Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Aylı gecə...

◊ Aylı gecə...

Aylı gecə,şehli çəmən,
İkimizik-sən,bir də mən.
Sirrimizi bilir bircə
Ətir saçan tək yasəmən.

Şıltaqlanıb,ay da durub
Hey boylanır oğrun-oğrun.
Nə bilsin ki,səadətdən
Yz-yzəyik səssiz,dolğun...

Aylı gecə, ulduzlar da
Ara-sıra uçuşurlar.
Qısqanclıqla,həsəd ilə
Bizə baxıb sayrışırlar.

Aylı gecə,möcüzələr
Şehli otlat üzə gülər.
Nəğməsindən çələng qurub
Bəxşiş edir şən bülbüllər.

Aylı gecə,hara isə
Uçub getdi kədər,qüssə...

 İlham İdrisoğlu 1989 Moskv

Комментариев нет:

Отправить комментарий