◊ Goğrafiya dərsi
Coğrafiya
dərsi
,,Moskva şəhərini
Xəritədə tap,bala,,
,,Atam möhkəm tapşırıb
Yerimi ört-bastala,,
İlham İdrisoğlu 11.12.2010
Brest
,,Qonşuya nə deyirlər
,,Bala rusun dilində?,,
,,Çağırıb soruçaram,
Dərsdən evə gələndə,,
İlham İdrisoğlu 11.12.2010
Brest
,,İngilislər nə cürə
Çağırırlar meymunu?,,
,,Hərənin öz adı var,
Hardan bilim mən bunu?,,
İlham İdrisoğlu 11.12.2010
Brest
Napaleon və
,,Napaleon,,tortu
Ay bala,tanış eylə
Bizə Napoleonla
Şirnisini bilmirəm
Yoğrulur yağla,unla...
İlham İdrisoğlu Brest 01 07
2011
Nisbilik nəzəriyyəsi
Bir sualım var,bala:
Nisbilik nə deməkdir
,,Haqqlını eşitməmək
Haqqsızlığa köməkdir,,
İlham İdrisoğlu 11.12.2010
Brest
Nyutonun birinci qanunu
,,Niyə dəydi başına
Nyutonun o alma?,,
,,Qonşu yığır məhsulu
Elmə aludə olma,,
İlham İdrisoğlu 11.12.2010
Brest
Pifoqor teoremi
,,Haradan yaranıbdır
Pifoqor teoremi?,,
,,Çəp gedirsən,a qonşu,
Aşırıb çəpərimi!!,,
İlham İdrisoğlu 11.12.2010
Brest
Teoremin ,,günahı,,
,,Aksiom,teorema!
De görüm,fərqi nədir?,,
,,Aksiom arxayındır,
Teorem sübut edir
İlham İdrisoğlu 11.12.2010
Brest
Lemma
,,Yaxşı,onda de görüm
,,Lemma,,bəs nə deməkdir?,,
,,Bənd olmayın,müllim,
Teoremə köməkdir.
Aksiom yaxasını
Çəkib,qoyub qırağa
Lemma bədbəxt,çalışır
Vaxtı yox oturmağa,,
İlham İdrisoğlu 11.12.2010
Brest
Ədəbiyyat dərsi(Füzuli)
..Ay oğul,Füzulidən
Nə bilirsən,de görək!.
,,Əgər açıb danışsam
Türməyə düşə gərək,,
İlham İdrisoğlu 11.12.2010
Brest
Ədəbiyyat dərsi(Nizami)
,,Nə yazıbdır Nizami,
Bəllidir,hamı bilir!,,
,,Şikayətə getmişdi,
Müəllim,hamı gülür!,,
İlham İdrisoğlu 11.12.2010
Brest
Ədəbiyyat dərsi(Vaqif)
,,Nə deyə bilərsiniz
Vaqifin qəzəlindən?,,
,,Siz allah,tərpətməyin,
Qorxuruq qəzəbindən,,
,,A bala,nə dedim ki,
Məhşur bir insan olub!
,,Məhşurluğu bəllidir,
Yüz nəfərdən borc alıb!,,
İlham İdrisoğlu 11.12.2010
Brest
Savadlı müəllim
,,Müəllim,sualım var,,
,,Eşidirəm,ver görək,,
,,Tüsdü düzür, ya tüstü?,,
,,Bunu biləsən gərək!,,
,,Məncə tüsdü düz olar,,
,,Olsun sənə ayıb,ar!,,
,,Müəllim,əlaçıyam,,
,,Onda,tüsdü düz olar,,
İlham İdrisoğlu 10.12.2010
Brest
Çətin sual
,,Bala,neçə eyləyir
Üç üstə üç gələndə?,,
,,Qoy dədəmə zəng edim,
Asan şeydyr əlində,,
İlham İdrisoğlu 11.12.2010
Brest
Mərifətli şagird
,,Bala,niyə susursan
Danışsana dərsini!,,
Anam evdə tapşırıb:
,,Çox çıxartma səsini,,
İlham İdrisoğlu 11.12.2010
Brest
Ədəbiyyat dərsi(Sabir)
,,Ay oğul,niyə belə?
Düşmüsünüz Sabirlə,,
,,Həyətinin yanında
Gölməçəni doldurmur
Çıçırıq buzun üstə
Yeriyib keçmək olmur.
İlham İdrisoğlu 11.12.2010
Brest
Arximedin fərəhi
Evrika!!- hey Arximed
Fərəhlənib gülürdü
İnanmırdı gözünə
Hama su gəlirdi.
İlham İdrisoğlu Brest 01 07
2011
Fəlsəfə
Hansı əvvəl gəlibdir
Toyuq yaxud yumurta?
Marketdə söyləyirlər
Bir gəliblər günorta.
İlham İdrisoğlu Brest 01 07
2011
Napaleon
Qısaca məlumat ver
Bizə Napoleondan
Şirnisini bilmirəm
Xəmiri yağan,undan.
İlham İdrisoğlu Brest 01 07
2011
Комментариев нет:
Отправить комментарий