Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Amandır

 Amandır

Demirəm qərq edim ,qoy öpüşlərə
O bircə busəni kəsmə,amandır!
Yarpaq tək baş əyib ötən yellərə
Gündə neçə səmtə əsmə,amandır!
***
Günlər çiçək-çiçək,ömür min naxış.
Üzdü ürəyimi o süzgün baxış.
Sənə yalvarıram bir kəlmə danış.
Çaylar tək lal axIb susma,amandır
***
Şahiddir eşqimə ulduzlu göylər.
İlham gülüşünə can qurban eylər.
Bircə təbəssümün dünyaya dəyər.
İnciyib hər sözdən küsmə,amandır!

İlham İdrisoğlu. Moskva 1992 Payız

Комментариев нет:

Отправить комментарий