Anam laylay çalır...
Bəzən gecələri ta sübhə qədər.
Anam laylay çalıb,qulaq asmışam.
Unudub dünyanın dərdi,qəmini.
Şirin arzulara qanad çalmışam.
***
Oxşayıb saçımı,öpüb alnımdan.
Kövrəlib ürəyim,körpələr kimi.
Baxıb gözlərinə ,tutub əlindən.
Bölmüşəm sevinci,kədəri,gəmi.
***
Ötüşsə də də illər,quş qanadında
Ürəyim hər zaman onu diləyir.
Mənim üəyimdə min həyat dərsi.
Anam gülür yenə-“Körpəsən.”-deyir.
***
Nə ola,bir daha qayıdaydı kaş
Tutub ətəyindən,gəzdiyim günlər.
Qoparıb budaqdan heyva gülünü
Həvəslə saçına düzdüyüm günlər.
***
Hərdən inciyəndə heç nədən ötrü
Basardı bağrına,silib gözümü.
Niyə ağlamıram görəsən indi
Bəlkə anam verdi səbri,dözümü?
Brest 2001
Gər ki,ömrümdən kəsib verə bilsəydim,Tanrımdan dilərim bu diləyi.Sənə verərdim ömrümün sənsiz illərini.Hərdən həsəd edirəm ,sadəcə həsəd edirəm.Körpə uşaq kimi boulanıram,analılara sarı.Gözlərim dolur,Fikrim qaçır geri-o günlərimə,analı günlərimə.Niyə səni bizə çox gördü Yaradan,ay ana?Kimsə məni anlamaz,eybi yox,təki ömürlərinin son günündə anlasınar.Çətindir sənsiz.Nə yaxşı ki,insanın yaddaşı varmış.Hərdən uşaq kimi qaçıram o illərin hərarəti sönməyən qucağına.Qısılıram sinənə,susuram,nəfəsini duyuram,səsini eşidirəm...Gülürsən,danışırsan.Bayatıların öz dilindən səslənir:
Əzim oğul-dedin
Dünya nağıldlr-dedin
Hər şey gəldi,gedərdir
Tükənməz ağıl-dedin.
Dedin,susdun,gülümsədin:
-Gəl bir çay içək-dedin.
-Gəl içək-razılaşdım
-Get dəmlə gətir-zarafatından qalmadın...
Güldük,gecə keçirdi.Tut ağacının dibində,köhnə stolun arxasında ana-bala deyib gülürdük.
,,Ay bala,gedin yatın,,-Atam tez yatardı.İndi anlayıram,o da bizimlə idi.
,,Bu kişi nə istəyir bilmirəm!.Yatırsan,yat.Biz söhbət eləyirik,,
Bununla da söhbət qurtarardı.Mən o günlərdə siqaret çəkirdim.Atam elə aparırdı özünü,guya görmür.Mənim onda iyirmi üç yaşım vardı,amma utanırdım atamdan.Sənsə bilirdin.Gülürdün...,,Oğlum yekə kişidir,papiros çəkir,,
Bir axşam siqaretim qurtardı.Hiss elədin.Bilirdin İdris kişi taxcanın üstünə qoyur papirosları.Durdun getdin.Hardandı səndə bu qədər hazırcavablıq,bilmirəm.
,,Ay arvad nə axtarırsan gecənin bu vaxtı?,,sualına cavabını hələ də gülə-gülə xatırlayıram.,,Yuxum qaçıb,bir papros çəkmək istəyirəm,, dedin.O da yuxulu olsa da özünü itirmədi,,Onda bir qutu götür özünə,açığı tərpətmə,,.Kim bilir bu söhbətləri?Mən bilirəm.
,,Quruyun anaları,ataları,çətindir onlarsız,,deyirəm hər dəfə.
Yazsan bir kitab olar o günlərin xatirəsi.
Həyəti süpürdün.Biz də balaca idik.Məndən iki yaş böyük Ziyafət bacımla oynayırdıq.
,,Zibili atın,sizə görün nə verəcəyəm?!,,
Atdıq!
