Improvisasiya

Get Adobe Flash player

среда, 11 апреля 2012 г.

Allah,məni xoşbəxt etsən...


Allah,məni xoşbəxt etsən...

Allah,məni
yaza döndər
Qoy əridim
 ürəklərin 
quzeyində
donan buzu
Allah, məni
saza döndər
Hər telindən,
hər simindən,
qopsun,axsın
eşq avazı...
Allah,məni
bu dünyada
möhtac etmə
namərdlərə.  
Nə yaşasam
qoy yaşayım
gözlərimdən
gülə-gülə. 
Allah,məni
duza döndər
payla, kəlməm
şit olmasın.
İnsan oğlu
dinləyincə
sözlərimdən
usanmasın
Allah,məni
atıb getmə.
Verəcəyin
qismətimi
var-dövlətə
qurban etmə.
Allah,məni
xoşbəxt etsən
Göz yaşı da
dat gözünə. 
Səadətdən
dolsun gözüm -
leysan yağsın
yar üzünə...

 İlham İdrisoğlu 07.09.2011 Brest.

Комментариев нет:

Отправить комментарий