Improvisasiya

Get Adobe Flash player

пятница, 25 мая 2012 г.

İtgin düşmüş kənd


                 İtgin düşmüş kənd.

  Özgələr önündə xalılar sərmək
 Bir gözəl adətdir,bax beləyik biz
 Özümüz imdadla əl uzadanda.
 Düşür yanımıza,qalxmır əlimiz.

    Həmişə evimizə gələndə qohum-əqraba tökülür.Qucaqlaşmaq,öpüşmək,xoş kəlmələr yolun yorğunluğunu dağlardan gələn meh kimi qovub uzaqlara aparır.Bir anlıq on səkkiz illik uşaqlıq,yeniyetmə illərinə qayıdırsan.Ata yurdunun istisi canına məlhəm kimi yayılır,tələsik bir meyvə qoparırsan ağacdan.Bir sözlə sivilizasiyanın bütün ağırlıqları onsuz da unudulmuş kəndin qoynunda əriyib yox olur.
    Bir neçə gündən sonra insanların üzündəki o xoş ifadələrin altında gizlənən saysız hesabsız qayğılar gizlənməkdən yorulublarmış kimi bir-bir özlərini irəli atırlar.Pulsuzluq bir yana,insanlar adicə suyun körluğunu çəkirlər.İçməli suyun!!!...İki artezian quyusuna ümidi qalıb bu kəndin.Biri başındadır,biri ayağında.İnsanlar elə primitiv texniki qurğular düzəldiblər ki, müassir avadanlıqlar həsəd apararlar.Bir o xətirə ki,bağını sulaya bilsin...Yanan ağacları.Pay torpaqları çoxdan tərgidiblər əksəriyyəti.Suvara bilmirlər.Bu kəndlərin suyu Tərtərin kiçik qollarından biri ilə gəlirdi.Tərtərin Çaylı kəndindən.Artıq neçə illərdir ki,məlum səbəbdən o yollar,o qollar bağlıdır.Qışda buraxılan suyun əhəmiyyəti yayda yığılan buzunkundan çox olmaz...Odur ki,camaat Murovun münbit ətəklərində hem bir iç görə bilmir.Veriblər qoyunun ixtiyarına...
    Bir aya yaxın havalar isti keçsə də,birdən soyumaöa başladı...Tələsik kimin nəyi var idisə quraşdıdılar...Kənd elə bildin oldu Sibirin meşəsi.,,Drujba,, səsi,balta taqqıtısı aləmi aldı başına.Elə bil dünya dağılır.Neçə meyvə ağacı qaldı yanı üstdə.İnsan  ac da qalsa,soyuğa dözə bilmir.Deyərsiniz ki,fantastikadır.Bütün ölkə qazlaşıb...Bəli elədir,razıyam...Ancaq bizim Köyük kəndi itib Azərbaycanın düz göbəyində...Yoxdur bu kənd tanımırlar rayonda.Özüm şahid oldum...Qaramanlı-var,Nəmərli-var,Dəlləklər-var(son iki adı çəkilənlər də biz dərdlidirlər),,Köyük kəndi yoxdur,,-deyirlər.Rayonu səhv salmısınız...!!!??İstərdim indi 40,vaxtı ilə 27 təsərrüfat olan bu kəndin yetişdirdiyi ziyalıları sizə çatdırım:
(Şəfiyev Malıl)(Uzun illər fizika-riyaziyyat müəllimi.Nəmərli kənd səkkizillik məktəbin direktoru.)
 (Orucova Leyla)(Nəmərli feldşer-mama mıntəqəsinin 30 ildən çox müdiri)
3 qırmızı diplom,(Orucov Əlövsət-Asərbaycan İnşaat Mühəndisləri İnstitutu(82-ci il,Şərifova Azadə Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsi(bir neçə il əvvəl Şəhla İbrahim(Azərbaycan Dövlət Dillər Universiteti.Hazırda İngiltərədə Ekster Universitetində Preziden Apparatının Xətti ilə təkmilləşmə və Menedcment üzrə təhsil alır(bu kənndə böyüyüb)
