◊ Biz gərəkdir.sənsə iynə alırsan
Biz gərəkdir,sənsə iynə alırsan...
Saz olan məclisdə kaman nə lazım?
Kamanın öz yeri,sazın öz yeri.
Oturub payızda oxşama yazı,
Payızın öz yeri,sazın öz yeri.
Sil hisini,atma küncə,bucağa,
Zülmət çöksə,ümid qalır çırağa.
İpək görüb bezi atma qırağa,
İpəyin öz yeri,bezin öz yeri.
Odur ki,əziyyətdə qalırsan,
Biz gərəkdir,sənsə iynə alırsan.
Bir yaxşı bax,keçə yamaq salırsan.
İynənin öz yeri,bizin öz yeri.
İdrisoğlu, vay o kəsin halına
Özgə fikri hakin ola ağlına.
Gözü baxıb,qulağıyla allanan,
Qulağın öz yeri,gözün öz yeri.
İlham İdrisoğlu Brest 05.09.201
Комментариев нет:
Отправить комментарий