◊ Ağlamsınıb yar gülərmi,bilmirəm..
Nəfəsindən çiçək bitdi,gül açdı
Bu ümrümə yaz gələrmi,bilmirəm...
Günəş güldü,könüllərə nur şaçdı
Nisgil gözüm gülümsərmi,bilmirəm...
Gülüstandan gül seçmişəm,ən incə,
Bihuş ollam camalını görüncə.
Dünya gülər, ala gözlər gülüncə.
Ağlamsınıb,yar gülərmi,bilmirəm...
Heyran idi eşqimizə bülbüllər,
Dənə dolub xışıldayan sünbüllər,
Məhəbbətdən yanan odlu könüllər
Çəkdiyimi bilirlərmi,bilmirəm...
Könül verib,əhd eylədik bir axşam,
Mən pərvanə,o astaca yanan şam.
Ayrılıqdan İlham, cana doymuşam.
Səbr eyləyib gözləyərmi,bilmirəm...
İlham İdrisoğlu Moskva 1990
Комментариев нет:
Отправить комментарий