  Orucov Məhəbbət-Azərbaycan dövlət Universitetinin,Mexanika-riyaziyyat fakültəsi və Xalq Təsəərrüfatı İnstitutu.
   Eyvazov Xəzər-Xarkov Politexnik İnstitutu
   Şərifov Əli,Mehdiyev Hüseyn,Məhərrəmov İlqar , (Novruzov Kamil)-Azərbaycan Kənd Təsərrüüfatı İnstitutu.
  (Şərifov Cahangir),Calalav Calal(Azərbaycan Dövlət Xalq Təsərrüüfatı İnstitutu)
Məhərrəmova Ziyafət (Azərbaycan Dövlət Politexnik İnstitutu )
Səmədova Əfruz,Şərifova Zümrüd,Həmidova Rəna,Məhərrəmova Mənsurə,Sülüymanov Süleyman(Gəncə Pedoqogi İnstitutu)
Orucov Ələsgər,Həmidov Mikayıl(Gəncə Politexnik İnstitutu)
Orucov Hümbət(Azərbaycan İnşaat Mühəndisləri İnstitutu)...
(Süleymanov Əli)-Azərbaycan dövlət Politexnik İnstitutu,Qarabağ müharibəsində şəhid.
Orucov Azər (Azərbaycan dövlət geologiya Universiteti)
Orucova Gülnarə(Ağcabədi pedoqoji institutu)...
Orucov Ələkbər(Qarabağ müharibəsi veteranı.Dörd il gecə-gündüz Füzuli bplgəsində döyüşüb.Bu gün 25 man təqaüdlə.bədənində qəlpə məktəbdə hərbi hazırlıq dərsi deyir)
...Və bu yazının müəllifi-İlham Məhərrəmov(İlham İdrisoğlu)-Rusiya Dövlət Nəqliyyat Universiteti(Moskva)
Ali-orta təsil alanları da saymaq olar.Vaxtınızı almayacağam.
Bayram qardaşımız özü öyrənib saz çalmağı...
Mənim də qarmona sonsuz həvəsimi özüm həyata keçirdim...
Hümbətov Mədətin səsi Qarabağdan gəlib...Bu kənddə açılıb.Sonda bütün keçidləri göndərəcəyəm...
Duzlu-məzəli təmsillər müəllifi,qalın kitab müəllifi Əhməd Sülüymanovun təmsillərini bir vaxt,,Təşəbbüs,,(Yevlax)qəzetində səbirsizliklə gözləyirdik...
Tanrı hər şey verib.Kəndin qədimiliyindən içərisindəki 10-dan çox göydələn çinarlar xəbər verir.Yan-yörəsinə səpilən,başında hacıleylək əsrlərlə yuva quranlardan danışmıram.Bəs gözəllik necə olur?Yaxın 100 kilometr ərazidə təbii göl yoxdur.Yaradan verib bu kəndə.Yaz-qış qaz,ördək səsi aləmi bürüyür.Təbabətdə əvəzsiz olan zəlini burada sahilə səpilən görərsiniz.Murovun havası axşamdan çökür kəndin sinəsinə...
Üç tarixi təpə də bu kəndin yanındadır...
Biz uşaq ikən keçmiş su dəyirmanının da izləri vardı burda...Yerində indi yonca səpirik...Budur bizim tariximizə münasibətimiz...
Xalqımızın müqəddəs saydığı ocaqlardan biri də buradadır(Köyük ocağı).Qədimi qəbirstanlıq əsr yarımdan ,,danışır,,...
Çox saymaq olar.Kəndin qabaq tərəfi yüksəklikdir.Oradam Murovun qarlı zirvəsi,Böyük Qafqazın sıra dağları əsrarəngiz mənzərə yaradır.O qədəq qalınlıqdır ki,evlər görünmür.Boy-boya verən çinarlar sanki iftixarla baş-başa dayanıb tarixin sirrlərini bir birinə pıçıldayıralar.Yüz il bundan əvvəl Arazın sahillərindən gətirilən nadir ağ qovaqlar neçə illərdir ki,əlacsız sakinlərin sobalarında odlanaraq tüstünü ayazlı Qarabağ ellərinə yayırlar...
