Al-yaşıl donunu geyinib çəmən,
Çiçəklər açanda xatırla məni...
Gəlib göy üzünə yağiş,duman,çən
Kükrəyib keçəndə xatırla məni...
***
Nə qalar dünyada görəsən bizdən.
Bir yaxşı kəməldən,bir müdrük sözdən?
Yarıb üfüqləri hər səhər tezdən
Günəş nur saçanda xatırla məni...
***
Qürbətdir- ürəyim eyləyir qürub.
Fikir,düncələr könlümü yorub.
Leyləklər havada qaqqıltı vurub,
Seyr ilə uçanda xatırla məni...
***
İlhamın ürəyi daim həvəsdə.
İstəməz bülbülü görsün qəfəsdə.
Beşi bir,onu bir düzəldib dəstə
Durnalar köçəndə xatırla məni...
İlham İdrisoğlu. Brest may 2002
Комментариев нет:
Отправить комментарий