Improvisasiya

Get Adobe Flash player

среда, 20 июля 2011 г.

Səni anmışam


                               
Bəzən qızarınca ta dan işığı
Xəyaldan don  geyib, səni anmışam...
İçəri boylanan  tənha budağı
Külək  yana əyib,səni anmışam...

Qısqanc buludlardan oğurlanaraq,
Ay da camalidan yetirmiş soraq.
Sükutlu gecəyə lay lay çalaraq,
Bülbül nəğmə deyib,səni anmışam...
                                             
İlhamçün röyadır o şirin çağlar.
Gün gülər, buludlar hay çəkib ağlar.
Büllur tək parlayan inci damlalar
Döyüb pəncərəmi, səni anmışam...

İlham İdrisoğlu . Moskva yay 1989


Комментариев нет:

Отправить комментарий