,,Ver görək,nə verəcəksən!,,dedim
,,Bircə dəqiqə,dedin,qabları yuyum,,möhlət istədin.
,,Tərs uşaqsan,,deyərdi atam
İndi bilirəm ki,tərsdən də tərsmişəm.Öz həyətimizdən atılmış zir-zibil az imiş kimi,qonşular atan zibili də araba ilə həyətə daşımağa başladım.Bir də başımı qaldıranda səs-səmirsiz öz işinlə məşğul olduğunu görüb təəccübləndim.Axı niyə bizə tərəf baxmırsan?Yaxınlaşdım,soruşdum səbəbini.Dedin işim çoxdur,həyəti təzədən süpürəcəyəm.Sonra vaxtım olsa sizinlə məşğul olaram.İşə gedəcəyəm.Vaxtım azdır...
Kədərin məni ağrıtdı.İncimişdin balandan.Ziyafət qabları yumağa başladı,mənsə həyəti təzədən süpürməyə.Çağırdın.Zibili atmayınca yaxın gəlmədim.Üçümüz də birlikdə çay içdik.Mənalı-mənalı baxıb hərəmizə bir yekə alma verdin...
Analı günlərim(Şokolad əhvalatı)
Hər dəfə yeri gələndə danışıram gizlətdiyin şokolad qutusunu tapıb xırda-xırda içini boşaltdığımı.Gözəl nənə qonaq gəlmişdi.Getdin qutunu gətirdin.Ağzını açanda iki ya üç şokolad çıxdı.Bir az özünü itirib üzümə baxdın.Yaxşı gizlətməmişdin,ay ana.Bəs bilmirdin ki,həmişə böyründə gəzirəm?Tapacağam onsuz da.Nənə gülümsəyib başımı sığalladı.Qutudan bir şokolad da götürüb mənə uzatdı.Heç cürə başa düşə bilmirəm,axı dolu evdə hər şey vardı.Niyə uşaq həmişə gizli nə varsa onu axtarır.Nə isə,məndə günah yoxdur.Yaxşı yerdə gizlədəydin.Əvəzini Moskvada çıxdın-Ziyafəti müalicəyə aparanda.Hər gün gəzməkdən qayıdanda dondurma alıb gətirirdik.Bir dəfə yataqxanaya qayıdan kimi tələbə yoldaşlardan kimsə məni çağırdı.Bir az gec qayıtım.Dondurmaları yemişdiniz.,,Mənim dondurmam hanı?,,sualına cavabın çox inandırıcı oldu:,,Əriyirdi.Yedik ki,qalıb xarab olmasın,,Düz sözə nə deyəsən?
Xəyallar,ay xəyallar
Görünməz körpüsünüz.
Analı günlərimlə
Məni görüşdürdünüz.
Bəli,bəli,bəli...Xəyallarla yaşamağa məcuruq,Ana.Xatirələrə möhtacıq.Mənə qarmon aldığın günü necə unutmaq olar?Mağazada bir-birindən gözəl instrumentlər vardı.Gözlərim dörd olmuşdu.,,Hansını istəyirsən seç,,-dedin.Əlimi uzadıb göstərdim.Bir az baha idi.Dedin pulum çatmır,üstünü özün düzəlt.Tez əlimi cibimə salıb qəpik-quruşları çıxardım.Atam da beş manat vermişdi.Satıçı ilə gülməyiniz məni bir az çaşdırdı.Nə biləydim ki,bu da bir zarafatdır.Qarmou qutusuna qoyub mənə verdi satıcı xala.Məni daha heç nə maraqlandırmırdı.Tələsik küçəyə çıxıb bizi gözləyəm maşına tərəf qaçdım.Bütün günü qutunun dəstəyini əlimdən qomadım.Bax belə şirin məqamlar bəxş edərdin!.
