◊ Ey dünyanı bölən insan...
Ey dünyanı bölən insan,
De,özünü nə sanırsan?
Bir yaxşı bax keçmişlərə
Yuxulardan oyanarsan.
Mənəm-mənəm deyənlərin
Mənliyini alıb bir gün.
Haqqa düyün düyənləri
Əziyyətə salıb bir gün.
Demə dünya koranədir
Dönüb bir gün baxacaqdır.
Əlin ilə boyadıöın
Rəngi sənə yaxacaqdır.
Gücsüz sanma məzunları
Allahı var,Tanrısı var
Sənin pulun,imarətin
Onun isti yuvası var
Hey baxırsan zirvələrdən
Alçaq dağlar yaratmısan
Öz-özünə heyran olub
Güzgülərə mat qalmısan.
Hər şey sənə qəribədir
Kənd yolları,yağış,palçıq.
Heç elə bil ayağını
Deşməyibdir tikan,qılçıq.
Qaçmamısan ayaqyalın
Od nəfəsli,tozlu yolda.
Quzuları hey səsləyib
Baxmamısan güllü yaldan
Yadındamı,yorğun-arğın
Ayağını yudu anan.
Bir balaca sızlayanda
Başın üstdə durdu anan.
,,Get-söylədi-dözəcəyik
Biz görməyən günlər yaşa,,
Nə biləydi arzuları
Çırpılacaq qara daşa...
İlham İdrisoğlu 20.09.2010 Brest
Комментариев нет:
Отправить комментарий