Dəymə mənə
Sızıldayır qəlbim yenə
Dəymə mənə,dəymə mənə.
Fələk baxmır dost deyənə
Dəymə mənə,dəymə mənə.
Öz dünyamla qovuşmuşam.
Xəyallarla ovunmuşam.
Gerçəkliyi gec duymuşam
Dəymə mənə,dəymə mənə.
Daş yaranib zindan olsun
Ürək necə dözsün,dursun?
Qoy dünyamı ayaz vursun
Dəymə mənə,dəymə mənə.
Göylərimi bulud aldı.
Arzularıim bir an soldu.
Nə oldusa,mənə oldu
Dəymə mənə,dəymə mənə.
Çarəsizəm,oldum düşgün
Üzüm gülür,könlüm küsgün.
Dünyam olub yağış,çisgin
Dəymə mənə,dəymə mənə.
Nə axşamam,nə səhərəm
Nə sevincəm,nə qəhərəm
İdrisəm,özüm dözərəm.
Dəymə mənə,dəymə mənə.
Комментариев нет:
Отправить комментарий