Sən dedin Moskvaya gedim oxumağa,Leninqrad fikrimi bəyəmədin.Arxa durdun,dəstək verdin.Çünki,İdris kişi icazə vermirdi.Haqqı da vardı.Bir institutu atıb,ikincisinə imtahanları verib qəbuldan sonra imtina edən övlada etibar yox dərəcəsində idi.Odur ki,1986-cı ilin payızında təsərrüfatın nə ağır işləri vardı mənə gördürürdü.Böyük bacı-qardaşlar dağılıb getmişilər.Kiçik qızlarsa axşamdan yatışırdılar.Məktəbə gedirdilər.Siz də İdris kişi ilə aradabir gec də olsa çay içib söhbət edirdiniz.İkinci mərtəbədə yatsam da cöhbətlərinizi eşidirdim.Həmin o söhbətlərin birində mənim Moskvaya getmək məqsədimi bir daha anlatdın.Cavab qəti idi.Atam incik şəkildə mənim oxumaq fikrim olmadığını söylədi.Gedib avaralanacağımı işarələdi.Sənsə hər cavabdehliyi öz üstünə götürdün.Bundan böyük etibar,sevgi nə ola bilərdi?Səhər xoş xəbəri mənı çatdırıb,sizi el işində utandırmamağa çağırdın.Nəticəsini gördün.Ruhun şad olsun,ay Ana!
Tale hər şeydən halıymış kimi,ömrümün ata ocağında,ana yanında yaşadığım on səkkiz ilini günlərlə danışası şirin nağıla çevirdi.Heç bir səfərimiz məcarasız olmayıb.Yaddaşımda Mingəçevirdə itdiym gün yaxşı qalıb.Qonaq getmişdik.Biz həyətdə oynayırdıq,sizsə Zöhrə nənə ilə harasa gedirdiniz.Daha doğrususu bilirdim-yolun o tayındakı mağazada işləyən xalan nəvəsi ilə görüşməyə tələsirdiniz.Çağırdın ki,sizinlə gedim.İmtina etdim.Gəl ki,gözdən itən kimi arxanızca qaçdım.Başım necə rarışdısa sağa yox,sola döndüm.İki eyni dükanı dəyişik salan kənd uşağı neylərər?Təşviş hissi bürüdü.Özümü itirdim.Küçəyə qaçıb ağlamağa bağıadım.Bir qadın yaxınlaşdı,,Ay bala,niyə ağlayırsan?,,Dedim anam itib.Güldü.,,Taparıq –dedi-ağlama,,Bir iki sual verdi.Sonra əlimdən tutub düz mağazaya,yanınıza gətirdi.Əhvalatı danışdı,güldünüz.,,Anam itib!,,işə bir bax!!...
Eh!Ay Ana!Niyə bu dünya belə vəfasızdır?Bəs Yevlaxda bazarın içində zəmbili yanımda qoyub dükana lampa almağa girib-çıxınca nə hadisələr baş verdi?Bir qadının əlindən tutub,zənbilin birini güclə götürüb,ikincisini də həmin xalaya verib başıma yığışan camaatın nəzərləri altında uzaqlaşmaq səhnəsini kimə danışım?Nitqin tutuldu onda.Səni görüb xalanın əlini buraxdım.Zəmbili atıb üstünə qaçdım.Camaat başladı narazı-narazı başını bulamağa.Hardan biləydin onlara elə nağıl danışmışam ki,hər kəsin ağlına gəlməz:Sən gözdən itdin.Bir az gözləyib insanların gur axarında təşviş keçirməyə başladım.Bir belə millətin içində çətin məni taparsan.Yavaşca ağlamağa başladım.Camaat yığışdı başıma.Sual verdilər,cavab aldılar.Belə qərara gəldilər ki,məni atıb gedib anam.Təzə aldığın şalvar,ayaqqabı və bəzi xırda-para pal-paltar zənbilin üstündən görünürdü.,,Hər şeyi hazırlayıb,atıb gedib,,-qərar belə oldu.Kəndimizi soruşdular,dedim.Niyə camaat bir uşağın sözünə bu qədər inandı?Nə bilim...Mənə həmişə elə gəlirdi ki,sən itirsən,tapa bilməyəcəyəm.Əvəzini yenə Moskvada çıxdın...
