Alıb bu badəni,dostum,deyirəm
Döyünən ürəyin daim şad olsun!
Tanrıdan xoş ömür-gün diləyirəm!
Pis iş kənar getsin,kədər yad olsun!
İstəmirəm dövlətini, malını,
Yolun düşsə soruş dostun halını.
Fikir,kədər turşutmasın alnını,
Qoy üsündə şeh tək təmiz ad olsun!
Xitab eylə,danışanda biriylə,
Dərdi açıb,çox danışma gileylə.
Neçə evlər yıxılıbdır dil ilə,
Vay o günə,bircə kəlmən bəd olsun!
Kəlmə var ki,yəhər üstə mindirir,
Kəlmə var ki,zirvələrdən endirir.
Kəlmə var ki,yanan eşqi söndürür.
Qoyma sözün özgələrə dərd olsun!
Söz sərçədir,geri dönməz uçursan,
Qanlı oxdur,yayı əldən qaçırsan,
Peşman olub öz-özündən qaçarsan.
Bir cüt gözün axı nədən dörd olsun?
Bir alovdur ,baxmır yaşa,quruya.
Bulalayır,qatır lili duruya.
İdrisoğlu,o dillər ki,quruya.
Gülüstanı kül eyləyən od olsun!
İlham İdrisoğlu 14 may 2010 Brest
Комментариев нет:
Отправить комментарий