Improvisasiya

Get Adobe Flash player

вторник, 15 мая 2012 г.

Çərşənbə nağılı


                   Çərşənbə nağılı.

Belini bağlayır, ocağa baxır
Nənəm avaz ilə bayatı deyir.
Çöp çəkir çəpərdən ,qoluna yığır
Aramla,səbr ilə sacı külləyir.

Xəlviri astaca alır divardan
Əliylə buğdanı hey ovuclayır.
Qızlar min həvəslə oxley götürüb
Bayram süfrəsiyçün yuxalar yayır.

Hər dəni,buğdanı keçirir gözdən
Nənəm nənəsindən öyrənib bunu.
Tökür məcməhəyə quru, çərəzdən
Götürür, həvəslə ələyir unu.

Açır sandığını,tökür boxçanı
Yığır məcməhəyə bütün baxcanı.

,,Ay nənə,deyirdin alma yox daha!,,
,,Ay bala,batırma məni günaha,
Mən dedim tərəzə üsündə yoxdur,
Nənənin boxçası,gizlisi çoxdur.
Kişmişi yediniz sərçələr kimi,
Qozu daşıdınız siçanlar kimi,,-
Nənəm gizlətməyir xoş təbəssümü...
Arxayın,naz ilə gülür nur nənəm
Göz edir babama,,Dur,,-deyir nənəm-
Əl uzat,o yükün altına da bax,
Bilmirəm,qalıbmı gavalı,ya qax?,,

Babam bir anlığa çatır qaşını
Nənəm gülümsəyir,örtür başını.

,,Ay balam,bu evin neçə küncü var?
Həm heyva tapılır,həm fındıq,həm nar,,-
Babam da deyilmiş az aşın duzu
Tökür məcməhəyə fındığı qozu...

Sacın tüstüsündən qaçdiq qırağa
Qoyarmı üzağa durag qovurğa!?

,,Ağrım-buğrum burda qalsın,
Dərdin-ağrım burda qalsın,,-
Odu sönmür bu tonqalın...
Nağıl usun bir nağıldır...
Sağ,salamat,dostlar,qalın
Mən gedirəm Vətənimə
Qovuröayçün,paxlavayçün,
Nağılımı demək üçün
Qəlb dolusu hava üçün...

İlham İdrisoğlu 17 mart 2010 Brest.

Комментариев нет:

Отправить комментарий