Həmin o müalicə günlərindən birində Mərkəzi Univermaqda gəzirdik.Maraqla hər tərəfə baxırdınız Ziyafətlə.Əlbət ki,qadınlara aid bölmələrdə ayağını çox saxlayırdın.,,Gedək,,təklifimi eşitsən də yanımızda ikinci mərtəbəyə aparan eskalatora minmədin.Bir addım kənara çəkilib gözlərinlə məni axtardın.Eskalator artıq bizi uzaqlaşdırmışdı.Bacım da yanında bir anlıq özünü itirdin.Gülümsədim.Gözümü çəkmədən hara gedəcəyini izlədim.Sakitləşib yerindəcə dayandın.Bəli...Demişdim,,Məni harda nəzərindən itirsən,oradan uzaq getmə,,.Yuxarıdan gözümü çəkmədən endim.Sən görmürdün.Qayğılı nəzərlərlə gəlib gedənə baxırdın.Nəhayət yaxınlaşdım.Baxdın,güldün,sevincin hiss olunurdu.Gəzməyimizə davam etdik.Ziyafət qoluna girib sakitcə gedirdi.Xoş əhval-ruhiyyənin səbəbini soruşdum.,,Narahat idim ki,azdın.Tapdım.Kim olsa sevinər,oğul!,,Sən demə mən itmişəm!!Bir işə bax!Sən elə bir insan idin,həytı sevən,onun qarasını ağa çevirməyi bacaran insan!Çətindir,Ana!
Neyləyək,qismət beləymiş.
Bəs Moskva ,,Domodedovo,,təyyarə limanında yay pavilyonunda yükümüzü gözləyəndə gözün hər tərəfin yaşıllığına heyran-heyran baxdığı necə?Dözmədin,,Gör nə qədər yaşıllıqdır,otluqdur!,,.Uzaqda günün altında par-par yanan təyyarələrə gözün sataşdı.Yaxşı seçə bilmədin,,Bəs onlar nədir?,,-soruşdun.,,İnəklərdir-cavab verdim-otlayıb doyublar.İndi də dincəlirlər,,Gülümsədin.Bir neçə dəqiqədən sonra bir təyyarə yavaş-yavaş yerindən tərpənib uçuş xəttinə yollandı.Sürəti artırıb yerdən üzüləndə özünü saxlaya bilmədin,,İnəklərdən biri getdi cağılmağa!,,Sənin zarafatlarını hər adam edə bilməz,Ana!İndi də gözümün önündədir o gün.
Anamı yadıma düşdü...
Anamı yadıma düşdü...
Anam yadıma düşdü,
Gözlərim yaşla doldu.
Qönçələnən gül idi,
Vaxtsız -vədəsiz soldu.
Anam yadıma düşdü,
Ürəyim qürrələndi.
Həqiqəti duyunca,
Saçıma qar ələndi
Anam yadima dü�du,
İşıqlandı çırağım.
,,Hardasan?,,-ixtiyarsız
Pıçıldadı dodağım.
Anam yadıma düşdü.
Gülüşü şirin anam .
Dəniz tək geniş qəlbli,
Dərya tək dərin anam.
Anam yadıma düşdü.
Tut dibində yay günü
Açdı bayatı ilə
Min arzulu könlünü.
Əzizim, oğul,,- dedi
Bu dünya nağıl-dedi
Hər şey gəldi-gedərdir
Tükənməz ağıl-dedi...
Anam yadıma düşdü
Varlıöımın əzəli.
Bayatılı,laylalı
Azərimin gözəli...
Anam yadima düşdü
Gözlərim yaşla doldu.
Gör nə qədər xoşbəxtəm
Göz yaşım nəgmə oldu... ,
28 sentyabr 2009 Brest
Anam laylay çalır...
Bəzən gecələri ta sübhə qədər.
Anam laylay çalıb,qulaq asmışam.
Unudub dünyanın dərdi,qəmini.
Şirin arzulara qanad �almışam.
Oxşayıb saçımı,öpüb alnımdan.
Kövrəlib ürəyim,körpələr kimi.
