlə Qədir gözləri önünə gəldilər.Böyüdüb boya-başa çatdırdığı,oğullarından seçmədiyi əlsiz-ayaqsızlar bu gün Şura hökümətinin sədaqətli qulluqçularına çevriliblər.Öz işləridir.Bəyə bunun istisi-soyuğu yoxdur.Bircə yaxasından əl çəksinlər.Görünür yaylaqdan arana gətirəndə bu yetimləri,tale qismətinə bu günləri hazırlayırmış.
On yaşlı Həsən yerli camaatın gözü qarşısında böyüyürdü.Bir neçə il əvvəl anası başqasına qoşulub qaçmışdı.Bir az sonra atası da yeni ailə qurdu.Ortalıqda qalan Həsən bir tikə çörək xətrinə kimə odun doğrayır,kimin tövləsini təmizləyirdi.Gecələri harda gəldi keçirən uşaq günbəgün yendən ağır zəhmətlərlə qarşılaşırdı.
Qədirin hekayəti başqa cür idi.Bir neçə ay əvvəl soyuq gış günündə halsız uşağı ot tayasının yanında tapmışdılar.Özünə gələndən sonra adının Qədir olduğunu söyləyən uşaq atasının vəhşicəsinə döyməsindən söhbət salaraq evdən baş götürüb qaçdığını,ölsə də geri dönməyəcəyini söyləyərək Qulu kişinin ürəyini yumşalda bilmişdi.Ailəsinin böyük olmasına baxmayaraq Qulu kişi bir tikə çörəyi ,isti bucağı əsirgəmədi Qədirə.Hərçəndi təzə sakin işdən qaçaq idi...
Sonralar Şura hökumətinin qulluğunda dayanan Qədir kefinin kök çağında iş yoldaşı Mahmuda əslində kim olduğunu danışacaq.Sən demə Qədir bəy ailəsində doğulub.Uzaq dağ kəndinə gətirib çıxaran səbəb heç də o qış səhərində uydurduğu nağıl olmayıb.Uşaqlıqdan ərkəsöyün böyüyən Qədir heç nədən korluq çəkməyib.Beş bacının iki qardaşı olublar.Böyüdükcə iştahı da artıb.Bekarçılıq bezdirdiyindən,özünə macəralar axtarmağa başlayıb.Bir dəfə təsadüfən atasının qızıl-gümüşü harada saxladıöını görüb və iki gün sonra yığışdırıb qaçıb.Günlərlə qonşu kənddə qohumları gildə olduğunu qət eləyən ata-anası işi başa düşüncə gözdən itib.Yad şəhərdə atasının dövlətini sağa-sola səpə-səpə gününü keçirib.Harda gəldi gecələyirmiş.Bir gün iki adamın söhbətindən eşidir ki,hansı isə şəhərə məhzəkar ayıoynadan gəlib.Gedib baxmaq lazımdır.Qədirin xahişi ilə onu da özləri ilə götürməyə razılaşıblar.Yolda haldan düşüncə döyüb,qalan qızıl-gümüşü götürüb,özünü də həmin ot tayasının yanında atıblar.Qurğu olduğunu gec başa düşən Qədir bir tikə çörək xətrinə ağlına gələni uydurub Qulu kişiyə.
İbiş bəyin bildiyi də həmin uydurmadır.Sonra qaçaq düşəndə biləcək həqiqəti.O vaxtlar Həsənlə Qədirə insan ata gözü ilə baxdı.Ələ baxmasınlar deyə çobanlığa götürdü.Uşaqlar tezliklə hər şeyə alışdılar.Arana gedəcəkləri günü səbirsizliklə gözlədilər.On beş il keçdi üstündən.Bu gün bəy ağlına belə gəlməyən müsibətlə üzləşib.Özgələr yox,özününkülər badalaq vururlar.
Axşamacan əli işə yatmadı.Günü birtəhər başa vurub evə yollandı.
-Ay qız,su gətir atan yuyunsun-Tərcə Bəstini səslədi.Boylu qadın ağırlaşdığından tez yorulurdu.Bəy ötəri nəzər saldı ömür-gün yoldaşına.Bir anlıq göz-gözə gəldilər.Sakit baxışlarda gizli narahatlıq hiss olunurdu.Bəy özünü ələ alıb ,qəti nəzərləri ilə toxdaqlıq verdi Tərcəyə:
-Fikir eləmə,hər şey düzələr...
-Su hazırdır-Bəstinin səsi sükutu pozdu.
Oğulları iri məhrabanın iki tərəfindən tutub gözlərini atalarına dikmişdilər.
Bəy sərin su ilə yuyunduqca canının ağrı-acısı yüngülləşirdi.Ürəyinə sakitlik gəlirdi.
-,,Qaşqanı,,aparmadılar-Bəstinin səsi şimşək kimi çaxdı qulaqlarında.İstər-istəməz başını qaldırdı.Qanı dondu.,,Qaşqa,,tövlənin qarşısında quyruğunu yelləyərək zəhlətökən milçəkləri qovuraq Bəyə tərəf baxırdı.Sanki incimişdi.Axşam çəməndən evə Bəyin oğullarının gətirməsinə öyrəşmişdi.Bu gün də körpələrin arxasınca arxayın evə gəldi.Bəs sahibi niyə yaxın gəlmir?Sığallamır?Nə olub görəsən?,,Qaşqa,,bu sualların cavabını gözləyirdi bəydən.
Yaxşı xatırlayır bəylə keçirdikləri ağır dəqiqələri.Soyuqlamışdı,,Qaşqa,,.Bəy gecəni səhərə qədər bir addım kənara durmadı,əlindən gələni əsirgəmədi.Qurtardı ölümdən.Bəs o qarlı,şaxtalı qış gecəsinni unutdumu sahibi?.Bəy qonaqlıqdan qayıdırdı.Kefi kök idi.Dodaqaltı zümzümə edirdi.,,Qaşqa,,yorğa addımlarla kəndə yaxınlaşırdı.Birdən gecənin sakitliyini güclə eşidiləcək hənirti pozdu.Az sonra havadan təşviş hissi gəldi.Dərin narahatlıq keçirən ,,Qaşqa,,yüngülcə kişnədi.Bəy özünə gəlincə iri yalquzaq canavar dişlərini qıcayıb düz ,,Qaşqanın,,gözlərinə baxdı.Təlaşdan özünü itirən ,,Qaşqa,,ixtiyarsız yana atıldı.Bəy bir anda yəhərdən yıxıldı.Bir az kənarda ,,Qaşqa,,dayandı,ucadan kişnəyib sahibinə yaxınlaşmağa can atdı.İbiş bəy əlindəki heyva çomağından möhkəm yapışıb yalquzağın hücumunu gözləyirdi.Mahir insan əlində çomaq əvəzsiz silahdır.Yalquzaq bunu hiss edib ehtiyatla bəyin səhvini gözləyirdi.Bəysə yeganə səhvə yol verməmək üçün canavarın gözlərinə baxaraq,çomağı daha möhkəm sıxırdı.Nəhayət canavar çevrilib,,Qaşqaya,,hücum çəkdi.Ancaq kəhər atın nallanmış ayaqlarından aldığı tapdaq yırtıcını bir anlıq sarsıtdı.Aldığı çomaq zərbəsi isə varlığını sındırdı.Bəyin qurdbasar köpəkləri artıq ,,Qaşqanın,,kişnəməsini eşitmişdilər.Bəy dara düşüb.Odur ki,bir-birini ötə-ötə səs gələn tərəfə yaxınlaşmaqda idilər.Qarlı qış gecəsində tala ilə qaçan yalquzaq artıq gözlərinə dəymişdi.Bir neçə andan sonra cansız canavarın başı üstdə qurbasarlar və həyəcandan özünə güclə gələn İbiş bəy durmuşdular.,,Qaşqa,,kənardan baxıb fıyxırır və başını bulayırdı.Sahibi ağır fəlakətdən qurtarmışdı.
Bəy məhraba ilə boyun-boğazını silə-silə Qaşqaya doğru addımlayır.Gözlərində sevinc,qəlbində kədər.Gör kimlərə verirmiş sədaqətli dostunu.Yox,,Qaşqni,, heç kimə verməz bəy!!!Yuxarıdan gələn rəhbərlər İbiş bəydən ,,Qaşqanı,, almadılar.Kimdir Qədir?Şuranın qulluqçusu.Ağzından süd iyi gəlir.Bu düşüncələrlə kəhər atın yalını tumarlayıb şam yeməyinə tələsdi.Bəy yavaş-yavaş anlamağa başladı.Bu Qədirin oyunudur.
Tərcənin rahatlığı şam yeməyindən sonra pozuldu.Körpələr yuxuya gedəndən sonra İbiş bəy təmbəki qutusunu götürüb həyətə çıxanda dalağı sancdı.Artıq ortaboylu,qızılı saqqalı ömür-gün yoldaşının hər addımına bələd idi.Bəy bu zaman təmbəki tüstülətməz.Tərcə səbəbi bilsə də,inanmaq istəmir.Bəy asta-asta həyətdəki daxala yaxınlaşır.Qapının cəftəsini ehmalca açıb içəri keçdi.Tərcə dərhal ərinin arxasınca yollandı.Kiçik pəncərədən boylanaraq,öz fikrinin düzlüyünə bir daha əmin oldu...
-İbiş,nəyinə lazımdır bu beşaçılan?Niyə çıxardın bunu?-Tərcə titrək səslə sükutu pozdu.Bəy bayaqdan Tərcənin onun hər addımını izlədiyini görürdü.Ancaq özünü o yerə qoymurdu.Odur ki,söhbətin məqamını əldən vermədi:
-Lasımdır,Tərcə.Belə görürəm bu silah yenə lazım olacaq-alaqaranlıqda tətyyi parıldayan silahı əlində qəti o üz-bu üzünə çevirdi-Məcbur edirlər...
-Bilirə-Tərcə ərini sakitləşdirməyə çalışdı-Qədirdir səni hövsələdən çıxaran.Həsən də düşüb onun tələsinə.Çıxa bilmir...
-Sən hardan bilirsən?-Bəy təccüblə soruşdu.
-Gəlin gəlmişdİ bir neçə gün əvvəl...
Gəlin Həsənin həyat yoldaşı idi.İbiş bəy böyük həvəslə bir neçə il əvvəl toy qurmuşdu,gəlin gətirmişdi Həsən üçün.Bir oğulları da vardı.Bəyi ,,baba,,Tərcəni ,,nənə,,çağırırdı.Gəlin böyük ehtimatla yanaşırdı Ibiş bəyin ailəsinə.Odur ki,dərdini də Tərcəyə danışırdı,sevincini də bölürdü.
-Neçə vaxtdır görmürəm.Həsən qulluğa keçəndən bizi unudub-İbiş bəy kövrəldi...
-Yox,unutmayıb,Şuranın tələsinə düşüb,indi də çıxa bilmir-Tərcə özü də anlamadan saxladığı sirri ərinə açdı...
-Necə yəni,tələyə düşüb?-Bəy bir az da heyrətləndi...
-Zeynəb danışdı o günü,gəlin,Həsənin külfəti-Tərcə ürəyindəkiləri açıb tpkdü ortaya-Bu işləri qarışdıran Qədirdir.Hökumətin səninlə bir işi yoxdur.Harinlayib bu yetim.Fikir vermə.,,Qaşqanı,, özü üçün istəyir.Bəy atında gəzmək fikrinə düşüb.Nə vaxt istəsə,de gəlsin aparsın.Dərinə getmə.Sadəcə istəyir ki,özün gətirib verəsən.Sabah dili uzun olmaq üçün.Odur ki,Həsəni göndərir.O da səs-küy salıb gedir.Gizlə bu silahı,get yat.Yorulmusan.
Tərcə sakitcə uzaqlaşdı.Bəy eşitdiyi kəlmələri götür-qoy edə-edə beşaçılanı əskilərlə bükdü.Necə bacardı o cür də gizlətdi.Əlinə nə keçdi,tökdü silahın üstünə.Birdən ələ keçər.
Qapını bağlayıb təmbəki qutusunu çıxardı...Qədirlikdirsə bu işlər,bəy əncam çəkəcək.
Bir neçə gündən sonra İbiş bəy yolüstü Sovetin binasına döndü.Yorunuq olsa da ,,Qaşqa,,ilə bağlı səs-küyə son qoymaq qərarında idi.Gözlədiyi xoş münasibət əvəzinə, başqa mənzərə durdu qarşısında.Artıq özünündən çıxan Qədir,bu dəfə sadəcə insanlığını da kənara atdı:
-İbiş,atı niyə gətirmirsən?Çoxmu gözləyəcəyik?-Qədir sanki,bütün ötən günləri xatırlamaq belə istəmirdi-Gəlmisən diləyə?Yox İbiş,sən artıq bəy deyilsən.Yoxsa əcalın gəlib?...
İbiş bəy artıq heç nə görmürdü,qulaqları kar olsa idi bu anda,şad olardı.Ancaq saqqalına dirənmiş naqanın soyuq lüləsi özünü aldatmağa imkan vermirdi:
-Bəli,Qədir!Çək tətiyi,gözləmə-İbiş bəy özünəməxsus qətiyyətlə dilləndi.
-Əl çək,bəsdir-Həsən özünü Bəylə Qədirin arasına atdı.
Qədir qeyqi ixtiyari tətiyi çəkdi.Bir anlıq sükutdan sonra,Həsən iki əlli qarnını qucaqlayıb gösləri ilə İbiş bəyi axtardı.Son kərə bu fani dünyaya baxaraq:
-Ata...-deyib Bəyin əlləri üstünə yıxıldı...
Bir anda ötən illər gözləri önündən keçdi İbiş bəyin.Həsən uşaqlıqdan çılız idi.Tez-tez xəstələnirdi.Soyuq torpaq üstdə yatdığı gecələr,öz isini qoymuşdu.Bəy öz balası kimi baxmışdı bu yetimlərə.Qoymamışdı korluq çəksinlər.Bir neçə il əvvəl təmtaraqlı toy da qurmuşdy Həsənə.Ev-eşik vermişdi.Bu da sonu.Varlığı titrədi.İti nəzərləri qatilə yönəldi.
Özünü itirən Qədir İbiş bəyin üstünə atıldı.Əlbəyaxa savaşda Bəy naqanı aldı.Qədir özünü yarıaçıq qapıya tərəf yüyürdü.
-Oğul!!-Bəyin qətiyyətli səsi Qədiri dayanmağa vadar etdi...
-Bəli,ata!- ixtiyarsız üzünü İbiş bəyə çevirdi...
Bir neçə dəqiqədə açılan iki güllə yeni bir tale yazdılar...Ürəyindən aldığı güllə Qədiri dərhal çökdürdü.
Bəy sanki yuxudan ayıldı...Hər şey artıq alt-üst olub.Şura hökuməti ona bu qanları bağışlamayacaq.Odur ki,cəsədlərə ötəri nəzər salıb,naqanı əlindən saldı...Tələsmək lazım idi.Qarışıqlıqda aradan çıxan Mahmud indi höküüməti bura tökəcək...

