Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Hər kəsin qəlbimdə öz xanası var

◊ Hər kəsin qəlbimdə öz xanası var

Qardaşım,arif ol,saxla yadında
Hər deyilən sözün öz mənası var.
Hər dağın qartalı,dqzün ceyranı,
Hər aynalı gölün öz sonası var.

Alıb gizləməklə çoxalmaz çörək.
Mərdlərə qurbandır sinəmdə ürək.
Neyləyir bəzəyi,nəyinə gərək?
Onsuz da kəkliyin oz xınası var.

Sirləri bilinməz qoca dünyanın.
Fərmanı ucadan uca dünyanın.
Ay İlham,ağrısı keçər dünyanın
Hər kəsin qəlbimdə öz xanası var.

İlham İdrisoğlu dekabr 1991 Moskva

Комментариев нет:

Отправить комментарий