Baxıb gözlərinə ,tutub əlindən.
Bölmüşəm sevinci,kədəri,gəmi.
Ötüşsə də də illər,quş qanadında
Ürəyim hər zaman onu diləyir.
Mənim üəyimdə min həyat dərsi.
Anam gülür yenə-“Körpəsən.”-deyir.
Nə ola,bir daha qayıdaydı kaş
Tutub ətəyindən,gəzdiyim günlər.
Qoparıb budaqdan heyva gülünü
Həvəslə saçına düzdüyüm günlər.
Hərdən inciyəndə heç nədən ötrü
Basardı bağrına,silib gözümü.
Niyə ağlamıram görəsən indi
Bəlkə anam verdi səbri,dözümü?
İlham İdrisoğlu Brest 2001
Gər ki,ömrümdən kəsib verə bilsəydim,Tanrımdan dilərim bu diləyi.Sənə verərdim ömrümün sənsiz illərini.Hərdən həsəd edirəm ,sadəcə həsəd edirəm.Körpə uşaq kimi boulanıram,analılara sarı.Gözlərim dolur,Fikrim qaçır geri-o günlərimə,analı günlərimə.Niyə səni bizə çox gördü Yaradan,ay ana?Kimsə məni anlamaz,eybi yox,təki ömürlərinin son günündə anlasınar.Çətindir sənsiz.Nə yaxşı ki,insanın yaddaşı varmış.Hərdən uşaq kimi qaçıram o illərin hərarəti sönməyən qucağına.Qısılıram sinənə,susuram,nəfəsini duyuram,səsini eşidirəm...Gülürsən,danışırsan.Bayatıların öz dilindən səslənir:
Əzim oğul-dedin
Dünya nağıldlr-dedin
Hər şey gəldi,gedərdir
Ağıl tükənməz-dedin.
Dedin,susdun,gülümsədin:
-Gəl bir çay içək-dedin.
-Gəl içək-razılaşdım
-Get dəmlə gətir-zarafatından qalmadın...
Güldük,gecə keçirdi.Tut ağacının dibində,köhnə stolun arxasında ana-bala deyib gülürdük.
,,Ay bala,gedin yatın,,-Atam tez yatardı.İndi anlayıram,o da bizimlə idi.
,,Bu kişi nə istəyir bilmirəm!.Yatırsan,yat.Biz söhbət eləyirik,,
Bununla da söhbət qurtarardı.Mən o günlərdə siqaret çəkirdim.Atam elə aparırdı özünü,guya görmür.Mənim onda iyirmi üç yaşım vardı,amma utanırdım atamdan.Sənsə bilirdin.Gülürdün...,,Oğlum yekə kişidir,papiros çəkir,,
Bir axşam siqaretim qurtardı.Hiss elədin.Bilirdin İdris kişi taxcanın üstünə qoyur papirosları.Durdun getdin.Hardandı səndə bu qədər hazırcavablıq,bilmirəm.
,,Ay arvad nə axtarırsan gecənin bu vaxtı?,,sualına cavabını hələ də gülə-gülə xatırlayıram.,,Yuxum qaçıb,bir papros çəkmək istəyirəm,, dedin.O da yuxulu olsa da özünü itirmədi,,Onda bir qutu götür özünə,açığı tərpətmə,,.Kim bilir bu söhbətləri?Mən bilirəm.
,,Quruyun anaları,ataları,çətindir onlarsız,,deyirəm hər dəfə.
Yazsan bir kitab olar o günlərin xatirəsi.
Həyəti süpürdün.Biz də balaca idik.Məndən iki yaş böyük Ziyafət bacımla oynayırdıq.
,,Zibili atın,sizə görün nə verəcəyəm?!,,
Atdıq!
,,Ver görək,nə verəcəksən!,,dedim
,,Bircə dəqiqə,dedin,qabları yuyum,,möhlət istədin.
