Gəl toxunma ürəyimə,a yolcu
Aydan göyçək bir gözələ vurğunam.
Bahar gəlib min arzulu dünyama.
Qönçələnən incə gülə vurğunam.
Yerişə,duruşa,qəddi-qamətə,
Süzgün baxişlara,xoş hərarətə,
Qara saçlardakı ab- təravətə,
Üzük təki incə belə vurğunam.
Gözüm qalıb gözlərində nədənsə.
Xoşbəxt ollam bircə kəlmə söyləsə.
Görüşüncə yaddan çıxır qəm-qüssə.
Ala gözə,şirin dilə vurğunam.
Sevincimdir,ürəyimdir,nəğməmdir
Bal dadıyan şirin sözüm,nəğməmdir.
İlham billmir nenə oldu,nədəndir,
İşvə-naza,bəyaz ələ vurğunam
İlham İdrisoğlu Moskva
Комментариев нет:
Отправить комментарий