Milyonlar rişxəndlə deyib,güləcək
A qardaş,qəllbinin hökmünü dinlə,
Dilə nə vardır ki,çox söz deyəcək.
Unutma,söylənən yersiz kəlməni
Milyonlar rişxəndlə deyib,güləcək.
Əgər,bəd gətirsə işin bir kərə,
Qanlı qılınc alıb qalxma yəhərə
Çalış pis ad ilə düşmə dillərə,
Altını yurdunda qalan çəkəcək.
Uyma nadanların şirin dilinə.
Qoyma iblis əli dəysin əlinə.
Dar gündə arxalan doğma elinə
Biri gəlməsə də,beşi gələcək...
İlham İdrisoğlu Brest 07.05.201
Комментариев нет:
Отправить комментарий