,,Tərs uşaqsan,,deyərdi atam
İndi bilirəm ki,tərsdən də tərsmişəm.Öz həyətimizdən atılmış zir-zibil az imiş kimi,qonşular atan zibili də araba ilə həyətə daşımağa başladım.Bir də başımı qaldıranda səs-səmirsiz öz işinlə məşğul olduğunu görüb təəccübləndim.Axı niyə bizə tərəf baxmırsan?Yaxınlaşdım,soruşdum səbəbini.Dedin işim çoxdur,həyəti təzədən süpürəcəyəm.Sonra vaxtım olsa sizinlə məşğul olaram.İşə gedəcəyəm.Vaxtım azdır...
Kədərin məni ağrıtdı.İncimişdin balandan.Ziyafət qabları yumağa başladı,mənsə həyəti təzədən süpürməyə.Çağırdın.Zibili atmayınca yaxın gəlmədim.Üçümüz də birlikdə çay içdik.Mənalı-mənalı baxıb hərəmizə bir yekə alma verdin...
Gəncə səfərlərimizi yazsan bir kitab olar,Ana.Sevimli şairimiz Nəriman Həsənzadəyə desəydilər ki,1981-ci ildə Gəncə çayının körpüsünün yanında dahi Nizaminin abidəsinin açılışındakı çıxışı zamanı çənəsini dibini kəsən kəndçi balası otuz ildən sonra bu haqqda yazacaq,gülərdi.Bəli,bəli,hər şey yadımdadır.Təsadüfən həmin dəqiqələrdə yaxında idik.Bir dənə də balaca nağara almışdıq.Mən zəmbili götürmüşdüm.Ağır idi.Sən də nağaranın ipindən tutub zənbil kimi əlinə tutmuşdun.Vağzala tərəf qalxırdıq.Sənin bütün işlərini yoluna qoymuşduq.Qalmışdı bircə futbol topu almaq.Uşaqlar pul yığmışdıq.Bilirdin.Həmişə zarafatla deyərdin,,Bax niyə onu ora-bura qovursunuz,ağlınızmı artır?,,Fasiləyə düşmüşdük.Bir saat gözləməli idik.Odur ki,tələsmirdik.Ticarət passajının qarşısında,körpünün yanıda gözün sərinlikdəki oturacaqlara sataşdı.Oturduq.Dedin gəl burada gözləyək.Zəmbili yanında atıb qaçdım abidənin açılışına.Maraqlı idi.Hörmətli sənətkarlarımızı yaxından görməkdən yaxşı nə olardı ki?.Başım qarışdı.Bir xanım yavaşca qolumu tərpədib yuxarını göstərdi.Ay ana,axı niyə bu qədər sadə idin?Əlindəki nağaranı havada yelləyib çağırırdın ki,qalxım yuxarı...Deyirəm ki.sadə və sadəlöhv idin.Vaxta hələ vardı.Özümü verdim həmin dəqiqələrdə çıxış edən Nəriman Həsənzadənin düz yanına.Gözaltı baxırdım sənə.Tez anladın.bu tərs balası tərsi tərpətməsən yaxşıdır.Bir azdan gördüm yoxsan.Sakitçə qalxdım körpünün üstünə.Əvvəlki yerində oturub mürgüləyirdin.Yaxınlaşdım.
-Səni bir də heç yana aparmayacağam-yarıincik dilləndin və sonra əlimdəki zəmbil az imiş kimi nağaranı da çiynimə asdın-düş qabağıma.Mən çağırdıqca bir az da gizlənir.
Mıni gülmək tutdu...
-Cəld ol-tələsdirdin məni...
,,İdman malları,,mağazasına yol uzun səkinin içindən keçirdi.
-Mən burda gözləyirəm-arxadan səslədin-əlindəkiləri at yanıma tərpən-yorulmuşdun...
Geri qayıdanda uzaqdan gözlərimə inanmadım...Bir dəstə qaraçı uşağı zəmbili sökürdülər.Sən də nağaraya dirsəklənib anaları ilə söhbət edirdin.Məni görüb dağılışdılar.Zəmbili göstərdim.Baxıb güldün.
