◊ Qara gözün ağlasa nə,gülsə nə!?
Elə sandım dünya,aləm mənimdir,
Ürəyimi açan günü,gül,sənə!
Elə sandım bihuş edən ətrindir,
Qoxlayanda baxıb gördüm gülsə,nə!?
Düşünməyib əməlinin sonunu,
Geyəndə sən vəfasızlıq donunu,
Hey gözləyib şirin görüş anını,
Gətirmişdim əldə dəstə gül sənə.
İndi ürək məzar kimi soyuqdur.
Dəryalarda tənha üzən qayıqdır.
Bir sözündən sevən qəlbim sınıqdır.
Qara gözün ağlasa nə,gülsə nə!?
İlham İdrisoğlu Moskva 1990
Комментариев нет:
Отправить комментарий