Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Ayının dərsi

Ayının dərsi

Düşdülər gen quyuya
Ayı,canavar,sığın.
Neçə gün əlləşdilər,
Axır düşdülər yorğun.

Canavar dedi:,,Sığın,
Gör neçə gündür açıq.
Onsuz da öləcəksən,
Sonra dağıdacağıq,
Gəlsənə elə indi
Ayıyla səni yeyək
Tezcə qurtarsın canın
Bizdə kömək gözləyək,,

Canavarın sözləri
Gizli işarə idi.
Ayı da donquldandı,
Sığın hərif deyildi.

Bir balaca düşündü:
,,Razıyam,ay canavar
Amma ölüm qabağı
Sizdən bir xahişim var,
Gənclikdə quyruğuma
Babam bir söz döydürüb.
Dünyamı dəyişəndə
Oxumağı hökm edib.
İstəmirəm kişinin
Vəsiyyəti pozulcun.
Oxuyun,mənə deyin
Yeyin,sizə nuş olsun!,,

Ayı canavar ilə
Cevincək sıçradılar.
Arxadan yaxınlaşıb
Yaxında dayandılar.

Sığın nə gücü vardı
Bir qoşa təpik caldı.
Canavar bir daş kimi
Düşdü,yerində qaldı.

Ayı özünə gəldi:
,,Oxuya da bilmirsən
Ay yetim oğlu, niyə
Bu cür təpik yeyirsən!?,,

İlham İdrisoğlu 21 12 2010 Brest

Комментариев нет:

Отправить комментарий