-Dedim birdən nağaranı götürüb qaçarlar.Çörək yolda alarıq.Zəmbilin yüngüllədi-deyib gülə-gülə ağzını bağladın-götür gedək.Top aldın?
-Yox idi-cavabım qısa oldu.
-Çörəklərin başı ağrıyırdı-gülümsədin.
Vağzalda çörək də aldıq,çay da içdik.Sənin çay içməyin elə bir hekayə idi...Sonra danışacağam bu haqqda...
Ay Leyla xanım...Niyə bizi belə tez sənsiz qoydun?
Getmişdik Mənsurəni görməyə.Tələbələri pambıq yığımından qaytarməşdılar.Yükümüzü tutub tərpəndik Gəngəyə.Allah verəndən,gücümüz çatandan nə vardısa yığmışdıq.Bir kisə də yuyulmuş yun götürdük.Satmaq üçün.Görəydim ony xanım sonra bizim haqqımızda nələr fikirləşdi.Bir allah bilir ki,həmin gün səni az qala taksi vuracaqdı...
Hələ evdəikən Mənsurə üçün yığdığım heyvaları yığmağa yer tapmadıq.
-Yun kisəsinin ağzına yığ-dedin-Gəncədə götürərik.
Yığdım...
Avtobusdan düşən kimi həmin xanım yaxınlaşdı.Salam verib yunun satlıq üçünmü gətirildiyini soruşdu.Cavab aldı.Qiymətini soruğdu.Yunun yuyulub yuyulmadığını soruşdu.Nədənsə inandı.Artıq sual vermədi.Yaxınlıqdakı qarpəzsatanların iri tərəzisinin üstünə kisəni qoydum.On üç kilo,on iki mahatdan –yüz əlli altı manat...Pulu sayıb verdi.Bir manat taksi pulunu da qaytardın.Xanım əl qaldıran kimi ağ,,Volqa,,dayandı.Sürücü tələsik yun kisəsini maşına atdı.Xanım sağollaşıb arxada oturdu.Bir anda taksi Gəncəçay tərəfə gedən yoldakı n\qliyyata qarışdı...
-Biabır olduq-deyib özünü yola atdın.Qeyri ixtiyari əl edib taksiyə çatmaöa çalışdın.Birdən nə isə anlayıb kənara çəkildin.
-Nə olub,ay mama?-soruşdum
-Heyvaları da verdik getdi...
Məni elə bil şimşək vurdu.Taksi gözdən itmişdi.Bir Tanrı bilir ki,necə əzab çəkdik onda.Payladı o artıq pulları əlsiz-ayaqsızlara.Gəncədən çıxınca özünə gələ bilmədin.Heyvanı yun qiymətinə satam anam...
Belə idin.Hamıya inanırdın.hamı inanırdı.O xanım yunu yoxlasaydı,əlbət ki,sarı iri heyvalar Mənsurəyə çatacaqdı...Üç kilo heyva olardı...
Ay ana,niyə belə vəfasızdır bu dünya?Niyə verdiyi neməti tez geri alır?Xoş xatirəyə çevirməkçenmü?Bilmirəm…Bircə şeyi bilirəm ki,tale səni qəsdən elə yaradıbmış,bizi xoşbəxt etmək üçün.Sənin məcaraların sonsuzmuş.Yadıma yenə Gəncə düşür.Yastıq satmağımız.Getdik oturduq bal satanların yanında.Bir xala da göy-göyərti satırdı.Yanında məndən bir az kiçik oğluda vardı.Salamlaşıb yan-yana oturdunuz.Sənin götürdüyün kənd pendiri,Gəncənin ləzzətli çprəyi,xalanın kişniş və tərxunu kimi istəsən valeh edərdi.Odur ki,həyatın axarından kənar dayanıb ləzzət alırdınız.Hələ də yadımdadır,pendiri isti çörəyə büküb o balaca oğlana,sonra mənə düzəltdiyn dürmək…Uşaq həvəslə sizə qoşuldu.Mənsə…Qız istəyən vaxtım idi,utanırdım dürmək yeməyə…Bax