Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Gözəlsən

◊ Gözəlsən
.
Al güzgüny,bir nəzər sal hüsnünə
Gül yanağın özü deyir,gözəlsən.
Dayanıban ürəyimin qəsdinə,
Bal dodağın özü deyir gözəlsən

Qaşların dartılmış kamana bənzər
Kimdə var dünyanı məst edən gözlər
Dilin deməsə də xəyalın gəzər
Ağ buxağın özü deyir gözəlsən.

Səsin yuxuların şirin laylası,
Əl-ayağın gecənin ay parası,
Danısanda gızarıb sözarası
Allanmağın özü deyir gözəlsən...

İlham İdrisoğlu Moskva 1991

Комментариев нет:

Отправить комментарий