Improvisasiya

Get Adobe Flash player

вторник, 15 мая 2012 г.

Görəsən gözümüz nə vaxt doyacaq?


                  Görəsən gözümüz nə vaxt doyacaq?

Hərdən düşündürür məni bir sual:
,,Görəsən,gözümüz nə vaxt doyacaq?,,
Yoxsa bunun üçün doğulmuşq biz?
Unudub hər şeyi,dövlətçün qaçaq?

Görəsən dünyanın malı üçünmü?
Başımız bu qədər ağrımalıymış.
Niyə unuduruq mənliyimizi?
Alır ağlımızı andıra qalmış.

Atılıb qoynuna çabalayırıq
Qaynayan dəryada batmamaq üçün
Ancaq unuduruq,çətindir durmaq.
Altında gücümüz çatmayan yükün.

Əlimiz yığdıqca dünya malını
Gözümüz hey baxır yana,yörəyə.
Tamah qılınc çəkir,nəfis qurd kimi.
Dişini batırır xırda ürəyə.

Görəsən,gözümüz nə vaxt doyacaq?
Bir gün bu cahana yumulandamı?
Anlayıb dünyanın oyunlarını
Qəflət yuxusundan oyanandamı?

İlham İdrisoğlu Brest 15.05.2012 Brest



Комментариев нет:

Отправить комментарий