Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Darıxmışam mən

◊ Darıxmışam mən

,,Azəri ,,dediyin doğma diyarın
Sənət yuvasıyçün darıxmışam mən!
Zirvəsi görünməz üca dağların
Abı-havasıyçün darıxmışam mən!

İstərəm hüsnünə doyunca baxım
Çoxdandır qoynuna dəymir ayağım
Bir ovuc torpağı olub dayağım
Çöllər səfasıyçün darıxmışam mən!

Hardadır ,,Çinarım,,öz ,,Yallısıyla,,
Geyimli-kecimli,el havasıyla?
Yetirin Habili kamançasıyla
Bir bənd,,Laylaysıyçün,,darıxmışam mən!

İlham, dolaşırsan bu gen dünyanı
Kimin var Müslümü,Bülbülü,Xanı?
Söyləyin,a dostlar,Ədalət hanı?
,,Kərəm yanğısyçün,, darıxmışam mən!

İlham İdrisoğlu Brest 15.03.2010

Комментариев нет:

Отправить комментарий