Çal sazını,qoca dünya!
Saçlarıma düşsə də dən.
Baş açmıram işlərindən.
İblis,yaltaqlar əlindən.
Al sazını,qoca dünya!
Çal sazını,qoca dünya!
Sevinməsmi xəbis,nadan
Ayri düşsə yar yarından?
Sölə yara vuranlardan
Al sazını,qoca dünya!
Çal sazını,qoca dünya!
Görmədim ki,qaratikan
Bar gətirə albalıdan.
Ağzı sözlü,davalıdan.
Al sazını,qoca dünya!
Çal sazını,qoca dünya
Nə çıxacaq dövlət ,vardan?
Düюməyəsən etibardan.
Çörəyini qısanlardan.
Al sazınıqoca dünya!
Çal sazinı,qoca dünya!
Ürək doymur xəyallardan.
Gecə keçər,açılar dan.
Dostu atıb qaçanlardan.
Al sazını,qoca dünya!
Çal sazını,qoca dünya.
İlham İdrisoğlu Moskva
Комментариев нет:
Отправить комментарий