İbiş bəy vaxt itirmədən,,Qaşqa,,otlayan çəmınə tərəf yollandı.At görünmürdü.,,Uşaqlar aparıblar,,-fikri ilə özünü həyətə atdı.,,Qaşqanı,,həyədtə görüncə bəyin ürəyi sakitləşdi.Çünki yeganə ümidi indi ona idi.Yoxsa Şuradan uzaq qaça bilməyəcəkdi.Ərini təşvişli görən Tərcə qadın həssaslığı ilə nə isə ciddi bir hadisənin baş verdiyini dərhal anladı:
-İbiş,nə olub sənə?
-Uşaqlar hanı?-Bəy suala sualla cavab verdi.
-Odur,orda oynayırlar-Tərcə təəccüblə ərini süzdü.
-Bəstiyə de aparsın Gülüsümgilə.Özü qayıdar.Körpələr orada gecələsinlər.
-Su hazırdır-Bəsti heç nədən xəbərsiz həvəslə atasını səslədi.
-Gətir,qızım-Bəy həyəcanını gizlətməyə çalışdı.
Tərcə söhbəti saxlayıb səbirsizliklə ərinin yuyunub qurtarmasımı gözlədi.Bəy tələsik dəsmalı Bəstinin çiynindən alıb qurulandı.Nəhayət üzünü qızına tutdu:
-Qardaşıarını götür,gedin Gülüsümgilə.Onlar qalsın,sən qaranlıq düşüncə qayıt.
-Baş üstə-Bəsti sevincini gizlətmədi.Bacısını görmək,özünü kiçik hiss etmək həmişə ürəyində dolanırdı bu qızcığazın.Anası hamilə olduğundan son günlər daha çox işləməli olurdu.Odur ki,tələsik qardaşlarını səslədi.Bir ntçə andan sonra səs-küylü körpələr həyəti tərk etdilər.Hardan biləydilər bu sevinc tezliklə kədər olacaq.Atalarını bir daha görməyəcək günahsız balalar.Bu sima əbədi həkk olunacaq gözlərində.Hələ anlamırlar.İbiş bəy göz yaşlarını boğaraq nəhayət ömür-gün yoldaşına üz tutdu.Tərcə səbirsizlik və təşvişlə ərindən bunların nə demək olduğuna cavab gözləyirdi.Bəy bir anlıq Tərcənin hamilə olduğunu unutdu:
-Həsənlə Qədir artıq bu dünyada yoxdurlar.
-Necə yoxdurlar!?...-Tərcə sözünün axırını gətirə bilmədi.
İbiş bəy hər şeyi necə vardı qısaca danışdı.Tərcə az qala huşunu itrəcəkdi.Bir təhər özünü ələ alıb ərinin gözlərinə baxdı. Bəy özünü itirdi.Tərcənin gözlərində sonan ümidlərin son alovunu gördü.Dizləri əsdi.Nə edəcəyini bilmədi.Az qala ələri üstə çökən qadını ixtiyarsız qucaqladı.Bir anda baxışları qovuşdu.Bircə kəlmə gəldi dilinə:
-Oğlumuz olacaq.Adını sənə demişəm...
-Demisən...
-Getməliyəm,bu saat aləm qarışacaq...
-Bilirəm.Cəld ol...
Bir azdan Qara damın qarşısında Qaşqa cilov gəmirirdi.Yəhər üstündə bəy geyimli,vüqarlı,həyatının,taleyinin çağrıçına cavab verməyə hazır olan İbiş bəy sanki,zövq alırdı kəhər atın bu oyunundan.Tərcə balaca boxçanı ərinə uzatdı:
-Allah yar olsun üstündə.Bizdən nayran olma.Özünü qoru...
-Özünüzdən muğayət olun.Baş çəkəcəyəm.-Bir anda beşaçılan havada bəyin əlində fırlandı.,,Qaşqa,,bir az dal ayaqları üstdə qalxaraq kişnədi və toz-torpaqlı kənd yoluna üz tutub döngədə gözdən itdi.At nallarını səsi kəsilincə qulaq asan Tərcə dizlərini qucaqlayıb tək-tənha ala gözlərinin odlu yaşları ilı qovuşdu...Yaxşı ki,Bəsti tez geri döndü.Yoxsa ürəyi partlardı.Qızcığaz nəyi isə duyurmuş kimi heç bir sual vermədi.Nədənsə Şura da bu axşam həyəti kəsib evi alt-üst etmədi.Yəqin hamı anlamışdı.Qova-qova düşmən etdilər İbiş bəyi.Bəy sözünün ağasıdır.Baş əyməz.Artıq uzaqlardadır.Tərcə çırağı söndürdü.Balaca qızını bağrına basıb yuxuya getdi.
***
Tərcəni çox incitmədilər.Şura hökumətinə İbiş bəy lazım idi.Bir neçə dəfə evində pusqu da quruldu.Bəy ehtiyatlı adam idi.Odur ki,bütün cəhdlər boşa çıxdı.Həsənin dul qadını Zeynəb Tərcəyə əvvəlki kimi qaynana gözü ilə baxırdı.Bir neçə dəfə yeganə oğlu ilə baş da çəkib,halını sormuşdu.Şuraya işləyənlər işləyir,xəbərçilər yalan-gerçək uydurur,gözügötürməyənlər aranı qarışdırırdılar.Artıq qərar verilmişdi.Bircə Tərcənin hamiləliyinin sonunu gözləyirdilər.Boylu qadını heç kəs ürək edib tərpədə bilmirdi.Bəyi yaxşı tanıyırdılar.Nəhayət,Tərcə ərinə bir oğul da bağışladı.Adını da Bəy necə demişdi,elə də qoydular-İdris.Ondan sonra qərarı açıqladılr-ailə sürgünə getməlidir. Beləcə,üç il əvvəl İdris qucağında,üç uşaq yanında,icazə verilən xırda-para köhnə-kürüş kəl arabasında Tərcə Araz çayının yaxınlığında ucqar bir yerə sürgün olundu.
İlk günlərdən yerli camaatla dil tapdı.Bir xoşbəxtlik onda idi ki,İbiş Bəy etibarlı dostların köməyi ilə ailəsinə əl tuta bilirdi.Körpələri kənardan da olsa görürdü.Bir anda dağıldı qürbətdə tapdığı səadəti.Tərcə yenə də hamilə olduğunu hiss edincə,qəlbində həm sevinc,həm də qorxular dolanmağa başladı. Bilsələr ki,uşaq gözləyir,deməli İbiş bəy sağdır.Dostlarının köməyi ilə uydurduğu həlak olma nağılı sona çatır.Şura hökuməti yenidən bəyi rahat buraxmayacaq.Bir neçə gündən sonra başqa kənddə İbiş bəyin yaxın dostunun evində gizli görüş zamanı Tərcə ərinə hər şeyi danışdı.Bəy sevinclə qarşıladı bu xəbəri:
-Onsuz da gec-tez hökumət məni yaxalayacaq.Heç olmasa evə qayıdarsınız.Uşaqlar əziyyət cəkirlər.Dədə-baba ocağı isti olur.Xəbər göndərib üzə çıxacağam,bir şərtlə ki,sizi sürgündən azad etsinlər.
-Yaxşı fikirləş-Tərcə ərini fikrindən döndərməyə çalışdı.
-Dur,hava qaralır,uşaqlar üçün azuqə hazırlamışam-Bəy küncdəki bağlamanı Tərcəyə uzatdı.Qərarınım qəti olduğu səsindən duyulurdu.
Öncə könlünü Bəstiyə açdı Tərcə.Artıq böyük qız olmuşdu,onsuz da başa düşürdü.Bircə şeyi uydurdu ki,ataları bu yaxınlarda bir neçə günlük baş çəkib gedib.Harada olduğunu da deməyib.Qardaşlarına da eləcə başa salmağı buyurdu.Bəsti hər şeyi yerli-yataqlı yerinə yetirəndən sonra qadının ürəyi bir az sakitləşdi.Necə alındısa o cür də uzun müddət eldən gizlətdi sirrini.Vaxtından əvvəl istəmədi səs-küy salsın.Bəy indi daha tez-tez baş çəkirdi ailəsinə.Xəlvət də olsa uşaqları bir neçə dəfə görə bildi.Tərcə üzülməkdə olan son ümidlərini sona qədər qoruya bildi.
***
İsti yay günündə kənd yolu ilə qaça-qaça gedən Bəsti özünü Gülər xalanın həyətinə atdı.
-Xeyir olcun,ay qızım-Gülər xala təşvişini gizlədə bilmədi..
-Bacım çağırır-Bəsti sözünün ardını kəsib,qadının qulağına nə isə pıçıldadı.
-Get,indi gəlirəm-Qadın tələsik başını örtüb həyətdən çıxdı
Gülər xala yeganə adam idi ki,Tərcə bu sirri açmışdı.İlk gündən münasibətləri səmimi olmuşdu.Bu günü də səbirsizliklə gözləyirdilər.
Gülər xala köhmə daxmanın qapısını aralayıb içəri keçdi.Çaşqın Bəsini qardaşları ilə birlikdə həyətə çıxardı:
-Gedin oynayın.Bəsti sən çox aralaşma.Birdən lazım olarsan.
Bəstinin gözündə hər an bir sonsuzluğa çevrildi.Nədənsə,bacısı doğulacağına əmin idi.Ürəyində bu arzusunu həmişə saxlayan qızcığaz,nəhayət içəridən gələn uşaq ağlamasından özünə gəldi.Az qala özünü içəri atacaqdı.Güclə səbrini basıb dayandı.
-Gəl içəri-nəhayət Gülər xala qapını açıb Bəstini səslədi-Gözün aydın,qoruyanlarının,arxaduranının biri də artı.Qardaçın olub.
Qızın keçirdiyi hisslər üzündə,gözlərində dolaşdı.Təssüf hissi sevincinin kölgəsində əriyib getdi.Tez özünü yarıaçıq qapıya atdı.Qardaşlarını səsləmək üçün.
Bir azdan toz-torpağa bulaşan bacı-qardaşlar özlərini həyətə saldılar.Balaca İdris heç də bacısından və qadaşlarından geri qalmırdı.Nəhayət içəri keçdilər.İdrisin gözləri böyümüşdü.Bələyi görəndə:
-Nə balacadır!?-deyərək heyrətlə yanındakıların üzünə baxdı.
-Böyüyəndə səni kimi olacaq-Gülər xala İdrisin tozlu alnından öpdü-Hamı güldü.
Tərcənin oğlu olduğu xəbəri ətrafa yayıldı.Şuranın qulluqçuları öz işlərinə başladılar.Yuxarı xəbər çatdırıldı,İbiş bəy sağdır.
Tezliklə İbiş bəyə xəbər göndərildi.Üzə çıxmazsa,ailəsi Sibirə cürgünə göndəriləcək.Ailəsini doğma elinə obasına qaytarsalar, özü gələcək.,,Qaşqanı,, da gözləməsinlər.Kimə qalacağını bəy özü həll edəcək.Bu da bəyin cavabı.
