Əridib çöllərən qar yorğanını
Güllü yaz gələndə,necə susum mən?
Bürüyüb çəməni,düzü,talanı
Lalələr güləndə,necə susum mən?
Baxıb balasının uca boyun boyuna.
“Xoşbəxtik,ay bala,çatdıq toyuna.”
Gülüb iftixarla mehriban ana,
Gözünü siləndə,necə susum mən?
Ürək bır ağacdır,arzu mın budaq.
Xəyal qanadındanda uçma çox uzaq.
Ay İlham,ürəkdə alovlanaraq,
Ümüdlər sönəndə,necə susum mən?
İlham İdrisoğlu. Moskva 1991
Комментариев нет:
Отправить комментарий