Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

◊ Səhər şehli-şehli dər bənövşəni

◊ Səhər şehli-şehli dər bənövşəni

Ürəyin istəsə qonaq gəl bizə,
Yazda kol dibində gör bənövşəni.
Günəş yayılmamış təpəyə,düzə
Səhər şehli-şehli dər bənövşəni.

Qaynayıb axanda bahar suları,
Soyuq quzeylərin getməmiş qarı,
Oxşamaq istəsən nazənin yarı,
Gətir hyzurunda ver bənövşəni.

Üzüb ürəyini naz ilə gülsə,
,,Yox,,deyib,hərçəndi görüşə gəlsə
Esqinin odunu bilmək istəsə,
Məftun et ,yanına sər bənövşəni.

Düzlərin naxışı nərgiz,lalədir,
Ay İlham,hamısı bir əfsanədir,
Sevən ürək üçün cavahir,ləldir,
Hec nəyə dəyişməz tər bənövşəni.

İlham İdrisoğlu Brest 21 05 2010

Комментариев нет:

Отправить комментарий