Bir neçə gündən sonra Tərcə yerli camaatla sağollaşıb,olan-olmazını,hökumətin verdiyi kəl arabasına yükləyərək yola çıxdı.Balaca Həstət qucağında,qalanları payi-piyada.Çəkirdi eli-obası.Bəy də haradasa yaxınlıqda ailəsini müşayət edirdi.Gecəni xeyirxah insanların evində gecələyir,gündüzü dayanmadan yol gedirdilər.Bu da kəndləri.Bəs nəyi,kimi gözləyir bu qadın?...
At nallarının səsi Tərcəni fikrindən ayırdı.Bu səsə artıq öyrəşmişdi qulaqları.İncəliyinə qədər duyurdu.Yaman qobusunun dərəsindən gələn səs ,,Qaşqanın,,nallarından qopurdu.İxtiyarsız bu ailənin faciəsinə səbəb olan kəhər at bütün gücünü-quvvəsini sahibinə verməyə hazır idi.Tərcə Həsrəti yuxulu-yuxulu qucağına aldı.Körpə gözlərini açlb ağlamsındı.Ana qucağınin hərarəti təşvişini söndürdü.Tezcə gözlərini yumub yuxuya getdi.
-Burada gözləyin,indi gəlirəm-Tərcə övladlarını səslədi.
-Bacı,hara gedirsən?-Bəsti təəccüblə soruşdu.
-İndi qayıdıram...-Qadın qısa kəlmələrlə cavab verdi.
Uşaqlar bir anlıq duruxsalar da,oyunlarından qalmadılar.
Tarix çox sualları cavabsız qoyub.Bir neçə dəqiqəlik görüşdə İbiş bəylə Tərcənin nə haqqda söhbət etdikləri də,belə cabvabsız suallardan biridir.Həsrəti ilk və son dəfə atası ilə görüşdürməyə aparılmasına şübhə yoxdur.
Tərcə ərindən aralanıb arabaya tərəf üs tutdu.Analarını uzaqdan görən övladlar birnəfəsə üstünə yüyürdülər.Bəy övladlarından bir neçə addımlıqda dayanmışdı.Əlacı olsa bu saat hamısını qucaqlar,son dəfə bağrına basardı.Sonra nə olacaq olsun.Yox,övladları əmindirlər, İbiş bəy uzaqlardadır.Artıq əlçatmazdır.Onsuz da göz yaşları başını yalı üstünə qoyub ağladığı,,Qaşqanı,,həyəcanlandırıb.Bircə dəfə kişnəsə hər şey alt-üst olacaq.Bəy bir anlıq nəfəsini də çəkmədi.Özünə gələndə kəllərə doğru irəliləyən Tərcəni,Bəstinin qucağından növbə ilə Həsrəti alan oğullarını gördü.İdris də onlara qoşulmuşdu.Gücü çatmasa da qardaşını qucağıma almağa çalışırdı.Hamısı gülüşürdülər.Bəy də gülümsədi.Dörd oğul qoyub gedir dünyada.Bu özü bir şərəfdir.Bu düşüncələrlə Tərcə ilə İsmayılın kəlləri qoşmağını izlədi.Bir az da qürrələndi.Artıq böyük oglu evlənəsidir.Nəhayət araba təkərlərinin çırıltısı,yorunuq kəllərin ağır addımları, bu yolların əbədi ayrılığından xəbər verərək ailənin son görüşünü başa vurdular.Tərcə daş kimi soyuq görünsə də gözləri gizlincə əri dayanan səmtə baxırdı.Yaxşı ki,Həsrəti Bəsti qucağında aparırdı.Mayıl İdrisə aralıdan kəndi göstərir,sevinə-sevinə nə isə danışırdı.İsmayıl arabanın yanı ilə sakitcə addımlayırdı.Tərcənin ayaqları,buza dönmüşdülər.Yeriyə bilmirdi.Necə dayandığını özü də hiss etmədi.Nəhayət başını qaldırıb İbiş bəyə tərəf baxdı.Yaxşı bilirdi,bəy yerindən tərpənməyib.Batmağa doğru dağların üstünə enən günəş kədərlə iki güllənin yazdığı həyat dramasının son aktlarına tamaşa ediri.Kəhər at üstündə,artıq heç nədən çəkilməyəm Bəy,son dəfə uzaqdan da olsa ailəsinə baxırdı.Tərcə əlini yüngülcə qaldırıb,,Get,,işarəsini verdi.Bir an içində ,,Qaşqanın,,kişnəməsi bütün ətrafı başına götürdü.Dal ayaqları üstə qalxan kəhər at həyatın ədalətsizliyini,açılmaz düyünlərini səsi və tapdağı ilə boğmağa çalışdı.Səsə uşaqlar da çevrildilər.Kəllər dayandı.Bəy əlini göydə fırladıb,bir anda Yaman qobusunun dərəsində gözdən itdi.Bu səslər tanış idi,Tərcəyə.Uzaqlaşan at nallarının səsi bu dəfə əbədi ayrılıq simfoniyasının ilk notları idi.
-Bacı-Bəsti Tərcəni ayıltdı-sənə nə olub?Niyə durmusan?Eşitdin səsi?,,Qaşranın,,səsi idi.
-Elə onunçün durdun-Tərcə ilk ağlına gələni söylədi-Səhv saldım.Gedək,axşamdır.
Balaca İdrisi üzünə baxan görüb qucağına götürdü:
-İndi çatarıq-deyərək yorunuq balasını bağrına basdı.Sonra bu namərd dünyada İdrislə ikisi və qızları yanıb-yaxılacaqlar,taleyin işlərinə...Bu günlər az imiş kimi.
Böyük qızı Gülüsüm səbirsizliklə gözləyirdi əzizlərini.Qayıdacaqları xəbərini vermişdilər.Bir az ehtiyatlanaraq,çox adamlara demımişdi bu yeniliyi.Neçə gün idi ki,gözləri yolda idi.Ata yurdunu qoruyub saxlamış,heç nəyi itib-batmağa qoymamışdı.Budur,günün batar çağı uzaqdan bir gün gedən bacı-qardaşlarını,anasını görür.İxtiyarsız yerindən tərpənir.Ana ürəyi bir neçə saatda neçə dəfə yanarmış?Bu dəfə özünü saxlaya bilmir Tərcə.Gündüzdən ürəyini yandıran göz yaşları bir daha gözlərinin ixtiyarında qalır.Bu görüşün necə keçdiyini yazıb vaxtınızı almıram.Gülüsümün artıq dörd qardaşı var.Sürgünə gedəndə İdris Həsrət kimi hələ qırxlı idi.Təzə doğulmuşdu.İndi özü bu daşlı-çınqıllı yolları basıb ata evinə qayıdır.Bəsti nəhayət böyük baçısına qısılıb ağladı...
El-aləm gəldi görüşə.Qohum-əqraba göz aydınlığı verdi Tərcəyə.Hərçən hamı yaxçı anlayırdı bu azadlığın qiymətini.Bəy ata kimi,insan kimi övladlarını qorumaq xətrinə bu addımı atdı.Sonralar məlum olacaq,İbiş bəy ,,Qaşqanı,,sədaqətli dostuna verib gedib.Bir neçə gündən sonra at sahibinin qayıtmayacağını hiss edibmiş ki,yemdən,otdan imtina edib.Yalnız su içərmiş.Sonu məlumdur.Bu da sədaqət...İnsan bunu anlayırmı?
Uşaqlar tezliklə ev-eşiyi alt-üst etdilər.Həyəti dolaşdılar.Və nəhayət qonaqlar dağılan kimi tələsik düzəldilmiş mir-mitilin üstünə yıxılıb yerdəcə yuxuya getdilər.Bəsti atasının taxtı üstdə yuxuladı,əvvələr olduğu kimi.Tərcə Həsrəti taxta,köhnə beşikdə silkələyib yuxuya verdi.Bütün övladları bu beşikdə böyümüşdülər.Uşaqları yoxlayıb,üstlərini örtəndən sonra,çırağın işığını alıb hisli balaca pəncərəyə yanaşdı.Gözü darvazada qaldı.Bəy hərdən gec gələndə,beləcə yolunu gözlərdi Tərcə.Tez ayıldı...Bəy bir də bu darvazadan girməyəcək.İki gilə göz yaşları yeganə təsəllisi oldu.Taxta yaxınlaşıb yuxulu Bəstini bağrına basaraq dərin yuxuya getdi...
***
Tale oğulları da çox gördü Tərcəyə.İsmayıl Böyük Vətən müharibəsində itkin düşdü.Əllinci illərin əvvəliərində Mayıl hərbi xidməti başa vurub qayıdanda yolda qatardan düşürülüb xəstəxanaya yerləşdirildi.Bir neçə gün sonra naməlum səbəbdən rəhmətə getdi.Bir ayın içində Həsrət həyətdəki tut ağacının dibində dünyasını dəyişdi.On yeddi yaşında.Mayılın yeganə övladı qızcığaz da çox yaşamadı.Tale bu qadına üst-üstə çox qara yazılar yazıbmış.Ömrünün sonuna qədər ərindən heç bir xəbər tuta bilmədi.Qəlbindəki məhəbbəti,arzuları Həsrətlə Mayilin dəfnindən on beş il sonra özü ilə apardı.Yalnız Sovet hökuməti dağılandan sonra İbiş bəyə bəraət qazandrıldı.Və məlum oldu ki,qırx səkkiz yaşında güllələnib.
Mayılın qızı rəhmətə gedəndən bir neçə il sonra yeganə oğlu İdris dul gəlininin kiçik bacısı ilə ailə qurub.Böyük qızı Gülüsüm uzun ömür yaşayıb,qızı və nəvə-nəticələri başında əsrimizin əvvəlində dünyasını dəyişib.Bəsti yeganə övladdır ki,yaşayır.Artıq nəticələri böyüyür.
Kənd qəbirstanlığında bir çinar ağacı ucalır.Onu İdris qardaşlarının dəfnindən sonra əkib.Uzaq otuzuncu illərdəki kimi,Tərcə övladlarını başına yışıb.Bir İsmayıl yoxdur.İdris də həyat yoldaşının vaxtsız vəfatına dözə bilmədi.Küsdü dünyadan.Ömrünün son illərində bir kəlməni tez-tez təkrar edərdi,,Tale məndən qardaşlarımı vaxtsız almışdı,atasız böyümüşdüm.Heç olmasa ailəmli almayaydı,,.Bacısı Gülüsümün dəfn mərasimi günü də vətəndən uzaqlarda idi qardaşlarının dəfnində olduğu kimi.Bu dəfə əsgərliyə yox,səhətinin ağırlığından müalicəyə yollanmışdı.
Ondan sonra bir il yarım yaşadı...
Həyat yoldaşının şəklinin arxasında bir şeir qoyub getdi...

