Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Qocaldı anam!

◊ Qocaldı anam!

Nədən gözlərimi yumdun, a dünya
Fəsillər ötüşdü,qocaldı anam!
Sirrini vermədin,dandın ,a dünya
Şərtinlə barışdı,qocaldı anam.

Övlad bol-bəhrəli,nəvə nübarlı,
Qayğılı,fikirli,əli qabarlı.
Bir dağa bənzədi,zirvəsi qarlı,
Saçına dən düşdü,qocaldı anam.

Odur pərvanə tək odlara yanan,
Gecəni sübhədək yuxusuz qalan.
Dünən şirin-şirin laylalar çalan
Səsi də dəyişdi,qocaldı anam...

.................................................

İlham ömüründən pay ayırardı,
Diz çöküb Tanrıya hey yalvarardı.
Özüylə min arzu,niyyət apardı.
Göylərlə qovuşdu,ucaldı anam.

İlham İdrisoglu 1992-2010 Köyük (yay 1992) -Brest 04.08.2010

Комментариев нет:

Отправить комментарий