Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Bozdar

Bozdar

Bozdar səs-küy salmağın
Xəstəsiydi,ölürdü.
Soldakından qorxurdu
Sağdakına hürürdü.

İlham İdrisoğlu 26.12.2010 Brest

Vaxtında gələn bozdar

,,Bozdar,xoş görük səni
Sən bizə çox lazımsan.
Hürənimiz çox idi,
Gəzirdik quyruq qısan,,

İlham İdrisoğlu 26.12.2010 Brest

Bozdar yatmır

,,Yenə yaman hirslidir
Görəsən nə xəbərdir!?,,
,,Bozdar belə hürəndə
Yaxından,karvan gedir!?,,

İlham İdrisoğlu 26.12.2010 Brest


Stili dəyişən Bozdar

Çoxdandı ki, həyətdən
Bozdar qaçıb itmişdi.
Üzünə baxmırdılar.
Kənddən çıxıb,getmişdi.

Arabir yaxın gəlib
Gizlin-gizlin baxırdı.
Tək həyətə girməkdən
Çəkinirdi,qorxurdu.

Bir gün açdı gözünü.
Kənddə qalmaqal idi.
Ürəkləni,sevindi.
Tezcə həyətə girdi.

Nə hökm ilə hürdüsə,
Boğuşma da kəsildi.
Alabaş da heyrətdən,
Qaçdı,küncə qısıldı.

Bir gözü Alabaşda.
Biri də həyətdəydi,
Yelləyib quyruöunu,
Hamını hədələdi!...

İlham İdrisoglu 26 12 2010 Brest

Комментариев нет:

Отправить комментарий