◊ Dəymə mənə

Sızıldayır qəlbim yenə
Dəymə mənə,dəymə mənə.
Fələk baxmır dost deyənə
Dəymə mənə,dəymə mənə.

Öz dünyamla qovuşmuşam.
Xəyallarla ovunmuşam.
Gerçəkliyi gec duymuşam
Dəymə mənə,dəymə mənə.

Daş yaranib zindan olsun
Ürək necə dözsün,dursun?
Qoy dünyamı ayaz vursun
Dəymə mənə,dəymə mənə.

Göylərimi bulud aldı.
Arzularıim bir an soldu.
Nə oldusa,mənə oldu
Dəymə mənə,dəymə mənə.

Çarəsizəm,oldum düşgün
Üzüm gülür,könlüm küskün.
Dünyam olub yağış,çisgin
Dəymə mənə,dəymə mənə.

İdris İbişoğlu. 1999-2000 Köyük kəndi

Belə talelər var.İdris özündən sonra dörd qız,iki oğul qoyub getdi...
Bu tarixi sözə nağıl edən onun kiçik oğludur-İlham İdrisoğlu...

Brest 2011 may


вторник, 16 октября 2012 г.


                                Cehiz yastığı

      Bu əhvalat orta məktəb illəində baş verib.Rəhmətlik anamla hər səfərimiz mütləq bir məcara ilə qurtarırdı.O sadəlövh,mən də yanına düşüb getməyi xoşlayan.Hərdən özüm darıxırdım məcarasız.Bilmirəm nədəndir,hər yerə də aparırdı və sonra mən olanları evdəkilərə danışıb hamını güldürəndə,yüngülclə pərt olurdu.,,Axırıncı dəfə səni özümlə aparıram,,deyərdi.Bu kəlmədən sonra bütün ailə ucadan gülüşər,anamda bizə qoşulardı.
    Bax o ,,axırıncı dəfələrdən,,biri də gəlib çıxdı.Bir neçə öncə gün elan olunddu ki,gedirik Gəncəyə.Səfərimiz işgüzardır-yastıq aparırıq satmağa və nə isə alasıyıq ev üçün.Məqsəd aydın olduğu kimi,mənim də bir neçə planlarımın üstündən sakitcə ötməliydik.Eh,kənd uşağının nə böyk arzuları ola bilərdi?Ya təzə şalvar,ya da ki,köynək.Nə isə,özümü yığışdırdım.Anamı incik görəndə həmişə pis olurdum.İzaholunmaz bağlılıq hər şeyə üstün gəlirdi.
    Gün gəldi,ayaqqabılarımın üstünü möhkəm çəkib, iri şala bükülmüş yastığı çiynimə atdım.Saçlarını səliqə ilə darayıb yığmış,yaylığını əynində xırda güllü donunun üstündən çiyninə salmış gözəl anamın yanına düşüb növbəti məcaranın görüşünə yollandım.
    Gəncədə avtobusadan düşən ki,bir qadın bizə yaxınlaşdı.
-Sabahınız xeyir.
-Sabahınız xeyir,ay bacı-anam da meribanlıqla xanımı salamladı
-Soruşmaq ayıb olmasın,gözü ilə çiynimdəki bağlamaya işarə etdi,göürəm içindən yastıq küncü görünür.Almısınız,yoxsa satmağa gətirmisiniz?
    Gözlərim işıqlandı,canım elə burdaca qurtaracaq.Düzü utanırdım,bığ yeri tərləmiş oğlan çiynində bağlama aparır.Deyəsən bu gün mənim günümdür.İndi satarıq,sonra da arxayın anamdan bir-iki manat alıb başımı qataram.Onunçün deyiblər,sən saydığını say,gör fələk nə sayır.Görünür niyyət eləmək mənə düşmürmüş.Odur ki,Tanrı bir az səbirli olmağa vadar etdi...
-Satıram-anam ciddi cavab verdi.
-Neçəyə verirsən?-qadın əl zənbilini bir qounun üstündən o birinə atdı.
-Altmış manata...
-Neçəyə!!??-qadın anamın sözünü ağzında qoydu...
-Altmış manata,ay bacı!!-anamın da səsi ciddiləşdi.
-Ay bacı,burda nə var ki,od qiymətinə verirsən!-qadın əynimizə baxıb bizi avvam kimi qəbul etdi.
-Qaz tükü,özü də seçilmiş !!-yavaş-yavaş anladım ki,bu heç baş tutan sövdaya oxşamır.Heç söhbətləri alınmırdı.
  Bağlama əlimdə,yerə qoymaq olmazdı,bilirdim.Çünki şal torpağa bulaşardı.Durub söhbətin nə ilə qurtaracağını gözləməkdən başqa çarəm qalmadı..Çox çək-çevirdən sonra,qadın sakit səslə:
-Əlli səkkiz manat,allah xeyir versin.Qız köçürürəm.Cehiz düzəldəcəm.
 Bir anlıq sevincimə anamın qəti kəlməsi son qoydu.
-Altmış manat,ucuz verməyəcəm!!-bu qəti sözdən sonra bağlamanı götürüb aralaşdım.Anam qəti adam idi.Satmır,deməli səbəbi var.Burada iki manatdan söhbət getmirdi.Səbəbi vardı.Yaxşı ki,satmadıq.Bir saatdan sonra gündə beş belə yastıq satmaq arzusu ilə Gəncəyə gələdrim.Allah hamınızı güldürsün.Görün nə gəldi başımıza...
   Bazar adamla dolu idi.Yerlər tuulmuşdu.Odur ki,çıxışa yaxın asfaltın üstündə əllərinə keçən qutu,kağızdan piştaxta düzəldib al-ver edənlər arasında yer axtarmalı olduq.Tərxun,kişniş,göy soğan satan bir qadın yanında dayanmaq istəyimizi mehribanlıqla qəbul etdi.Anam tələsik evdən götürdüyümüz qəzeti açıb yerə sərdi.Bağlamanı qəzetin üstünə qoyub açanda qonşu qadının qarşısındakı qəzetin üstünə kiloya yaxın baş soğan da gözümə çaldı.Kənd adamının pula həmişə ehtiyacı olur.Odur ki,xırda-paranı satmaqda bir eyib görmür.Yanındakı məndən xeyli kiçik oğlu özündən razı nə isə yeyirdi.İndi təsəvvür edin,göy-göyərti,iri yastıq,ağzını da bir az açmışdıq ki,almaq istəyənlər tükü yoxlaya bilsin.Külək yüngül qaz tüklərini yastıqdan çıxarıb yandan ötüb-keçənlərin üstünə atsa da narazılıq edənlər olmadı.Anam kənddən həmişə pendir götürərdi və mütləq şəhər çörəyi alıb isti-isti bir sakit yerdə yeyərdi.Ləzzəti ayrı idi.Bilirdim.Odur ki,tələsik olan-olmazı ortaya töküb qonşu qadının da göy-göyərtisindən yeyə-yeyə söhbət edirdilər.Bizə də təklif etdilər.İmtina etdik.Uşaq boyu çıxmadığından xırda görünürdü.Nədənsə,,Balaca,,çağırmaq gəldi ağlıma.Bir azdan  əlindəki paxlavanı yeyib qurtarandan sonra  o da maraqla üzümə baxıb gülümsəyirdi.Hardan biləydi bu günahsız körpə ki,bir saatdan sonra anası özü də istəmədən paxlavanın ləzzətini burnundan tökəcək.
  Nə isə,gələn-gedən göydən alır,yerdə qalanlarını anamla qonşu qadın pendir-çörəyn gözünə qatıb söhbət edə-edə iştahla yeyrdilər.Göy-göyörti,pendir kənddən gətirilib,şəhərdə dadlanıb.Balaca anası göy satdıqca həvəslə yaxınlaşıb baxır,anası pulu alandan sonra gəlib dururdu yanımda...Gözləyirdik.Yastığı dindirən,soruşan yox idi.
   Hardansa səhərki qadın peydə oldu.Bizi görüb ayaq saxlayanda düşündüm ki,mütləq alacaq,canım bu yükdən qurtaracaq.Yenə başladılar söhbətə.İndi alıcı qadın deyir ki,bu yastıq üç kilodan yüngüldür.Anam deyir yox,düz üç kilodur.Mən yazıq hardan bilim ki,zülümdəki mənəm.Nəhayət,yastığı çiynimə yükləyib gerdirik tərəzidə çəkməyə,özü də hara?...Bəli kartof,soğan satılan yerə.İnsanları yarıb keçmək olmur.Birini yastıqla,birini çiynimlə itələyə-itələyə gedirəm.Hara gedirəm,özümə də bəlli deyil.Anamla alıcı qadın da səssiz-səmirsiz arxamca gəlirlər.Necə oldusa yastıq əlimdə silkələndi.Bir anda qaz tükləri havada uça-uça kiminin ağzına,kiminin gözünə,kiminin üstünə dolmağa başladı.Pərt oldum,amma üzə vurmadım.Yolumu kəsən bir ağsaqqal kişi yastığı hara apardığımı soruşdu.Çəkmək istədiyimizi eşidəndə zarafatla zərgərlik dükanına yollanmağı məsləhət gördü.Hamı gülüşdü.Həmin anda elə bildim dünya gülür mənə.Yastıöın ağzını əlimlə möhkəm sıxıb arxaya baxmadan camaatı yarıb keçdim.Yaman tutmuşdu bu kinayə məni.Özümdə deyildim.
-Gəl gedək-Anamın səsi məni ayıltdı.Özü də pərt olmuşdu.Sanki balaca qızcığaz idi.Az qalırdı ağlasın.Üzünə baxanda nədənsə məni gülmək tutdu.Alıcı xanım yoxa çıxmışdı.Xeyli güldük.Sonralar deyirdi,istəmirdim o qadına sataq.Yaxşı adam deyildi.Xeyir görməzdik o pullardan...Nə bilim,uşaq idim.İndi bilirəm ki,xeyirsizlər var dünyada.Kefini də pozacaqlar,bərəkəti də itirəcəklər.Bir sözlə qayıtdıq kəndli qadının yanına.
  Bizi görüb sanki,fərəhləndi.Heç nə soruşmadan anamla nə haqdasa söhbət etməyə başladı.Təzə balaca dostum da yanımda dayanıb əli çibində camaata baxırdı.Su istədi.Gedib qazlı su aldıq.Xoşuna gədiyindən,birini də istədi.Nəhayət qayıtdıq analarımızın yanına.
  Balaca aralıdan başı alverə qarışan anasını görüb sevinclə yanına qaçdı.Xeyli göyərti almış orta yaşlı bir kişi baş soğanın qiymətini soruşurdu,həmin o qəzetin üstündəki bir kilonun.
 -Bir manat iyirmi qəpiyə-Qadın özündən razı halda əlindəki təzə tərxun dəstəsinin üstünə əli ilə su səpə-səpə cavab verdi.
 -Bacı,soğan çox xırdadır,ucuz olmaz?
 -Bir manat on qəpik-qadının səsində son qiymətin qətiliyi hiss   olunurdu.
