Ürək sevgisiylə köçəydi qızlar
Arzum budur,bəxti-günü açılıb
Hərəsi bir evə köçəydi qızlar.
Taleyin səsinə özü hayanıb
Ürək sevgisiylə köçəydi qızlar
Bu günün gəlini,sabah anası
Əliylə bir evdə çıraq yanası.
Köçəri quşdurlar,sular sonası
Təki bircə dəfə köçəydi qızlar
İlham çox eşidib bu nəsihəti
Gəlindir ocağın sözü-söhbəti.
Qəlbində el sözü,ər məhəbbəti
Eldən elə töhfə köçəydi qızlar.
İlham İdrisoğlu 14 fevral 1989 Moskva
Комментариев нет:
Отправить комментарий