Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Tez əhdini pozur dünya.

Tez əhdini pozur dünya.

Bel bağlama vəfasına,
Tez əhdini pozur dünya.
Dücar edib cəfasına,
Qoz tək sıxıb əzir dünya.

Mum eyləyir daş,dəmiri
Qəflət yazır, verir əmri.
Çiçəklənən bir ömürü
Qönçə ikən üzür dünya.

Milyonlara qələm çalıb.
Neçə tale qaralayıb.
Anaları düşkün salıb.
Bildiyini yazır dünya.

Əsirgəmir,dövlət verir.
Tükənməyən sərvət verir.
Dərd-bəlanı xəlvət verir.
Dərin quyu qazır dünya.

Atir yana insanlığı,
Gözü seçmir solu,sağı.
Tapdalanır haqqın tağı.
Dinməz baxır,dözür dünya.

İlham yazır,yazmasa nə?
Barışmayıb dözməsə nə?
Səadətin badəsinə,
Gizlin zəhər süzür dünya.

İlham İdrisoğlu 28.06.2010 Brest

Комментариев нет:

Отправить комментарий