 -Vallah çox xırdadırlar-alıçı kişi elə bil qəsdə girmişdi...
 -Bir manata-Balaca elə bil anasına od vurdu.Tərxun dəstəsini sulaya-sulaya bir övladına baxdı,bir alıcıya.Deyəsən canını dişinə tutub bu qiymətlə də razılaşdı.Alicinin susmağı ağlı kəsməz uşağı çaşdırdı:
 -Dayı,doxsan qəpiyə götür...
Təzə sulanmış tərxun dəstəsi balacanın dodaqlarına süpürgə kimi çırpıldı.Yüngülcə.Ana övladının özbaşınalığına son qoymaq üçün dərs vermək istəyirdi.Balaca oğlan buna bənd imiş kimi hönkürdü.Anam bilmirdi gülsün,bilmirdi ağlasın.Alıcı kişi günahını yumaq istəyirmiş kimi tələsik iki manatı cibindən çıxarıb qadına uzatdı.Soğanı qəzet qarışıq yığışdıraraq camaatın arasında gözdən itdi.Qadın hər şeyi unudub balasını bağrına basdı.Düzü hamı çaş-baş qalmışdı.Anasına sıxılıb ürəyini boşaldan Balaca nəhayət,sakitləşib üzümüzə baxdı...
 İlk qəhqəhə çəkən öz anası oldu.Anam gülümsəsə də,özünü ələ aldı.Üzümə baxıb başı ilə ,,uzaqlaş,,işarəsi verdi.Düzü gülmək məni boğurdu,amma gördüyüm şəkildən aralaşmaq istəmirdim.Balacanın göz yaşları qurumuş sifətində sulu tərxun dəstəsinin izləri qalmışdı.Elə bilirdin pişik balasıdır.Balaca oğlan anasına qısılıb təəccüblə bizə baxırdı.Bilmirdi niyə gülüşür bu camaat.
  Yaxınlıqda su vardı.Balaca oğlanın əlindən tutub ora yollandıq.Əl-üzünü özü yudu.Balaca sifətində izlər daha aydın görünürdü.Anası əl dəsmalı vermişdi.Sildim üzünü.Böyrümə düşüb səssiz-səmirsiz geri qayıtdı.Anasını görəndə bir də ağlamağa başladı.
-Ağlama,alacağam...-qadın övladını sakitləşdirməyə çalışdı.
-Aldatmırsan ki?!-Balaca oğlan özü də təəccübləndi...
-Mən səni nə vaxt aldatmışam?-Ana kövrək səslə cavab verdi-İsəyirsən gedin indi alın...
-Hə,istəyirəm!-Balaca qulaqlarına inanmaq istəmirdi...
 Bizim yazıq yastıq tamam yaddan çıxmışdı.Maraqlanan da yox idi.
-Tez qayıdın-anam arxamızca dilləndi-getməliyik.Avtobusdan qalarıq.
Sən demə bu balaca oğlan neçə vaxt imiş ki,anasından top istəyirmiş.Əvvəlkiləri kəndin uşaqları ilə birlikdə cırılana qədər qovub bu həm özlərini əldən salırmışlar,həm də ev işlərinə əl atmaqdan yayınırmışlar.Valideyinlər də hər bəhanə ilə təzəsini almağın vaxtını uzadırmışlar.Bunuçün gəlibmiş Balaca.Yaşıl topu sinəsinə basıb yanımca maqazindən çıxan körpənin gözləri hələ də yadımdadır.Sakit,xoşbəxt,bu günkü günündə ən böyük arzusuna çatmış Balaca.
 Göyərti satan xala mehribanlıqla sağollaşdı.Balaca bir əli ilə yaşıl topu sinəsinə sıxıb,o biri əlini mənə uzatdı.Yastığı büküb bağladıq.Bircə şey məni maraqlandırıdı,hansı pulla alacağıq anam istədiyi ev üçün lazımlı əşyanı...Yastıq satılmadı...Yəqin birbaşa vağzala yollanacağıq.Anam səssiz-səmirsiz qabağa düşüb gedirdi.Mən də arxasınca.Ancaq çətin də olsa yastığı əlimdə aparırdım.Utanırdım çiynimə götürüm.
-Burda gözlə-anamın səsi ayırdı fikirdən.
,,Parça,,dükanının qarşısında ayaq saxlayası oldum.
 Bir azdan əlində iri bükmə anam göründü:
 -Gedək...
 -Gedək-yastığı oturacağın üstündən götürüb anamın arxasınca yollandım.Anlaya bilmirdim,yastığı sata bilmədik,amma anam istədiyini aldı.Özü də razı qalıb deyəsən.Yolüstü bir az bazarlıq da etdi.Bir şüşə də limonad aldı ki,yolda içək.
 Avtobusa minən kimi yastığı dizimin üstünə atıb başımı qoydum.İyulun istisi avtobusun pəncərəsindən süzülüb içərini od kimi yandırıdı.Mürgü kipriklərimdən zindan kimi aslmışdı.Yanımda əyləşmiş anamı kölgə kimi görürdüm.Qalın kağıza bükülmüş iri bükməni ayağının altına atıb nə haqqdasa fikirləşirdi.Balaca gəldi gözümün qabağına.Üzü kirli,nəmli,pişik bığlarına oxşayan tərxun izləri.Gülümsədim.
-Yenə nəyə gülürsən?-Anam fikrindən ayrıldı...
-Balacaya-güldüm...
-Sən də elə döyüləsisən-Anam gülümsəyərək üzümə baxdı...
-Yastıqlamı?-Mən də zarafatdan qalmadım...
-Sənə onsuz da xeyiri yoxdur,uşaq ağlayır,bunu da gülmək tutub...
-Bəs siz niyə gülürdünüz-sualımdan qalmadım...
-Anası güldü,mən də güldüm-şıltaq səsli anam bir də güldü-Bir də səni heç yerə aparmayacağam.Özünü apara bilmirsən...
 Məni gülməklə yuxu birlikdə yaxaladılar.Avtobusun nə vaxt tərpəndiyini belə eşitmədim.Yol boyu gözümü belə açmadım.Bircə ara-sıra anamın səsi gəlirdi qulağıma.Kiminlə isə söhbət edirdi.Nəhayət,məni silkələdi:
-Dur,çatırıq.
İndi yaxşı oğulsan bu yatığı bir kilometr yarım avtobusdan kəndə qədər çiynində apar.Özü də bu istidə.Həvəssiz gözümü açdım.Artıq çatırdıq.Anam sürücüyə qabaqda əylənməyi xahiş etdi.Sonra bir az geridə qarşı cərgədə oturan orta yaşlı qadınla sağollaşıb yastığı dizimin üstən çəkərək elə şala bükülücə ona tərəf uzatdı:
-Şalı bacımgilə verərsiniz.Gələndə götürəcəyəm.Yaxşı yol.
-Siz də sağ olun...
Heç nə anlamadım.Qadına tərəf baxıb sağollaşaraq anamın arxasınca avtobusun qapısına tərəf yollandım.
Avtobus səs-küylə ağır-ağır tərpənib gözdən itdi.Anam əlindəki iri bükməni mənə uzatdı:
-Tənbəlsən!Tənbəl!...Götür gedək-özü isə xırda zənbili yerdən götürdü-Ayaqlı ol gün lap isinib.
Düzü key kimi olmuşdum.Nə baş verdiyini anlaya bilmirdim.Yastıq da getdi,şal da...
-Bax belə satarlar,gördün?Əlini əlinin üstə qoyub dayanmışdın bazarda-Anam qəsdən məni zarafatla sancırdı.
-Kim idi o xala?-sualım qısa oldu.
-Şəhərdən.Xalan gilin qonşusudur.Sən yatmışdın.Gəldi oturdu bir az bizdən arxada.Söhbət elədik.Səfərimizin məqsədini soruşdu.Danışdım.Dedi ona da yastıq lazımdır.Qızları böyüyürlər.Yavaş-yavaş alıb cehiz yığır.Pulunu da verdi-Anam birnəfəsə ürəyindəkiləri danışdı.
-Neçəyə verdin?-maraq məni götürdü.
-Hər neçəyə verdim,xeyirli olsun-Gülümsədi-əlli yeddi manata.
-Bəs bu bükmədəki nədir?-əlimdəki yumşaq bükməni bir az sıxdım-Pulumuz ki,çatmırdı almağa?
-Bibindən bir az borc götürmüşdüm.Bükmədəki də döşək üzüdür.Yunumuz çoxdur bu il.Döşəklər düzəldəcəm ki.üstündə rahat yatasınız-Anam gözucu mənə tərəf baxaraq gülümsədi.Bilirdi ki,bu sözlərdən sonra əsil məqsədini onsuz da anladım.
Arxadan gələn minik maşını söhbətimizi yarımçıq qoydu.Sürücü yanımızda maşını əylədi.Arxa qapını özü içəridən açdı.Salamlaşdıq.Qonşu kənddən idi.
  Yol boyu anamla nə isə danışırdılar.Mənsə üzümü tozlu yollara dikib Balacanı xatırlayırdım.Pişik bığlı balaca kişini.
   Həmin yastıqsa xatirəmdə,,Cehiz yastığı,,kimi qalıb.Anan da bir dəfə sözarası ilk dəfə bizə Gəncədə yaxınlaşan qadının alverçi olduğunu söylədi.Beş-üç manat bahasına satmağa alırmış.Vağzala yaxın yerdə dayanıb kəndlərdən gələn sadəlöhv insanların qəlbinə girmək üçün o insanlar həmişə lazımlı sözlər tapırlar.Cehiz adı ilə alınan yastısa hər ananın ürəyini yumşaltmalıydı.Görünür bu dəfə səhv salmışdı.Bizi bazarda bir də itirib-axtarmaqda məqsədi varmış,mütləq yastığı alacaq.
Əsil cehiz üçün alanı da anam bir ana kimi tanıyırmış.Sən demə yastığı verdiyi qadın heç xalam gilin qonşusu da deyilmiş.Sadəcə həmin şəhərdənmiş,heç pulunu da verməyib həmin gün.Söhbətləri belə olub ki,pulu,şalı xalamgilə versinlər.Məndə təəccüb yaratmamaqçün uydurubmuş ki,pulunu veriblər yastığın.Sonra xalamgilə gedəndə anamdan xəbərsiz o qadını çağırtdırıblar.Çünki gəlibmiş hər şeyi demiş imiş.Ünvanı deyib gedib.Şalı və pulu da verməyib ki,birdən sonra çağırmazlar.Özü gətirəcək anamçün.Görüb,görüşmək üçün...
Bunu mənə tələbə vaxtı Moskvada anam danışdı...Beş-altı ildən sonra.
 ,,Bir də özünü belə aparsan,sizi özümlə şəhərə aparmayacağam,ay ana!Az yeyin bacımla bu dondurmadan,,-deyərdim Moskvada.
   Gülərdi...,,Sən mənim başıma çox oyunlar açmısan uşaq vaxtı...Yemirsən,yemə.Qoy mənə ziyan eləsin...Bax bundan al,,-,,Plombir,,dondurmasını xoşlardı...
 Əgər ananız gözünüzdə hərdən şıltaq qızcığaza bənzəyirsə,xoşbəxtsiniz...

