Improvisasiya

Get Adobe Flash player

воскресенье, 3 июня 2012 г.

Baharı gözləyir yağışlı yollar


Yollar(Baharı gözləyir yağışlı yollar)

Qaranlıq gecədə baxın yollara
Gecə sükutuyla qol boyun qalır.
Aylı gecələrdə sonsuz səmayla
Dayanıb gözbəgöz sükuta dalır.

Axşamın şehiylə yuyub üzünü
Sərin küləklərlə qurulayacaq.
Gizlin görüşləri gözləyib yenə.
Özü görüşməkçün haraylayacaq.

Səhəri gözlıəyir,gəlib keçəcək
Məktəbə tələsən qızlar,oğlanlar.
Artıq ilk sevginin alovlarında.
Gizli-gizli baxıb oda yananlar.

Alıb gizləyəcək tər bənövşəni
                      Sağına,soluna düzülən kollar
                      Günəş nəfəsində qızınmaq üçün.
Baharı gözləyir yağışlı yollar.

Böyük dünyamızın sonsuz yolçusu
Görən niyə axı yorulmur yollar?
Hey gedir,uzanır dayanmaq bilmir.
Getdikcə böyüyür daralmır yollar.

Birdən də incəlir,görünməz olur.
İncə sapa dönür yorulmaz yollar
Qorxmayın,düzdürsə arzu kamınız.
Dözər hər istəyə,qırılmaz yollar.

Yollar xoşlayırlar dillərinizdən
Qopan pıçıltını,xoş çümzüməni.
Axı darıxırlar,yalqızlıq yorur
Oxuyun yollarçün hərdən nəğməni.

Mütləq dinləyəcək,qəlbi həssasdır
Dərdi sərinizi deyin,qorxmayın.
                      Tanrının çəkdiyi bir dəsti xətdir
Gedin düz yollardan kənar çıxmayın..

Yenə gözləyəcək qisməti budur
Gedənə əl edib yola salacaq.
Səbrlə boylanıb mürgüləsə də
Gələni görəndə salamlayacaq.

İlham İdrisoğlu 4 iyun 2012 Brest

Комментариев нет:

Отправить комментарий