Improvisasiya

Get Adobe Flash player

вторник, 26 июня 2012 г.

Bənövşə


                       Bənövşə

Yenə görüşünə gəldim bu səhər
Çiçəklər içində birsən,bənövşə.
Gedirəm,sənədir yenə ümidlər.
Salam de,yarımı görsən,bənövşə.

Nə vaxt ürəyimi oğurladın de?
                      Belə məhəbbətə tez bağladın de?
                      Görəndə kövrəlib hey ağladın de?
Söylə,niyə belə sirrsən,bənövşə?

Bəlkə dünən gəlib görüşmüsünüz?
Bəlkə çox sirrləri bölüşmüsünüz?
Çarəsiz sevgimə gülüşmüsünüz?
Bir o gözəl bilir,bir sən,bənövşə.

                      Dəysin dodağıma qoy dodadqların.
Qoxlayım ətrini nazənin yarın.
Qarış nəğməsinə qaynar suların.
İlhamın könlünə gir sən,bənövşə.

İlham İdrisoğlu Brest 26.06.2012

Комментариев нет:

Отправить комментарий