İlham İdrisoğlu Brest 07.10.2012.

среда, 11 июля 2012 г.

,,Komp,,

Ay qardaş,bu zalım oğlunun yaratığı möcüzə,az qala məni dəlixanaya salmışdı.Düzü bu "şeytan arabalarına"uşaqlıqdan inanmırdım,amma neyləyəsən,zəmanə dəyişib.Gərək millətdən geri qalmayasan.Birdən elə ağıllı söz eşidirsən,adam xəcalət çəkir.Öz doğma diplomundan utanırsan.Nə isə,çox dinləyib,az anlasam da,qərarım qəti oldu,mənim də kompyuterim olmalıdır.Bu saat hər şeyə fikir verir insanlar.Odur ki,modda olan rəng seçdim,gümüşü.Sonra eşidirsən,eləsini al yaddaşı böyük olsun"mışkanı teleskopik al".Yüz hoqqası varmış bunun.Mən hardan biləydim ki,başıma oyun açacaq.Gətirmişəm evə,qutudan çıxarıb üzünə baxıram,dəvə nalbəndə baxan kimi.İndi yəqin başlayacaq işləməyə.Səbrsizliklə gözləyirəm.Tükü də tərpənmir.Ürəklə bir düyməni basıram.Siçan ciyiltisinə oxşar bir səsdən sonra ekran açılır.O qədər sevinmişəm,şükür,indi işləyəcək...Aha.işləyəcək.Düz on beş dəqiqə lal-dinməz durduq.Ekran birdən sönəndə,hər şey mənə agah oldu-yazıq o ,"virus" dediklərindən əziyyət çəkir.Xəstə kompyuter satıblar.İnsanlara etibar yoxdur bu saat.Ay balam,xəstədir,sağaldın,sonra yenə satın.Bu yazığı niyə zülümə düçar edirsiniz?Əlimi ixtiyarsız "mışkanın" üstünə vururam"Bissimillah".Ekran yenidən açılır.Uşaq kimi sevinirəm."Şükür,sağdır".Nə qədər ki,canı üstündədir zəng eləmək lazımdır,bəlkə kömək oldu.Artıq gec olduğundan,bütün işləri sabaha saxladım.Qapını bir az açıq saxladım ki,birdən gecə halı pisləşər,kömək lazım olar.Nə vaxt gözümə yuxu getdiyindən xəbərim olmadı.Bir onu bilirəm ki,səssiz-səmirsiz xeyli dinlədim qonşu otağı.

Yuxudan tez dururam.Səhər açılar-açılmaz özümü "xəstənin"üstünə atdım.Gördüyümə inanmaq istəmirdim.Kompyuter "gözlərini yummuş",sönmüş ekranda həyat izi itmişdi.Qapını örtüb,firmanın açılmasını səbirsizliklə gözləməyə başladım.Nəhayət nömrəni yığdım.Qısa söhbətdən sonra,başa saldım ki,kompyuter canını bu gecə tapşırıb:

-İndi əməkdaşımız gələcək.Ünvanınızi deyin...

Hər şeyi başa salandan sonra,kompyuterin əvvəldən xəstə olduğuna şübhəm qalmadı.Eybi yoxdur,özləri bilərlər,pulumu qaytarsınlar,qalanı öz işləridir.Otağın pəncərəsini açıb,qapısını bağladım.Virus pis şeydir.Uzaq olsun,birdən evə yayılar.Televizorun qarşısında əyləşib səbirsizliklə gözləməkdən başqa əlacım heç nəyə qalmadı...

Qapının zəngi qulağımın dibində güllə kimi açıldl...Tələsik qalxdım.

-Salam əleykim-cavan oğlan deyəsən yeməkdən heç korluq çəkmirmiş,maşallah,sifəti kompyuter monitoru kimi geniş görünürdü-dərdiniz nədir?-özünü içəri dürtdü.

-Sizin bu kompyuterin...

-Bizim yox,Sizin-cavan oğlan yüngülcə ələ salırdı mən boyda adamı...

-Səc-səmiri yoxdur-güclə özümü ələ aldım...

-Vindu kimindir,bizim,ya özgəsinin?

-Sizinkidir,qardaş,sizinki!-Mən yetim hardan tanıyıram Vindunu?O qədər gəlib-gedən var ki.Özləri bilər.Bu xaricilər də lap bezdiriblər.Söz-söhbət pis şeydir,odur ki,bir daha fikrimi tamamladım-Sizin Vinduzudur!

-Onda,Ok!-Allah kəssin bu yaramaz sözləri dilimizə salanları.Sonra mənə çatıb ki,bu,"müsbət "mənada işlənən kəlmədir.

-Diriləcəkmi?

-Oynaya-oynaya-zalım oğlu elə bilirdin qəsdən istehza edir.

Bir neçə dəqiqədən sonra,düymələrin şaqqıltısından qulaq tutulurdu.Nəyi isə yazıb-pozur,nə isə soruşurdu.Başı çıxan adamlar kimi özümü o yerə qoymadan suallara cavab verirdim.Nəhayət əlini saxladı.

-Antivirus proqramı lazımdır-qəti nəzərlə üzümə baxdı.

,,Ay,insafzızlar,mənim sizə nə pisliyim keçmişdi ki,bu xəstəni mənə yük elədiniz?Bir virusumuz çatmırdı.Dərdi-səriniz azmış kimi,hələ qorxuyla da yaşamalıyıq...,,

-Nə deyirsiniz?-ustanın səsi məni fikirdən ayirdı.

-Nə deyəsiyəm ki,quraşdırın...

-On manat...

-Nə on manat?-key kimi dilləndim

-Proqramı qurmaq on manatdır-zalım oğlu elə bil pul ölüsüdür-düzdür ayda bir dəfə təzələmək lazım olacaq.

-O da on manat!-sakit danışmağa artıq hövsələm qalmamıdı.

-Özünüz təzələyə bilərsiniz-usta ehtiyatla dilləndi-təmiz disk gətirin,proqramın üzünü çıxarım verim...

-On manata!?

-Beşə!

Beləcə istehzalı atmacalarla məsələni həll etdik.

-Sizin ki,Netiniz yoxdur-ustanın gözü işıqlandı.Buradan da pul qoparmaq olar.

-Yox,yoxdur!-başa düşmədiyim suala qəti cavabım özümə də gülməli gəldi.

-Qoşulmaq isəyirsinizsə,qoşaq.

-Bu neçəyə başa gələcək!?

-Telefonunuz var?-cavan oğlan sualımı cavabsız qoydu.

-Buyur-cib telefonumu ona tərəf uzatdım.

-Ev telefonu...

-Qurbandır- radiotelefonu az qala gözünə soxacaqdım...

-Bizə Sizin xəttiniz lazımdır!

,,Zalım oğlu lap məni dolayır haa,,-ancaq özümü ələ aldım:

-Hansı xətti istəyirsiniz,qurbandır...

-İstəsək də,istəməsək də,başqa yol yoxdur-usta da samovar kimi qaynamağa başladı.Bəs nə,mən yazıq qalmışam bir xəstə kompyuterin,qanmaz ustanın əlində.Mən insan deyiləm?Aldım ki,işim yüngülləşsin,ev dəlixanaya dönüb.Baş götürüb qaçası olmuşam.

İndiki uşaqlara həsəd edirəm,elə bil ana bətnində kompyuter kursu keçir zalım uşağı.Ağlı kəsmir,di gəl ki,ya telefon oynadır,ya da kompyuteri qurdalayır.Qonşunun oğlu gəlməsə,bu gün ya usta,ya da mən bu gözəl dünyadan həzz almayacaqdıq.Müharibə vəziyyətində idik.