belə oğlan idim.,,Qoy yanıma,sonra yeyərsən,,dedin.Bəs o bir saatda baş verən hadisələri hansı dəftərə yazım,ay ana!?Bir xanım yaxınlaşdı.Yastığın qiymətini soruşdu.,,Altmış manat,,dedin.Dodağını büzdü.Dedi sal qiyməti.Güldün,,Yazıq qazın canını alıb,tükünü yolmuşam ki.havaya getsin?,,dedin.Hamı güldü…Əlli səkkizə razılaşdın.Xanımsa əlli beş verəcəyini bildirdi.Qız köçürəsidir.Xərci çoxdur.Gülə-gülə eyham vurdun,,Mənimkilərsə hələ ki,tələbədirlər.İki qız oxuduram.Bacı-dedin-onların xərci cehizdən az deyil,,Mən onda hardan biləydim ki,hər manat qızıldır.Dedim,ver getsin.Gülümsədin,qutab dalınca yolladın bizi o uşaqla.Qayıtdıq.Göyərti satan xala ilə şirin-şirin söhbət edirdiniz.Pendir-çörək,göy-göyərti,iki yorunuq ana…Yeganə imkan idi ki,oturub bir az dincələydiniz.Yastıq almaq istəyən xanım bir də gəldi.,,Üç kilodan azdır burda tük,,-dedi.Cavabın qəti oldu:,,Azdırsa ucuz verərəm.Gedək tərəziyə qoyaq,,Kartof cərgələrinin arasında,ağzıaçıq yastıqla,buir az da küləkli havada gəzməyin ləzzətini onda gördüm.Tük birinin gözünə,birinin ağzına girındə dayandım.Tərəzi axtarırdıq.Yastıq kartof tərəzisində…Bir baxın işə.Qayıtdım.Xanıma cavabım da sərt oldu,,Satmırıq!,,.Bilmirəm niyə onda məni dəstəklədin.,,Satmırıq,,deyib xanımdan aralaşdıq.Qayıtdıq oturduğumuz yerə.Xala göy-göyərdidən başqa baş soğan da satırdı.Bir kişi görünür tərxundan əlavə soğan da almaq istəyirdi.Qiyməti soruşdu,,Bir manat iyirmi əpik,,cavabı aldı.,,Bahadır,,alıcı narazılığını bildirdi.,,Bir on beşdən götür,,-xala tərxunu sulaya-sulaya gözucu alıcıya nəzər saldı.,,Bahadır,bacı!!.Soğan da xırdadır,,.,,Doxsan qəpikdən götür,ay dayı,,-uşağın sözü ağzında qaldı.İri dəstəli suladığı tərxunu xala yaş-yaş uşağın sifətinə çəkdi.Bir anda ara qarışdı.Körpənin ağlamağı mənə gülməli gəldi.Onsuz da toz-torpaqlı sifətində bir anda möcüzıli bir şəkil alındı.,,Niyə vurdun uşağı?,,-soruşdun xaladan.Çaş-başqaldı yazıq ana.Hər şeyi atıb bağrına basdı biçarəni.Soğan bir kilo olardı.Yazıq kişi bir manat əlli qəpik atdı.Qəzetlə birlikdə soğanı qomarlayıb tələsik aralaşdı…Məni də gülmək tutmuşdu.Tərxunun izləri uşağın sifətində pişik bığlarına oxşayan izlər açmışdı…Gözünü ağartdın.Anladım.Getdim gəzməyə.Balaca oğlanı da mənə qoşdunuz.Yastığı yanına qoyub xala ilə söhbətinizi davam etdirdiniz.Uşaq tez sakitləşdi…Olan-qalanı yeyib.Bir az da oturandan sonra,iynə ilə yastıöın ağzını tikdin.Yollandıq vağzala.Sonralar gülürdün,,qismətdən qaçmaq olmaz,,Həmin yastığı ,,Gəncə-Tərtər,,avtobusunda əlli səkkiz manata tanış bir xala aldı.Hələ razılıq da elədi…
İlham İdrisoğlu Brest 2011
(ardı var)
Комментариев нет:
Отправить комментарий