Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Görmüşəm

◊ Görmüşəm

Büllur suların da dəyişir təbi,
Hərdən çalxalanıb qaynar görmüşəm.
Həmişə vicdanla döyünən qəlbi
Nəyinsə xətrinə donar görmüşəm.

Deyilən kəlmənin mənası duzdur.
Yersiz söylənibsə qıcdır,ya azdır
Niyə bu dünyanın köksü dayazdır?
Qarğanı zirvəyə qonar görmüşəm.

Hərə bu dünyada bir eşqə vurğun
Hərə bir əməlçün düşübdür yorğun.
Dolanıb işıqda hey oğrun-oğrun
Axır pərvanəni yanar görmüşəm.

İlham inanmayır hərdən gözünə
Yalan qatanlar çox sözün düzünə.
Bənd olma nadanın acı sözünə
Ürəyi bir sözlə sınar görmüşəm

İlham İdrisoğlu Brest 1997

Комментариев нет:

Отправить комментарий