Improvisasiya

Get Adobe Flash player

понедельник, 14 мая 2012 г.

Vətən loxmalanıb,bir ovuc qalıb



Vətən loxmalanıb bir ovuc qalıb.

Döyüb sinəsinə haray salsa da.
Vətənçün yananlar necə az imiş.
Dolan beyinlərdə,soyuq qəlblərdə.
Bu diyar elə bil heç nə deyilmiş.

Verdik getdi əldən,neçə elləri.
,,Haralısan?,,-deyib el-el böldük biz.
Bir eli yadlarla qoyduq tək tənha,
Biri büdrəyəndə xəlvət güldük biz.

Deyin niyə axı seçdik,ayırdıq
Qarabağ elini dağa,arana!?
Millətim,kəsiyin iki üzü var
Fərqi yox,səpilib duz hansı yana.

Tarixin çarxında əridik getdik
Hər yandan incəldik, itilənmədik
Küsdük,əl tutmadıq qardaş yananda.
Qara daşa döndük,silkələnmədik.

Qapıldıq dünyada ,.bir mənəm,,-deyə
Uğursuz,məntiqsiz boş şavaşlara.
Bir əldə sıxılan yumruğa deyil
Bənzədik ovuca düşən yaşlara.
5

Yad gördü ümidsiz biçarələrik.
Doğradı bir adı bir neçə etdi.
Şanlı tarix yazmış qüdrətli millət.
Yaramaz sözlərin yolunda getdi.

Təbriz  fəryad etdi,ayrılıq günü.
Qoydu ürəyini bu yanda,getdi.
Gözləri həsrətlə baxdı Bakıya
Əlləri güc ilə Araza yetdi

Karvanlar Gəncədən yetirdi salam
Kərkük ellərinə,Urmu gölünə.
Zaman da bilməyir necə ad versin.
Bu xalqın adına,doğma dilinə.

Nizami ,,Xəmsə,,dən zinnət yaratdı.
Neçə şərikləri çıxıb görün bir.
                      Gəncəliyəm deyib qələm atsa da.
                      İnadkar Gəncə də mənimdir deyir.
                    
    Bax belə soyuquq,öz-özümüzə.
                      Başımız üstündən tufanlar əsir.
                      ,,Mənəm,,lik yıxılmış köhnə palıd tək.
                      Ürəkdən-ürəyə yolları kəsir.
                      10
                      Demirəm tarixi təzədən yazaq.
Qalanın qədrini,millətim,bilək.
                      Axı qəlbimizdə millətiksə biz
                      Niyə böyük adı ellərə bölək.

 Görün hardan gəlir sazımın səsi
 Bir yanı günçıxan,bir yanı qürub.
 Heç kəs çala bilməz belə yanğıyla.
 ,,Kərəmiyə,Tanrı bir mizrab vurub.

 Göy Gölü verib ki,birdən gün gələr.
 Vətənçün bəs olmaz göz yaşlarımız.
 Şahdağdır,Kəpəzdir,Murovdur indi
 Fikirdən çatılan ağ qaşlarımız.


 Axı niyə belə soyuq millətik.
                       Vətən hissimizi kim bizdən alıb?
                       Görmürük qədrini bilmədiyimiz.
                       Vətən loxmalanıb bir ovuc qalıb.
                      
 Yenə xəncərimiz yanımızdadır.
 Dilimiz zəhərli bülövdən çıxır.
 Millətin evini gəlmələr deyil.
 Dünyagir oğulu,nəvəsi yıxır.

15
  Özgələr önündə xalılar sərmək
Bir gözəl adətdir,bax beləyik biz
Özümüz imdadla əl uzadanda.
Düşür yanımıza,qalxmır əlimiz.
Qəflət yadlaşırıq,bax beləyik biz.

Bir haqqa min bıçaq hazırlamışıq
Gözümüz ciblərdə,boş əllərdədir.
Millətim,bəlkə mən yuxu görürəm?
Yazdığım kəlmələr boş əfsanədir?

Tanrıdan hər dəfə imdad diləyib
Şikayət etdirik bəndələrindən.
Özümüz əvvəldən tikanlar əkib.
Silah düzəltmişik iynələrindən.

                        Gülməyir üzümüz,səhvəmsə deyin.
Birinin taleyi xoşbəxt olanda.
Qəlbimiz göylər tək geniş açılır
Ağrıdan,zillətdən biri dolanda.


                       İlham İdrisoğlu Brest(Belarus) 05.05.2012

Комментариев нет:

Отправить комментарий