Sonra məni bir də görüb,gedərsən
Xəstə;
Doxtur qardaş, bir ümidim sənədir,
Sonra məni bir də görüb,gedərsən!
Bu onluğu qoy cibinə,səhərdir.
Sonra məni bir də görüb,gedərsən!
Həkim:
De dərdini,eşidirəm,qorxma sən.
Bahalıga,ucuzluğa baxma sən.
Sağlamlıqçün dövlətini qısma sən.
Allah qoysa düzələrsən,gülərsən,
Sonra məni bir də görüb gedərsən!
Xəstə:
Çarəsizəm,sağ ayağım axsayır.
Gəzəəmmirəm,belim yaman ağrayır.
Balta olur,bıçaq olur doğrayır.
Əzabımı görsən dəhşət edərsən
Sonra məni bir də görüb gedərsən!
Həkim:
Əvvəlcədən get,uziyə düş görək.
Dərdi bilək,ləyaqətli iş görək.
Sestraya üçdən-beşdən düş görək.
Doxtura da salam-duva deyərsən,
Sonra məni bir də görüb gedərsən!
------
Həkim:
Kağızı ver,nə göstərdi ,,aparat,,?
Böyrəyinin halı pisdir,apar at.
Mal-heyvandan nəyin varsa apar sat.
Bu reseplik dərmanları yeyərsən,
Sonra məni bir də görüb gedərsən!
Yazdıqlarım importnudur,yaxşıdır
Belə dərdi bircə aya aşırır...
Adam gəlir aptekinə ,ay Aşur!
Bu qardaşa yaxşı dərman verərsən,
Sonra məni bir də görüb gedərsən!
Bu aptekdən götürərsən dərmanı,
Al resepti,yadda saxla ünvanı!
Qapıçınin qaraldıblar qanını.
Könlün alıb, bir üç şirvan verərsən
Sonra məni bir də görüb gedərsən!
Xəstə:
Doxtur,qardaş,ayağıdan öpərəm.
Var,yoxumu yollarına tökərəm.
Bir quzu var,onu sənə kəsərəm.
Nə lazımdır məndən yaxşı bilirsən,
Sonra məni bir də görüb gedərsən!
Həkim:
Hippokrat and icdirib,qorxma sən.
Yad həkimin sözlərinə baxma sən.
Qiymət görüb,ürəyini sıxma sən.
Saрlэq olsun,cibi dolu gələrsən,
Sonra məni bir də görüb gedərsən!
Xəctə:
Hippokrat falçımıdır,molladır?
And içdirir,minnətçi də yolladır.
Fikir vermə,onlar səni alladır!
Gəlib bizim ağsaqqalı görərsən,
Sonra məni bir də görüb gedərsən!
Həkim:
Hippokrat loğman olub rəhmətlik.
El icində məhşur olub,hörmətli
Sağaldırmış pul-pənəsiz,qəpiklik.
Deyirmiş ki,yenə deyib gülərsən,
Sonra məni bir də görüb gedərsən!
Maya qoyub çəksəydilər marağa.
Boş fikirlər darışmazdı yazığa.
İşdir,birdən gəlib keçsən qarmağa
Dua edib,nəzir,niyaz verərsən
Sonra məni bir də görüb gedərsən
Adamı yox bir az çəksin qabağa!
Yox ,a kişi,söz tapmayıb yazmağa,
İşdir,birdən tez-tez getsən ayağa,
Yumurtani qaynadarsan,yeyərsən
Sonra məni bir də görüb gedərsən!
Xəstə:
Eybi yoxdur korluq çəkir dörd bala.
Qaymaq yeyib,içəcəksən çay balla.
Sağ ol,doxtur,görməyəsən dərd-bəla,
Zəhmətinin bəhrəsini görərsən,
Sonra məni bir də görüb gedərsən!
İlham İdrisoğlu Brest 28.04.2010
Комментариев нет:
Отправить комментарий