YENƏ GÖRÜŞƏCƏYİK
Ayrı düşmək çətinmiş
Ürəklər bir olanda.
Qəlbindən silinməsəm,
Məni xatırlayanda.
Heç sıxma ürəyini,
Yenə görüşəcəyik.
O bəyaz əllərini
Əllərimə alaraq,
Sevgim ilə saçına
Çəkəcəyəm mən daraq.
Heç sıxma ürəyini,
Yenə görüşəcəyik.
Dayanaraq üz-üzə
Sükuta dalacağıq.
Xəyallar limanında
Hey lövbər salacağıq.
Heç sıxma ürəyini,
Yenə görüşəcəyik.
Ay qaranlıq gecədə
Boş səkiylə, yan-yana
Baş alıb gedəcəyik
Kainatın sonuna.
Heç sıxma ürəyini,
Yenə görüşəcəyik...
Moskva dekabr 1988
Ayrı düşmək çətinmiş
Ürəklər bir olanda.
Qəlbindən silinməsəm,
Məni xatırlayanda.
Heç sıxma ürəyini,
Yenə görüşəcəyik.
O bəyaz əllərini
Əllərimə alaraq,
Sevgim ilə saçına
Çəkəcəyəm mən daraq.
Heç sıxma ürəyini,
Yenə görüşəcəyik.
Dayanaraq üz-üzə
Sükuta dalacağıq.
Xəyallar limanında
Hey lövbər salacağıq.
Heç sıxma ürəyini,
Yenə görüşəcəyik.
Ay qaranlıq gecədə
Boş səkiylə, yan-yana
Baş alıb gedəcəyik
Kainatın sonuna.
Heç sıxma ürəyini,
Yenə görüşəcəyik...
Moskva dekabr 1988
Комментариев нет:
Отправить комментарий