Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Gül ətirli yar olmasa

 Gül ətirli yar olmasa

O dağları neyləyirsən,
Zirvəsində qar olmasa?
Bağı kimçün bəsləyirsən
Ağacında bar olmasa?

Kasıççılıq deyil nöqsan
Günah olar haqqı dansan.
Çox əməldən çıxar insan.
Həya adli var olmasa?

İnsan gördüm əzəmətli,
Həlim qəlbli,düz qamətli,
Baş olacaq hey töhmətli
Namus,qeyrət,ar yoxdursa.

İlhamın yazar dəmində
Güc qalarmı qələmində
Sevgi dolu aləmində
Gül ətirli yar olmasa?

İlham İdrisoğlu 1109.2010 Brest

Комментариев нет:

Отправить комментарий