Yollar(Yoldan tapdığınız qismətinizdir)
Qəribə dünyadır,bilmirəm
niyə
Yolların saçları tez
ağarırlar.
Bəlkə üstü ilə gedən
yolçunun
Halına yanırlar,hey
ağrayırlar
Yollar niyə belə
möcüzədirlər?
Gələni tələsik yola
salırlar.
Gedəni gəlməkçün hey
boylandırıb
İllər həsrətindən ləzzət
alırlar.
Axı niyə yollar yaşamır
bizsiz?
Qoynunda gəzməsək yas
saxlayırlar.
Yovşandan,qanqaldan çalıb
başını
İnsan nəfəsini
soraqlayırlar.
Yollar bir tarixdir,sonsuz
yaddaşdır
Nəsildən nəsilə yadigar
qalır.
Müdrik qoca kimi dastanlar
deyir.
Səbri nə tükənir,nə də
daralır.
Yollardır çatdıran xoş xəbərləri
Hərdən elə bil ki,özüdür
qaçan.
Kədəri,nisgili alıb
çiyninə.
Sanki zaman deil,özüdür
uçan.
Yollara
söyləyin,dərdi,sevinci
Səbri tükənməzdir,dinləycəkdir.
Yollarda axıdın göz
yaşlarını
Ürəyi
dərindir,gizləyəcəkdir.
Yoldan tapdığınız
qismətinizdir
Onlar da xoşlayır hədiyyə
etsin.
Dolanın qoynunda acın
könlünü.
Qoymayın üstündə tikanlar
bitsin.
İlham İdrisoğlu Brest
17.05.2011
Комментариев нет:
Отправить комментарий