Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Səhər buza dönür büllur gilələr.

 Səhər buza dönür büllur gilələr.

Hərdən gecələri gizlincə axıb
Soyuq yastığima dolur gilələr.
İsti nəfəsiylə könlümü sıxıb
Odlu yanağımda solur gilələr.

Qoy axsın,əritsin hicran daşını,
Bahara çevirsin könlüm qışını.
Hər gün gözləyirəm yaz yağışını
Şeh tək sübhə qədər qalır gilələr.

Ulduzlar sayrışır,gözüm göylərdə
Bülbülə naz edən qönçə güllərdə.
Gecəni keçirib nəmli gözlərdə
Səhər buza dönür büllur gilələr.

İlham İdrisoğlu Brest 15.09.2010

Комментариев нет:

Отправить комментарий