Olmasa dünyada şirin arzular
Onda yaşamağın nə mənası var
Qaynayan bulaqdır arzulu ürək
Mənasız ,boş ömür ,de kimə kərək?!
Dilinə gətırmə acı sözləri.
Sılınməz ürəkdən dərin izləri.
Əl uzat büdrəyib yıxlan görsən.
Dayaq dur ürəyi sıxılan görsən.
Arif o kəsdir ki, hərdən lal olsun.
Çalış sözlərinin dadı bal olsun.
Hər kəsin qabında nə varsa,vardır.
Qanmazı qandırmaq çətin mısaldır.
Göydə ulduzları hey saya-saya.
Ayağın dəyəcək daşa,qayaya.
Mənfəət xətrınə dostluq eyləmə.
Kimin kimsəliyi çindir aləmə.
İnsan ol,TanrIdan dilə qisməti.
Heç nəyə dəyişmə abır,isməti.
“Arxasızam”-deyib küsmə düyadan.
Heç vaxt bəndəsini atmaz yaradan.
Ağac kölgəsində dincələn bəndə,
Kəsmə budağını,soyuq düşəndə,
Kəssə qılıncının hər iki üzü,
Qoru dunyamızda doğrunu,düzü.
Qorxma çətinlikdən,qaçma haqq yoldan
Həmişə kənar ol boş qalmaqaldan.
Özünü öyənin qıyməti azdır.
Dili istisə də,qəlbi dayazdır.
Xoş danış,sözündən el sevinəcək.
Əl uzat,savabı bir gün gələcək...
İlham İdrisoğlu Brest 2007
Комментариев нет:
Отправить комментарий