Allah üzümüzə baxdı,qonşu uşağı gəldi ki,təzə kompyuterə baxsın.,,Xəstə və viruslu,,kompyuterə.Xətrinə dəymədim,halbu ki,virus ona da keçə bilərdi.Əl-qərəz,mən qaldım bir tərəfdə,bunlar usta ilə doğrayıb tökürlər.Gözüm qalıb kompyuterdə,xəstə şeydir,bu saat yenə əsməcəyə düşəcək,biabır olaq.Bu balaca da bir tərif vurur,bir tərif ki,elə bil yeganə kompyuterdir dünyada.Uşaqdır ,ağlı kəsmir.Xətrinə dəyəsi deyiləm ki.Nə danışdılar,nə qərara

gəldilər,bilmirəm.Üşaq məndən pul götürüb qaçdı unvermağa.Əlində bir dəstə zir-zibillə on beş dəqiqəyə qayıtdı.Məni bir şey maraqlandırırdı,kompyuterin,,ürəyi getməsin,,.Nə isə,özümü işə saldığımı yaxşı dərk edirdim.

-Dayı-qonşu uşağı nəhayət dilləndi-əla komputerdir.Proqramlar yazacam Sizə,istəsəniz,,Müharibə,,edə bilərsiniz.

Lap çaşdım,,Bu xəstə hələ güllə də ata bilir?Halım lap korlandı.Axı neynirdim bu problemləri?.

-Hazırdır-ustanın səsində rahatlıq hiss olunurdu.

-Sağ ol-qısa cavab verdim.
Qonşu uşağı gedəndən sonra usta ilə çay içib söhbətləşdik.Bir neçə fikirlərini açıqladı.Pul da götürmədi,nə vaxt lazım olsa kömək edəcəyini bildirib sağollaşdı.
Bir neçə həftədən sonra,hər şey adi hala çevrilməyə başladı.Bütün qorxularımın nə qədər gülməli olduğunu anladıqca,həmin gün xoş bir xatirəyə çevrilir.Əlbət ki,kompyuterlə qarşılıqlı məhəbbətimiz bütün çətinliklərimizə üstün gəlir.Yeri gələndə mən də ,,ağıllı,, kimi danışıram.Demə nootbuklar ikinüvəli olurmuşlar,,,fleşka,,-balaca elektron araba imiş,bir komputerdən başqasına,,yük,, daşımaq üçün.Kasperski müəllimsə,mehriban və xeyirxah insandır,həmişə kompyuterləri ,,viruslardan,,qorumağa hazırdır.Bəs nə bilmişdiniz? Hələ çox şeylərdən halı olub,sizə çatdıracağam.İnşallah!

 İlham İdrisoğlu Brest.04.03.2011

понедельник, 9 июля 2012 г.

Bildirçin balaları

Kənd əhli səhəri xoruz banı ilə açır.O zalımlar da hərdən elə bilirsən bir-biri ilə bəhsə giriblər.Biri kəsir,biri başlayır.Danışacağım bu əhvalat yay səhərində baş verib...

Geçəykən Murovun qarlı zirvəsindən Qarabağın düzünə süzülən sərinlik şehli otları oxşayır,axşamın bürküsünü səhər çağı məlhəm kimi yorunuq dünyamıza paylayır.Bu yerlər Tərtərin çılğın sularında çimir,hər damcı suyunu ürək yanğısı ilə içirlər.Hərdən toz-torpaqlı yollarla zamanın əlimizdən aldığı uşaqlıq illərinə qayıtmaq istəyirsən.Quşların səhər nəğməsi bütün ahəngi ilə bu həyat simfoniyasına qoşulur,səhərin ilıq,yüngül mehi ağrı-acıları qəlbindən qoprıb harasa uzaqlara qovur.Zamanın amansız qərarları neçələrimizi dustaq edib!?Müasir dünyamızın könüllü dustaqlayırıq.Payız göz oxşayır,qış ötür,yaz gəlir,yay gözləyir...Səbirsizliklə,odlu-alovlu nəfəsi ilə,qış qayğıları ilə,həmişəki kimi xoruz banı ilə, yuxulu dünyamızı oyadan yay...

Bu səhərlərdən birində ağsaqqal Məhəmməd gözünü hinin küncündəki qutuya dikmişdi.Sevincini gizlədə bilmirdi.Səbirsizliklə ömür-gün yoldaşının tezliklə gəlişini gözləyirdi.Qar kimi ağappaq kürt toyuq da təəccüb dolu həyəcanını gizlədə bilmir, ara-sıra qaqıldayırdı.Qanadlarının altından boylanan alabəzək ,səs-küylü cücələr qəribə və çox xırda idilər.Bildirçin balaları sanki Məhəmməd kişi ilə oynayırdılar.Analarinin qanadları altından boylanaraq yenə gizlənirdilər..

İçəri girən Zəhra xala sanki qırx illik ömür-gün yoldaçını birinci dəfə görürdü. Ağsaqqal tilsimə düşmüşdü elə bil.Gözlərini çəkə bilmirdi gözəl quşcuğazlardan.Gözlərində fərəh qarışıq nəm donmuşdu.Nədənsə narahat idi.Nəhayət qadın həssaslığı ilə anladı,ərinin niyyətini.Ehmalca toyuğu qutudan götürüb yerə qoydu.Ağ toyuq fərəhdən bir az da ucadan qaqıldadı.Bir anlıq duruxdu.Sonra açıq qapının arasından keçib bir anda yox oldu.Səs-küyü həyəti başına aldı ,,Cücələrim var,,deyərək sevincini bütün həyətə yaydı.

Quşcuğazlar anasızlığı hiss edib bir-birinə dəydilər.Kimisi qabıqların içində,kimisi özlərindən neçə dəfə iri toyuq yumurtaların arasında gizlənməyə can atırdılar.Zəhra xala bir neçə gün əvvəl ağılasığmaz bir iş görmüşdü-kürt toyuğun altına naəlaclıqdan bildirçin yumurtaları da yığası olmuşdu...

-Hə,necədir?Razı qaldın?-Qadın yumutaların qabıqlarını ehmalca ovcuna yığmağa başladı.Alabəzək bildirçin balaları nəhayət bir yerə yığışıb balaca yumağa döndülər.

-Hamısımı çıxıblar -Məhəmməd kişi titrək səslə dilləndi-düz on bir dənədirlər!

-Hə,dolu yumurta qalmayıb,gedək,indi anaları gələcək.Qoy bir az qızınsınlar analarının istisində-Zəhra xala sevinclə ərinə qoşuldu...

-Acdırlar,yemək ver.

-Get ,indi gəlirəm.Yemək vaxtlarında çağıracağam,gəlib baxarsan-Zəhra xala güclə ərini həyətə çıxardı-Yuyun,bir çay içək...

-Bəs onlar?-Məhəmməd kişi iradından dönmədi...

-Get,narahat olma.İndi nəvələrin də oyanacaqlar-Zəhra xala gülümsədi

Məhəmməd kişi tələsik bir stəkan çay içib,evdən çıxdı.Fikri hində qalmışdı.Qapını aralayıb artıq sakitləşmiş kürt toyuğa baxdı.Körpələrin səs-küyü kəsilmişdi.Görünür anaları həyətə qaçanda üşümüşdülər.İndi də qanadlarının altına yığışıb mürgüləyirdilər.Balaca həyət iti Çubuş da sahibinin üzünə baxıb quyruğunu bulayırdı.Sanki ,,Pişikdən,sicovuldan arxayın ol buradayam,,-deyirdi.Məhəmməd kişi rahat nəfəsini çəkib iş-gücünün dalınca yollandı.

Bu quşcuğazlar bir neçə gün əvvəl Məhəmməd kişinin bütün varlığını lərzəyə gətirmişdilər.Tale ağsaqqal vaxtında günahsız günahkar etmişdi.Uşaqlıqdan təbiət vurğunu idi.Nə qədərquşlar tutub gətirmişdi.İstəmişdi evdə saxlasın.Anasının təkidi ilə təbiətin qoynuna qaytarmalı olmuşdu.Hələ də xatirindədir bu düzləri bəzəyən qırqovullar,kəkliklər,bildirçinlər.Sonra hara isə yoxa çıxdılar.Qalan bir bildirçinlər oldu.Onlar da insanla,zəmanə ilə döyüşməli oldular.Təbiətin bəxş etdiyi evlərində qonaq kimi.qorxa-qorxa yaşamaq məcburiyyətində qaldılar.Neyləsin Məhəmməd kişi?Həyat belə gətirib.

Səhər-səhər şeh çəkilməmiş ot biçmək həyatsevər Məhəmməd kişinin sevimli məşğuliyyətlərdən idi.Dəryazı axşamdan hazırlayıb həyətdəki tut ağacının budağından asar,bülövü göz görən yerə qoyardı.Bir çatışmayan cəhəti vardı ağsaqqalın,çox papiros çəkirdi.Daha doğrusu tüstülədirdi-ürəyinə almazdı.Odur ki,dolu qutu papiros,kibrit həmişə pencəyinin cibində olurdı.Suyu səhər doldurardı bardağa su daşından-sərin olsun deyə.O gün səhər ehmalca yatağından qalxdı.Tələsmədən su daşına yaxınlaşdı.Bardağı sərin su ilə doldurub tut ağacına tərəf addımladı.Dəryaz asılan budağın yanında dayanıb əlini cibinə saldı.Əzik papirosu barmaqları arasında ovxalaya-ovxalaya həyətə bir də göz gəzdirdi.Sakitlik idi.Kibriti yandırıb papirosu damağına qoydu.Bir anda güclə seçilən boz tütün tüstüsü göyə qalxdı.Bir qullab da vurub dəryazı ağacın budağından götürüb çiyninə atdı.Bardaq əlində,tüstülənən papiros damağında yarıaçıq darvazanın arasından keçib yola düzəldi.Səhərin yüngül mehi bir anda üzündə dolaşdı.Özü də hiss etmədən papirosu yarımçıq ağzından atdı.Ara-sıra xoruz banlaması,yarıyuxulu itlərin hürüşü bir azdan gün doğacağından xəbər verirdi.Fikri,xəyalı uzaqlarda dolaşsa da,ayaqları qoruğa tərəf aparırdı Məhəmməd kişini.Nəhayət dayandı.Dəryazı,bardağı yerə qoyub üfüqü yaran dan yerinə ötəri nəzər saldı.İşıqlaşır.Saat yarım vaxtı var.Bir papiros da yandırıb,yaxındakı nar kolunda gizlətdiyi şananı çıxardı.Əli ilə dünən biçilmiş otu yoxladı.Səhərin şehi qabarlı əlinə bir yumşaqlıq,yüngüllük gətirdi.Vaxt itirmək olmazdı.Şana ilə otu birnəfəsə lay-lay üst-üstə yığmağa başladı.On beş-iyirmi dəqiqədən sonra alaqaranlıqda balaca ot komaları yan-yana düzülüb zəhmətkeş Məhəmməd kişinin ürəyini oxşayırdılar.Gördüyü işdən həzz alırmış kimi şananı axırıncı ot komasının üstünə sancdı.Yerə atdığı pencəyini çiyninə atıb papirosunu axtardı.Yandırıb arxası üstdə yaxındakı komanın üstünə uzandı.Nəzərləri sonsuz səmaya dikildi.Dan ulduzu sönməkdə idi .Quşların ara-sıra oxumağı yay səhərini möcüzəyə çevirmişdi.Bir az nəfəsini dərib,bardaqdakı sudan doyunca içəndən sonra Məhəmməd kişi pencəyini ot komasının üstünə atıb dəryaza tərəf yollandı.Gün çıxmamış bir az biçmək lazım idi.Odur ki,vaxt itirmədi.Diqqətini toplayıb dəryazı aram-aram başını əymiş hündür otun kökünə yönəltdi.Ayaqdan-başa bir lay vurdu.Çevrilib baxdı.Həvəsləndi...

