Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Meşə çaqqalsız olmaz

◊ Meşə çaqqalsız olmaz

Meşə çaqqalsız olmaz
,,Meşə yiyəsiz olmaz!
Nə gözəl ifadədir,
Bu iş yarımçşq qalmaz
Görüm iş nə yerdədir,,-
Bu ağıllı fikirlə,
Çaqqal girdi meşəyə
Hərə sakit,səmirsiz
Məşğul idi işiylə.

Dələ fındıq yığırdı,
Kirpi dadlı göbələk.
Dovşan kefi kök idi
Bərkdən deyib,gülərək.
Canavar da qayğısız
Dolanırdı talanı.
Dəvə dünən yuxusuz
Yerə qoyub palanı
Dincəlirdi kölgədə
Bir sözlə sülh var idi,
Sakitlikdi bölgədə.

Gülümsədi,sevindi:
-,,Başsızlıqdır burada".
Yaxşı fürsətdir indi
Səs-küy salsam talada,
Duracaqlar kənarda
Ayı da,canavar da.,,

İstədi nərə çəksin
Şir kimi ürəkələndi
Parçalasın,qan töksün
Cəld yerindən tərpəndi.

Dələ alıb fındığı
Tez dırmaşdı budağa.

Kirpi güclə yığdığı
Yemi atdı qırağa.
Büküldü,yumaq oldu
Xətadan qaçmaq üçün.
Qarğa ağaca qondu
Uzağa uçmaq üçün.

Dovşan əlli,ayaqlı
Qaçdı,itdi meşədən

Tülkü bir az ayıqdır,
Halı oldu işindən
Qoşularaq çaqqala
Hücum çəkdi dəvəyə.
Gövşədiyi qanqalı
Tüpürdü söyə-söyə.

Qaldıranda başını,
Gözünə inanmadı
Caqqal çatıb qaşını
Canavarı yanladı.
Bir gözüylə tülkünü
Süzə-süzə uladı:
,,Kəsəcəyəm kökünü
Səsin mənə bəladır,,
İstədi nərə çəksin
Bilmirdi ki,ulayır
Dələ baxıb budaqdan
Qarnını qucaqlayır.

Açanda gözlərini,
Baxdı yan-yörəsinə
Düzəldib dizlərini
Qıcandı kölgəsinə.

Boynuna keçirdiyi
Şir dərisi böyükdür
Qüdrətlik əvəzinə,
Başına ağır yükdür.

Çanavar da gülürdü
Tülkü çoxdan qaçmışdı.
Qarğa sərxoş,kefi kök
Qanadını açmışdı.

Kirpi də qımıldandı
Göbələyi tapınca.
Dəvə durdu yollandı
İş-gücünün dalınca.

,,Qonağımsan,,-söylədi
Dələ bir fındıq atdı
O da başına dəydi
Çaqqalı lap oyatdı.

Heç kəs məhəl qoymadı
Yazığın ,,nərəsinə,,
Yollamaq istədilər.
Qobunun dərəsinə.

Sonra baxıb gördülər,
Yox,a balam,qoy qalsın
Arada bir kef versin
Ruhumuz da şadlansın.

Bax o gündən,a dostlar,
Məsəldir,unudulmaz,
Dağlar qartalsız qalar
Meşə çaqqalsız olmaz!

Dovşan yenə gülürdü,
Dələ fındıq yığırdı.
Göbələyi silərək
Kirpi qonaq çağırdı.

Xoşunuza gəlməsə,
Oxumayın min dəfə
Qarğa nağıl deyəcək
Söz veribdir bu dəfə.

İlham İdrisoglu Brest 19.11.2010

Комментариев нет:

Отправить комментарий