Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Pul

 Pul

Xəlvət,oğrun ürəklərə yol tapır
Dövlət olub,səadəti alan pul.
Qılınc çəkir,qanlar tökür, at çapır
İnsanlığı könlümüzdən alan pul.

Məzlumları qızmış şirə döndərir,
Görmədiyi taxta-taca mindirir.
Zirvələrdən zindanlara yendirir,
Bir ürəyi min azara salan pul.

Gözü seçmir yaxşıları,yamanı.
Ayıq başa tez doldurur dumanı.
Əlindədir sazı,tarı,kamanı,
Harda gəldi,hər havanı çalan pul.

Yoxluğu da dili gödək eyləyir,
Çoxluğundan çox qamətlər əyilir.
İdrisoğlu hamınıza diləyir,
Eyləməsin dünyanızı talan pul.

İlham İdrisoğlu 27.04.2010 Brest

Комментариев нет:

Отправить комментарий