Improvisasiya

Get Adobe Flash player

среда, 11 апреля 2012 г.

Qayıdıram,ay ana!


Qayıdıram,ay ana!

Qar ələndi saçlarlma.
Qəbrin üstdə çökdü dizim.
Daş asıldı qıçlarlma,
Zülmət oldu ağlar gözüm

 Yuxu sandım,inanmadlm
 ,,Hanı anam?,,- hey soruşdum.
Qəsdən qalxıb,oyanmadım.
Yastıq üstdə halsız düşdüm.

Öz əlinlə düzəltmişdin.
Hərarətin duyulurdu.
Mənim üçün gizlətmişdin.
Qəlb yanırdı,göz soyurdu.

Nə az imiş göz yaşları.
İnsan necə toxtayarmış.
Qucaqlylb boz daşları.
Xəyallarda axtararmış.

Axtararıram gizli-gizli
Bacılarda nişanələr.
Biri sən tək ala gözlü.
Biri sən tək şirin gülər.

Hərəsi bir təsəllidir
Elə bil ki,rəssammışsan.
Xəyal dolu dünyamıza
Neçə naxış caxlamısan?

Qardaş verdin,payın şirin.
Tək deyiləm bu dünyada.
Anlamıram,nəymiş sirrin.
Çatmadıq  bu murada.

 Təzə daddln nübarını.
,,Nəvə,, adlı var-dövlətin.
Əllərinin qabarını
Sandın rəmzi səadətin.

Yola saldın payız günü
Payız günü qayıdıram.
Unutmaram öyüdünü.
Dedin,,Sənə inanıram,,

Qayıdıram nəfəsini
Ocağından almaq üçün.
Əziz,şirin,şən səsinin
Sədaçısı olmaq üçün.

İlham İdrisoğlu 18.09.2011 Brest.

Комментариев нет:

Отправить комментарий