Məhəmməd kişi böyük həvəslə ,dayanmadan bir neçə lay da vurdu,su içdi,papiros çəkdi...Gün çıxırdı.Vaxt daralırdı.Dəryazın ağzını çəkib bülövü pencəyinin üstünə atdı...Əlləri işləsə də fikri uzaqlarda idi...

Səhərin sükutunu quş qanadlarının prıltısı pozdu.Səksəkələnən Məhəmməd kişi özünə gələndə təzə biçilmiş otun üstünə xırda boz lələklərin səpildiyini,bir az kənarda qan içində çabalayan bildirçini görüncə gözlərinə inanmadı.İxtiyarsız dəryazı qaldırdı.Səhərin işığında təzə bülövlənmiş ülgücün sonunda qan damlası asıldı.Dünyanın get-gəlini yaxşı bilirdi ağsaqqal.Çətin də olsa sinəsi doğranmış,ancaq hələki nəfəsi gələn quşun əzablarına son qoymaq üçün başını üzdü.Əlləri soyudu.Bildirçin ehtiyatlı quşdur.Son ana qədər uçmayıbsa səbəbi var. Ehtiyatla yan-yörəsinə boylandı.Nəhayət sıx otların arasında yerdən seçilməyən çil-çil yumurtalar gözünə dəydi.Boz çör-çöpdən qurulan yuvada bir düjün yumurta vardı.Hər şey aydın oldu Məhəmməd kişiyə.Bildirçin bala çıxarmağa hazırlaşırmış.İsti yumurtalardan birini götürüb yoxladı.Ağır və dolu yumurtalar tezliklə həyata körpə quşcuğazların gələcəklərindən xəbər verirdilər.

Haradansa yadına həmişə əl-ayağa dolaşan,səhər-səhər Məhəmməd kişi ilə gəzməyə çıxan ,,Çubuş,, düşdü.Burda olsaydı yəqin ki,bu faciə də baş verməzdi.Çubuşun da qəribə xasiyyəti var.Lazım olmayanda həmişə əl-ayağa dolaşır,ya da vəziyyəti elə yerdə korlasın ki,naləc durub baxasan.Bir dəfə axşam qazlar çöldən qayıtmamışdılar.Məhəmməd kişi hər ehtimala qarşı kəndin qırağına çıxıb gələcəkləri yolla qarşılamağa getdi.Çubuş da böyründə idi.Uzaqdan qazların səsini eşidib ağsaqqal bir az sakitləşdi.Özləri görünməsə də səs-küyləri yaxından gəlirdi.Çubuş da sevincək qulaqlarını şəklədi.Zingildəyib sevinclə qazlara tərəf cumdu.Bir anda ara qarışıb,məssəb itdi.Qaranlıqda Çubuşu tülküyə oxşadan çarəsizlər bir anda havaya qalxdılar.Qırx beş qazdan cəmi bir neçəsi tapıldı.

Məhəmməd kişinin yadından heç vaxt çıxmaz Çubuşun tülküyə hücumu.Payızın axırında kəndin kənarında qoyun otarırdı.Nar kollarının arasından şələquyruq tülkü çıxdı.Çubuş hürə-hürə tülküyə tərəf götürüldü.O da öz növbəsində dönüb qaçdı.Arxasınca isə Çubus özünü kolluğa vurdu.Məhəmməd kişi fərəhindən zövq almamış,gülməkdən əlindəki çomağa söykəndi.Bir azdan kolluqdan quyruğunu qısıb qaçan Çubuş,arxasınca qəzəblə vaqqıldayan tülkü göründülər.Tülkü iti qovurdu.Çubuş arxasına baxmadan sahibinin düz yanına qaçdı.Dayanıb tülküyə baxdı.Var gücü ilə hürərək ehtiyatla irəli-geri qaçmağa başladı.Tülkü gözdən itəndən sonra Məhəmməd kişinin yanında uzanıb mürgülədi.Beıə Çubuşdur.Bir dəfə böyük itlərin hücumuna məruz qalıb ürəyi də gedib.Bircə iş əlindən yaxşı gəlir,quşları qorxuzub uçurmaq.Bu səhər onu da etmədi.Təbəssüm qarışıq həyəcan hissələri ilə Məhəmməd kişi vaxt itirmədən yumurtaları papağının içinə yığdı,bildirçinin tüklərindən bir az yolub üstlərinə tökdü.Tələsik papağı cübbəsinə büküb evə yollandı.

Təzə yxudan duran Zəhra xala ərini görəndə qorxdu.Kişinin sifətində qan yox idi.Cübbə ilə örtülmüş papağını əlində tutan Məhəmməd kişi təşvişdən nə deyəcəyini bilmirdi.

-Nə olub,ay kişi?Yoxsa əlini dəryazla kəsmisən!?-Zəhra xala ehtiyatla soruşdu.

-Yox!...Bax...-bir əli ilə cübbəni papağın üstündən götürdü.

-Ay kişi,bu quş tükünü neyləyirsən?-Təəccübünü gizlədə bilmədi.

-Yaxşı bax tükün altına.Dəryazla bildirçini doğradım...

-Necə yəni doğradım?-Zəhra xala bir az da heyrətləndi.

-Yuvasını görmədim...-Kişinin artıq səbiri tükənirdi. Çil-çil yumurtalar tükün altında səbirsizliklə düşdükləri dərdə çarə gözləyirdilər.

-Ört üstlərini-Zəhra xala hinə tərəf yollandı.Heç nə anlamasa da,Məhəmməd kişi ömür-gün yoldaşının sözlərinə tabe oldu.

Ağ toyuq alaqaranlıqda yarıyuxulu,yüngülcə qaqqıldayıb sakitləşdi.Zəhra xala ehtiyatla qutudan götürüb yerə qoyanda fürsıtdən isifsdə edib su içmək və bir az qanadlarını açmaq üçün həyətə qaçdı.Məhəmməd kişi işi dərhal anladı.Ağ toyuğa qalıb əlac.Zəhra xala xırda bildirçin yumurtalarını ehmalca toyuq yumurtalarının kənarına düzdü.

-Sınacaqlar-ağsaqqal uşaq sualından qalmadı.

-Narahat olma...

-Onlar ki,belə cılızdırlar...-Məhəmməd kişinin sözü ağzında qaldı

-Bilirəm-Zəhra xala əlini saxlamadan ərini sakitləşdirdi-Cübbəni geyin,səhərin soyuğudur.Yuyun.Yaxşı kəkotu çayı dəmləmişəm.

Nəhayət,sakitləşən Məhəmməd kişi səssiz-səmirsiz həyətə çıxdı.

Çay içə-içə başına gələn bu oyunu Zəhra xalaya ətraflı danışdı.Qərara gəldilər ki,bu söhbət öz aralarında qalsın.Nəvələri bilsə,yazıq toyuğun hayına.Böyük səbirsizliklə gözlədilər.Nəhayət hekayəmizin başladığı səhər açıldı.

Bir neçə gündən sonra bütün kənd bu əhvalatı danışırdı.Kimi sevinclə,kimi təəccüb hissi ilə qarşıladı.Məhəmməd kişini az maraqlandırırdı bu söz- söhbətlər.Ən böyük sevinci təbiətə bu gözəl quşların nəğmələrini və qaytarmaq idi.Bir insan kimi,borcundan çıxmışdı.Odur ki,bütün fikri-zikri bildirçin balaları ilə idi.Ayrıca qutuya köçürülmüş quşcuğazlara cürbəcür ot toxumları,böcəklər,kəpənəklər toplayıb gətirirdi hər gün.Balaca nəvəsi Fərqanə həvəslə şokalad da vermişdi bildirçin balalarına...

İlıq iyul səhərində Məhəmməd kişi əlində qutu otunu biçib götürdüyü qoruq yerinə doğru addımlyırdı.Tələsmirdi.Yan-yörədən gələn bildirçin nəğmələrini aramla dinləyir,ayrılıq saatını uzatmaq məqsədi ilə arabir ayaq saxlayırdı.Qutudakı quşcuğazlar ana laylası dinləyirmişlər kimi,şirin yatırdılar.Çubuş irəli-geri qaça-qaça Məhəmməd kişini müşayət edirdi.Lazım deyildi deyə,sahibindən əl çəkmirdi.

Nəhayət,Məhəmməd kişi mənzil başına çatdı.O gün yumurtaları yığdığı yerdə qutunu yerə qoydu.Körpələr yüngül həyəcanla bir-birinə qısılıb ara-sıra civildəşidilər.Ağsaqqal papiros yandırdı.Çubuş səhərin sərin havasını qoxulayır,arabir zingildəyərək hara isə uzaqlara baxırdı.

Məhəmməd kişi qutunu açdı.Quşcuğazlar oyanıb bir-birinə qarışmışsalar da,tezliklə sakitləşdilər.Bunu gözləyən ağsaqqal nəhayət ehtiyatla onları bir-bir ovcuna götürüb,yerə qoydu.Bu dələduzların xasiyyətinə bələd idi.Son görüşləri idi.İndi qaçıb gizlənəcəkdilər.Ağır hisslər kövrəltdi qəlbini.Öyrəşmişdi körpə bildirçinlərə.Üzünü yana çevirib bir papiros yandırı.Gözü alaqaranlıqda Murovun güclə seçilən qarlı zirvəsinə dikildi.

Özünə gələndə,gözlərinə inanmadı.Bildirçin balaları çığrışa-çığrışa çəkmələrinin üstündə oynaşırdılar.Çubuş da heyran-heyran tamaşa edirdi.

Məhəmməd kişi nitqi tutulmuş kimi durub baxdı.Nəhayət...

Bir neçə addımlıqda xırda kəpənək uçdu.Səhərin soyuğu,şeh qanadlarını ağırlaşdırdığından tezcə yerə qondu.Qəribə dünyadır-bir gözəllik başqasının qurbanıdır.Quşcuğazlar bir anda savaşa-şavaşa kəpənəyi bölməyə başladılar.Məhəmməd kişi gülümsəyərək ayağa qalxdı.Papiros yandırdı.Gözləri həvəslə qaçışan quşlarda olsa da,fikri yenə uzaqlara uçdu.Papirosun kötüyünü atıb boş qutunu yerdən götürdü.Çubuşa baxıb gülümsədi.Övladlarını qoynuna alan təbiət minnətdarlıq hissi ilə Məhəmməd kişinin üzünü ilıq səhər mehi ilə öpdü.Bir də yan-yörəsinə baxıb başı ilə Çubuşa ,,gedək,,işarəsi verdi.O da öz növbəsində quyruğunu bulayıb sahibinin qabağına düşərək kəndə tərəf yönəldi.

Sonralar bildirçin nəğməsi eşidəndə Məhəmməd kişi fəxrlə deyirdi,,Mənim bildirçinlərimdir.Oxuyurlar,,

İlham İdrisoğlu Brest 2011