YOLLAR(QARABAĞ HƏSRƏTİ)
Əlində təsbehi qocaman baba
Çıxacaq yollarla görüşə
sarı.
Çinar kölgəsində ayaq
saxlayıb.
Səbirlə süzəcək uça
dağları.
Şirin zümzümələr heyran
edəcək
İllərin qoynundan qopur
kəlmələr.
Niyə yad səngəri oldu bir
zaman
Kəhər at qovduğu boz
irəmlər?
Bir az yaxınlaşıb əl
uzadaqaq
Murovdan ovcuna qar almaq
üçün
Yollara deyəcək ,,qaytarın
məni,,
Qarabağ elində yıxılmaq
üçün.
İnciyib küsəcək dünənki
kimi
Yollarda qalacaq yenə
günahlar.
Qoca heç nə bilmir,bilmək
istəmir.
Qopacaq qəlbini yandıran
ahlar:
-Babamın yurdunda at rəhmin
hanı.
Gətirdiyin kimi,qaytar gün
keçir,,
Siləcək gözündə donan
yaşları:
-Çayımın suyundan bir
qurtum içir,,.
Susacaq,sakitcə dinməz,
təmkinli
Təsəlli verməkdir bircə
əlacı
İkicə giləni içib gözüdən
Qocanı edəcək yenə duaçı.
Şükür kərəminə,deyəcək
qoca,
A Tanrı,ümidim bir sənə qalıb.
Dikəcək gözünü sonsuz
yollara.
Vətən həsrətini könlünə
alıb.
İnsanda yolların səbri varmı ki,
Dinləyə illərlə yanan kəsləri?
İndi bildinizmi niyə yolların
Çat-çatdır sükultlu,dinməz dilləri.
Axı neyləsinlər,nə söyləsinlər
Qocaya təsəlli necə versinlər?
Yorulan yolların taleyi budur
Şirin təsəllilər,ümid versinlər.
İlham İdrisoğlu 10.06.2012
Brest
Комментариев нет:
Отправить комментарий