Bu az imiş kimi,körpələr növbə ilə məktəbə odun aparmalıdırlar.Qışın soyuğunda,səhər saat səkkizdə,alaqaranlıqda bir-birinə sıxıla-sıxıla,qorxa-qorxa qəbirstanlığın böyründən bellərində çanta,əllərində balaca odun qalaqları gedən 20-yə qədər körpəni təsəvvür etmək çətindirsə,gedin bir səhər baxın...Mən heç nə demirəm...Hələ bir kilometr də gedəcəklər...Hansı təhsildən gedir söhbət?.Deyin,zəhmət olmasa...Cəmi 17 kilometlikdən keçən,Avropanın enerji təhlükəsizliyini təmin edən Azərbaycan qazından bilək yoğunluqda kəmər payı düşmür...
Bu kənddə heç vaxt telefon olmayıb...Ya dirəklər çatmayıb,ya xəttlər qısa olub.İnanın ki,mən 1966-84 arasında telefonla danışmamışam,bir dəfə də...Bizə möcüzə gəlirdi...Həsəd aparırdıq...Yevlaxdan gələn avtobus bu kəndin bir kilometrliyində dayanırdı.İndi təsəvvür edin,saat 7 iradələrində qəbirstanlığın yanından keçən insanları.Allaha şükür, Maqsud müəllim sağdır.Mən və Məhəbbət Orucov Yevlağa Kimya olimpiadasına gedə bilmədik.Yağış,çovöun,külək imkan vermə di ki,biz avtobusa çataq.Bir gün sonra töhmət alan biz olduq...
Düzdür,indi reys avtobusu gəlir kəndə.Bir tikə çörək üçün ,,yorğun,,köhnə avtobusa bər-bəzək vuran qardaşlarıma sadəcə,,halal olsun,,deyirəm.Onlardır ki,dözürlər ,,Paris-Darar,,yolunun bu hissəsinə...Yollar sanki qəsdinə durub insanların.Xəlvir kimi silkələyir yorunuq insanları.Neçə dəfə görüb eşitmişəm,,Yenə Yevlağa gedəsiyəm,Amma gözümə oturub,, ??!!...Bəli,suallar,nidalar,üç nöqtə...Düz otuz üç kilometrdir bu yol...Otuz üç...Vur ikiyə,şəhər...İş düzəlmədi...Pul qurtardı...Inciməsin məndən heç kim...Tarixən belə olub.Odur ki,ayağı yer tutan qanad da götürür özü ilə...
Belə,əziz soydaşlar,bu kəndin dərdi nə açılasıdır,nə də büküləsi...Yaxşi ki,on üç kilometrlikdə Tərtər şəhəri var,yoxsa bu millət düzlərə düşərmiş...
Bilmirəm,tapılacaq bu kənd,yoxsa yox,bircə xahişim var,heç kəs,heç bir dövlət orqaları məndən inciməsinlər.Məqsədim Azərbaycanın mərkəzində itgin düşmüş bu gözəl təbiətli kəndinin son çağrışlarını sizlərə çatdırmaqdır.Mən də bu elin oğluyam.Qeyrətim yol vermir...Sonda ən son yeniliyi Təhsil nazirliyinə çatdırmaqdır.Sivilizasiyadan yeganə işartı olan kənd kitabxanasını da bu yaxınlarda bağlayırlar...Sevimli yazıçı və şairlərimizi mütailə etmək üçün onsuz da unudulmuş Köyük kəndinin zülümlə oxuyan balaları bir daha Nəmərli(1 km)kəndinə yollanıb kitab əldə etməlidirlər...
P.s.Deyirlər tale göydən gəlir.Mənə elə gəlir ki,bu kəndə Tanrı,,Böyük,,adı vermək istəyib...Fikrini dəyişib,,Kiçik,,etmək qərarı ilə.Ancaq bu zalim dünyada qaçaqaçlığa başı qarışdığından bircə ilk hərifi deyib insanlara,sonrasını unudub.Odur ki,bu kəndin qeyri adi adı var,,KÖYÜK,,
Səsimizi eşidən olsa,fikir verməsin...Bu kəndin taleyi budur...Danışır,inciyir...Susur...İtgin kəndin taleyi allaha qalıb...
Hörmətlə İlham İdrisoğlu.Yevlax rayonu,itkin Köyük kəndi-Brest şəhəri...
12.04.2012



Комментариев нет:

Отправить комментарий