◊ Öyrədir
Dəyişib dövrani ulu dünyanın
Sağsağan qartala uçmaq öyrədir
Bir də görmərsiniz,ayaq saxlayın,
Tısbağa ceyrana qaçmaq öyrədir
Bülbülün nəğməsi gəlməyir xoşa
Qarğalar keçbdir yuxarı başa
Hörmət eyləyən yox ağıla,yaşa,
Uşaq biçinçiyə biçmək öyrədir
Bilən də qarışır,bilməyələr də
Görən də danışır,görməyənlər də.
İlham,nə xəbərdir,düşüblər dərdə?
Kütbeyin zərrafa seçmək öyrədir.
İlham İdrisoğlu Payız 1986
Комментариев нет:
Отправить комментарий